Milli Azərbaycan Tarixi Muzeyində “Füyuzat” jurnalının nüsxələri qorunur
Bakı, 29 aprel, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir kitablar fondunda “Füyuzat” jurnalının nüsxələri mühafizə olunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, jurnalın sponsoru məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev idi. Əli bəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunan jurnalın 1906-1907-ci illər ərzində 32 nömrəsi çıxıb. “Füyuzat” “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarı ilə nəinki azərbaycanlıları, hətta bütün Rusiya müsəlmanlarını “milli-mədəni muxtariyyət” ideyasında birləşdirməyə çalışırdı. Ə.Hüseynzadənin müəllifi olduğu bu şüar sonralar Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağında öz əksini tapdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:21]
Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan
- 11.06.2026 [11:16]