Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis 2011-ci ilin dövlət büdcəsinə dəyişikliklər edəcəkdir

Bakı, 23 may (AZƏRTAC). Milli Məclis 2011-ci ilin dövlət büdcəsinə dəyişikliklər edəcəkdir. Bununla əlaqədar qanun layihəsi Milli Məclisin iqtisadi siyasət komitəsinin mayın 23-də keçirilmiş iclasında müzakirə olunmuşdur.

Komitə sədri Ziyad Səmədzadə əvvəlcə gündəlikdəki birinci məsələ - “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə məlumat vermişdir. O demişdir ki, 2010-cu il də ölkəmizdə iqtisadi sahədə uğurlu dövr kimi yadda qalmışdır. Ötən il dövlət büdcəsi ölkəmizin milli maraqlarına uyğun olaraq uğurla icra edilmiş, əsas göstəricilər reallaşmışdır. Xüsusilə qeyd edilmişdir ki, Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş bütün strateji proqramlar tam həyata keçirilmişdir.

Sonra maliyyə naziri Samir Şərifov 2010-cu il dövlət büdcəsinin icrası ilə bağlı bəzi rəqəmləri diqqətə çatdırmışdır. Bildirilmişdir ki, respublikamızın 2010-cu il icmal büdcəsinin gəlirləri 19 milyard 444 milyon manat və ya 125,8 faiz icra edilmişdir ki, bu da 2009-cu ilə nisbətən 4 milyard 978 milyon manat çoxdur. İcmal büdcənin xərcləri 14 milyard 285 milyon manat və ya 95,5 faiz icra olmaqla 2009-cu ilə nisbətən 1 milyard 362 milyon manat artıqdır.

Ötən il dövlət büdcəsinin mədaxili 11 milyard 403 milyon manat və ya 99,1 faiz təşkil etmişdir. Bu, 2009-cu illə müqayisədə 1 milyard 77 milyon manat və ya 10,4 faiz çoxdur.

2010-cu ildə dövlət büdcəsinin xərcləri isə 11 milyard 766 milyon manat və ya 95,9 faiz səviyyəsində icra edilmişdir ki, bu da 2009-cu ildəki müvafiq göstəricini 1 milyard 262 milyon manat üstələmişdir. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq, mənzil-kommunal təsərrüfatı, sənaye, tikinti xərclərinə 11,6 faizədək çox vəsait yönəldilmişdir. 2010-cu ildə də ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün əhəmiyyətli addımlar atılmışdır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə pensiyaların baza hissəsinin 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maasları orta hesabla 10 faiz artırılmışdır. Bununla yanaşı, aztəminatlı şəxslərə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmışdır.

Şəhid ailələri üçün müəyyən edilmiş Prezident təqaüdünün məbləğinə 50 faiz, doktorantlara, ali, orta ixtisas və peşə məktəbləri və liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir. Azərbaycanın dinamik iqtisadi inkişafı ölkənin hərbi qüdrətinin daha da artmasına imkan yaratmış, bütövlükdə 2010-cu ildə dövlət büdcəsinin cari və əsaslı xərclərindən müdafiə xərclərinə üst-üstə 2 milyard 148 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2009-cu illə müqayisədə 562 milyon manat və ya 35,5 faiz çoxdur.

Bütövlükdə 2010-cu il dövlət büdcəsinə faktiki daxil olan vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin sabit maliyyələşdirilməsi təmin edilmiş, əmək haqqı, pensiya, müavinət, daxili və xarici borc kimi zəruri xərclər üzrə borc öhdəliyi yaranmamışdır.

Sonra Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi orqanın “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı rəyini diqqətə çatdırmışdır. Hesablama Palatası analitik təhlillərin nəticələrini ümumiləşdirərək belə qənaətə gəlmişdir ki, Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanmışdır.

Müzakirələr zamanı Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Vahid Əhmədov, Əli Məsimli 2010-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı fikirlərini bildirmişlər.

Daha sonra “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilmişdir.

Maliyyə naziri Samir Şərifov bildirmişdir ki, 2011-ci il dövlət büdcəsinə yenidən baxılmaqla aparılacaq dəyişikliklərin əsas mahiyyəti Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və s. sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır.

Nazirin sözlərinə görə, hazırda dünya neft bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 2011-ci il dövlət büdcəsinin hesablamalarında istifadə olunmuş qiyməti xeyli müddətdir ki, 80 faizdən artıq üstələyir. Dünya neft bazarlarındakı müsbət konyukturanı nəzərə alaraq, Azərbaycan neftinin qiymət fərqinə görə təsdiq edilmiş 2011-ci il dövlət büdcəsinə və Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə əlavə gəlirlərin daxil olacağı gözlənilir.

Bu müsbət amillər nəzərə alınmaqla qanun layihəsində 2011-ci il dövlət büdcəsinin gəlirlərinin 3 milyard 493 milyon manat artırılaraq 15 milyard 554 milyon manata çatdırılması nəzərdə tutulmuşdur ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 29 faiz çoxdur.

Qanun layihəsində 2011-ci il dövlət büdcəsi xərclərinin 3 milyard 193 milyon manat artırılaraq 15 milyard 941 milyon manata çatdırılması öz əksini tapmışdır. Bu, 2011-ci ilin təsdiq olunmuş dövlət büdcəsinin xərclərinə nisbətən 25 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən 4 milyard 175 milyon manat və ya 35,5 faiz çoxdur. Artımlardan sonra strukturuna görə 2011-ci il dövlət büdcəsinin xərclərinin 48,4 faizini və ya 7 milyard 717 milyon manatını cari xərclər, 49,4 faizini və ya 7 milyard 878 milyon manatını əsaslı xərclər, 2,2 faizini və ya 347 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcəkdir. Cari xərclərin artımı üçün nəzərdə tutulan 698 milyon manat vəsaitin 463 milyon manatı və ya 66,3 faizi əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsi xərclərinə yönəldiləcəkdir.

2011-ci il dövlət büdcəsinin təklif olunan əlavə gəlirləri hesabına dövlət büdcəsinin kəsiri 387 milyon manatadək azaldılacaqdır.

Qanun layihəsində 2011-ci il icmal büdcənin gəlirlərinin 4 milyard 454 milyon manat və ya təsdiq olunmuş büdcəyə nisbətən 28,6 faiz artırılması nəzərdə tutulmuşdur. Artımın 3 milyard 684 milyon manatını və ya 82,7 faizini Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, 770 milyon manatını və ya 17,3 faizini dövlət büdcəsinin gəlirləri təşkil edəcəkdir.

Bu məsələ ilə də əlaqədar Hesablama Palatasının rəyi dinlənilmişdir. Hesablama Palatası da ölkəmizdə iqtisadi sabitliyin qorunub saxlanılması, mövcud maliyyə resurslarının səmərəli istifadə edilməsi, pensiya islahatlarının daha intensiv aparılması və bütövlükdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, strateji investisiya layihələrinin həyata keçirilməsi, respublikanın müdafiə qabiliyyətinin artırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Qanununa dəyişikliklər edilməsi barədə” qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim olunmasını məqsədəmüvafiq hesab etmişdir.

Müzakirələr zamanı Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov məsələ ilə bağlı fikirlərini bildirmişlər. Maliyyə naziri Samir Şərifov qaldırılan məsələlərə münasibət bildirmişdir.

İqtisadi siyasət komitəsinin iclasında “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” məsələyə də baxılmışdır.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərdən sonra iyulun 1-dən 195 milyon manata ehtiyac vardır. Dəyişikliklərdə fondun büdcəsinə əlavə olaraq 195 milyon manatın köçürülməsi nəzərdə tutulmuşdur.

İclasın sonunda “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də münasibət bildirilmişdir.

Sonda müzakirə olunan qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükün təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq