MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Sonra nümayəndə heyətimizin başçısı ölkəmizdə həyata keçirilən demokratik islahatlar, iqtisadi, sosial sahələrdə əldə olunmuş nailiyyətlər, may ayında Milli Məclisə təkrar seçkilərə hazırlıqla bağlı ətraflı məlumat vermiş, bu siyasi aksiyanın tam demokratik, şəffaf və azad keçiriləcəyini bildirmişdir.
Plamen Nikolov Azərbaycandakı islahatlardan, iqtisadi inteqrasiyadan məmnunluqla danışmışdır. Bildirmişdir ki, ölkəmizin bu cür dinamik inkişafı beynəlxalq aləmdə yüksək qiymətləndirilir. AŞPA inkişaf etmiş Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. O, may ayında keçiriləcək təkrar seçkilərə hazırlığın vəziyyətini öyrənmək və seçkiləri müşahidə etmək üçün Avropa Şurasının geniş tərkibli nümayəndə heyətinin Azərbaycana gələcəyi barədə ətraflı məlumat vermişdir.
Daha sonra görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təkrar seçkilərlə əlaqədar görülmüş işlər, AŞPA-nın iyun sessiyasına hazırlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.