MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 2-də Milli Məclisin növbəti ümumi iclası olmuşdur. İclası parlamentin sədri Murtuz Ələsgərov aparırdı.
İclas başlanmazdan əvvəl parlament üzvləri Kəlbəcər uğrunda döyüşlərdə həlak olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Deputatlar Siyavüş Novruzov, Musa Musayev və başqaları qaçqınların vəziyyəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ətrafında gedən mübahisələrlə əlaqədar bildirdilər ki, bu məsələlər Azərbaycan Prezidenti Heydər Əliyevin daim diqqət mərkəzindədir.
Sonra deputatlar iclasın gündəliyini təsdiqlədilər və Beynəlxalq Miqrasiya Təşkilatının Konstitusiyasına düzəlişlərin təsdiq edilməsi haqqında məsələnin müzakirəsinə başladılar. Bu məsələ barəsində insan hüquqları daimi komissiyasının üzvü Rəbiyyət Aslanova çıxış etdi. Milli Məclis səs çoxluğu ilə bu mühüm sənədi təsdiq etdi.
Ölkəmizin “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 18 yaşına çatmamış şəxslərin hərbi əməliyyatlarda iştirak etməsinin yolverilməzliyi, uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasının qadağan olunması ilə əlaqədar fakultativ protokollarına qoşulması məsələsi barədə sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli çıxış etdi. Müzakirələrdə çıxış edən deputatlar uşaq əməyi probleminə də toxundular. Bildirildi ki, dövlətimiz işləyən uşaqları istismardan, onların fiziki və əqli inkişafı üçün təhlükə törədə bilən iş şəraitindən qorumağı qarşısına məqsəd qoymuşdur. İclasda uşaqların təhsil almasına, kifayət qədər qidalanmasına və tibbi yardımdan istifadə etməsinə, uşaq əməyinin tədricən qadağan olunmasına təminat verəcək dövlət proqramının işlənib hazırlanması haqqında təklif də səsləndi.
Milli Məclis “Beynəlxalq Dəniz Təşkilatı haqqında” Konvensiyaya düzəlişləri də müzakirə və təsdiq etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [16:34]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 17.04.2025 [15:57]