Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin sədri: Parlamentlərarası İttifaqla birgə COP29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırırıq

Bakı, 10 iyun, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Minsk şəhərində Belarus Dövlət Universitetində olub.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan parlamentinin sədrini Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və universitetin rektoru Andrey Korol qarşılayıblar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova Belarus Dövlət Universitetinin rektoru Andrey Korol ilə görüşüb. Görüşdə Milli Assambleya Respublika Şurasının sədri Natalya Koçanova da iştirak edib.

Görüşdən sonra Sahibə Qafarova Belarus Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri qarşısında məruzə ilə çıxış edib.

Milli Məclisin sədri iştirakçılara Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi və ənənələri, xalqımızın tolerantlıq və multikultural dəyərləri, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və onun töhfələri barədə danışıb.

O, həmçinin Azərbaycanın 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə yaşadığı çətinliklər, yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə sabitliyin bərqərar olması, hüquqi müstəqil dövlətin qurulması prosesi, müstəqil Azərbaycanın müasir, güclü dövlətə çevrilməsi üçün siyasi-iqtisadi islahatların əsasını təşkil edən neft strategiyasının işlənib hazırlanması, neft gəlirlərinin səmərəli idarə olunması və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması barədə məlumat verib.

S.Qafarova bildirib ki, ölkəmiz hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi yeni iqtisadi, sosial, siyasi və mədəni inkişaf mərhələsini yaşayır. Bu mərhələnin əsas məqsədi uzunmüddətli perspektivdə bu inkişafın davamlılığını təmin etməkdir.

Azərbaycanın bu ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibi seçilməsi barədə də tədbir iştirakçılarını məlumatlandıran parlamentin sədri qeyd edib ki, bu, Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə iqlim dəyişikliyi probleminin həllində göstərdiyi səylərin etirafıdır. O məlumat verib ki, Parlamentlərarası İttifaq rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanın Milli Məclisi də bu təşkilatla birgə COP29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırır.

Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yerindən və rolundan danışan S.Qafarova bildirib ki, Azərbaycan 30 ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatının məsul üzvü kimi beynəlxalq hüquq və ədalət prinsiplərinin qorunması üçün əlindən gələni edib. O, ölkəmizin 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, 2019-2023-cü illərdə Azərbaycanın BMT-dən sonra ən böyük beynəlxalq institut olan Qoşulmama Hərəkatına sədrliyi və ölkəmizin təşkilatın sədrliyi çərçivəsində Hərəkatın institusional inkişafında atdığı mühüm addımlar, Azərbaycanın hərəkatın parlament ölçülərinin inkişaf etdirilməsi təşəbbüsləri, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması və fəaliyyətinin təmin edilməsi barədə fikirlərini bölüşüb.

Milli Məclisin sədri İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa işlərinə başlaması, işğal zamanı dağıdılmış bütün infrastrukturun bərpa edilməsi, "Yaşıl enerji" zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhərlər" və "ağıllı kəndlər", beynəlxalq hava limanları tikilməsi, keçmiş köçkünlərin yenidən öz torpaqlarına qayıtması barədə də danışıb.

Sahibə Qafarova, həmçinin Azərbaycan ilə Belarus arasında münasibətlər barədə də məlumat verərək diqqətə çatdırıb ki, iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafı kifayət qədər uzun tarixi dövrü əhatə edir. Bu gün isə ölkələrimiz arasında münasibətlər öz inkişafının yeni mərhələsindədir və strateji tərəfdaşlıq xarakteri daşıyır. S.Qafarova qeyd edib ki, ikitərəfli münasibətlərin formalaşmasında və inkişafında dövlət başçılarımız arasında yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Onun sözlərinə görə, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyimiz əhəmiyyəti aydın göstərən mühüm hadisələrdir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci ilin noyabrında Belarusa rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni addım oldu. Öz növbəsində Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu ilin mayında Azərbaycana dövlət səfəri şübhəsiz ki, ölkələrimiz arasında münasibətlərin inkişafına yeni təkan verdi.

Milli Məclisin sədri bildirib ki, ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Azərbaycan və Belarus parlamentləri arasında bu gün həm ikitərəfli səviyyədə, həm də parlamentlərarası təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq qurulub.

Tədbirdə Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova çıxış edərək ölkələrimiz və xalqlarımız arasında münasibətlərə dair müsbət fikirlərini səsləndirib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova Belarus Dövlət Universitetinin xatirə kitabını imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qusarda keçirilən regional konfrans başa çatıb

Minskdə Azərbaycan və Belarus gənclərinin əməkdaşlığı müzakirə olunub

“Cinayətin növləri üzrə məhkumların sayı haqqında” 10-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 11 oktyabr tarixli 23/09 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Mustafa Hamarat: Qarabağda aparılan bərpa işləri təqdirəlayiqdir

Almaniyada “İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu” təşəbbüsünün hədəflərindən bəhs olunub

Sankt-Peterburqda OANA-nın 19-cu Baş Assambleyası keçirilir

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual oyun keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib  YENİLƏNİB - 6

Vəkillər Şağan Reabilitasiya Pansionatında qazilərə pulsuz hüquqi yardım göstəriblər

Dövlət Neft və Sənaye Universiteti QS reytinqində dünyada 851–900-cü mövqedə qərarlaşıb

Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına dair məxfi əmri məhkəmədə tədqiq edilib

Altıncı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məşğulluq xidmətləri də təqdim edilir

COP29 və COP30 sədrlikləri “Uşaqlar, Gənclər, Sülh və İqlim Təhlükəsizliyi üzrə Qlobal Çərçivə Sənədi”nə dair müzakirələr aparıb

Edin Ceko İtaliya klubuna keçib

Azərbaycan və Polşa vergi sahəsində institusional əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirilib

Belarusla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Ədəbiyyat Muzeyində olub

Petro Koçi: Qarabağ gələcəkdə məşhur turizm məkanı ola bilər

Erhan Usta: Şuşada böyük dəyişikliyin şahidi oldum

“Görkəmli şair, tənqidçi-ədəbiyyatşünas Qasım Qasımzadə zamansızlıqda” - elmi sessiya

Şimali Makedoniya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

AQTA sədri ilə “Rosselxoznadzor” rəhbəri qida məhsullarının idxalına və ixracına dair məsələləri müzakirə ediblər

“AzerGold”da Türkiyənin “Aleks Metal Rafineri” şirkətinin rəhbəri ilə görüş keçirilib

“Xarici Siyasət Proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup xarici diplomatla görüş keçirilib

Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortadan

Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 153-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

AQTA-da yeni layihə çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər müzakirə olunub

QDİƏT PA-nın 65-ci Baş Assambleyasının iştirakçıları Füzuli, Şuşa və Xankəndiyə səfər ediblər YENİLƏNİB 2 FOTO

Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib

Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər

“Biznesin müflisləşməsi” İşçi qrupu yeni qanun layihəsini müzakirə edib

“Elektron xidmətlərin göstərilməsi haqqında” 1-elektron xidmət №-li illik rəsmi statistika hesabatı və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 28 oktyabr tarixli 30/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Bilgə nekropolunda Atropatenaya aid qəbirlər aşkar edilib

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən daha bir qrup işəgötürənlərlə görüş olub

Bu şəxslər vaxtından əvvəl təqaüdə çıxa biləcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda  dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessodan

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

Dövlət qulluğunun strateji modernizasiyası: Azərbaycan modeli

Azərbaycanın və Özbəkistanın hərbi mütəxəssisləri birgə əməkdaşlığa dair müzakirələr aparıblar

Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb

Çexiya hökuməti yeni etimadsızlıq səsverməsindən də uğurla çıxıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində “İnsan Hüquqları Aylığı”na həsr edilən tədbir keçirilib

Killian Mbappe xəstəxanaya yerləşdirilib

Bu il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 523 milyon dollar olub

Yalçın Rəfiyev: Gənclər COP prosesində faydalı ideya və təşəbbüslərin mənbəyidir

Əbu-Dabi-Qəbələ birbaşa aviareysi açılıb

Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib

Xudadat bəy Rəfibəyli nəslinin nümayəndəsi Qətərin neft sektorunda

Suriya 14 ildən sonra ilk dəfə SWIFT vasitəsilə tranzaksiya həyata keçirib

Volodimir Zelenski: Daha bir qrup hərbçimiz Rusiya əsirliyindən vətənə qayıtdı

Prezident Ərdoğan: Azərbaycanın azad edilmiş torpaqları bərpa və inkişaf meydançasıdır

Mingəçevir Dövlət Universitetində əməkdar müəllimlərlə görüş

Rəcəb Tayyib Ərdoğan: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin nümunəsidir

Xaçmazlı coğrafiya müəllimi sertifikatlaşdırma imtahanında maksimum bal toplayıb

Platinin qiyməti son 10 ilin maksimumuna çatıb

ATU “Times Higher Education Impact Rankings” reytinqində mühüm irəliləyiş əldə edib

ADPU ilk dəfə “Times Higher Education” təşkilatının reytinq siyahısında yer alıb

Qurban Qurbanov: Hər kəsi Bakıda keçiriləcək UFC turnirində döyüşçülərimizi dəstəkləməyə çağırıram VİDEO

Qurban Qurbanov: Hər kəsi Bakıda keçiriləcək UFC turnirində döyüşçülərimizi dəstəkləməyə çağırıram VİDEO

“Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub

AFFA İntizam Komitəsinin qərarı ləğv edilib

Azərbaycan Koreya Respublikası vergi administrasiyaları arasında əməkdaşlıq perspektivlərini müzakirə edib

Roma Papası: Dünya müharibələri adi hal kimi qəbul etməməlidir

Prezident: Türkiyə və Azərbaycan bir-birinin yanında inamla, uğurla irəliləyir

Şimal-qərb bölgəsində sertifikatlaşdırma prosesinin ikinci günündə 326 müəllim iştirak edib

® “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 44 nəfər xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub

Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir

Toya gedən ailə Lənkəranda yol qəzasına düşüb - 5 nəfər xəsarət alıb

Prezident İlham Əliyev: Azərbaycan məhəlləsinin yaradılması çox gözəl hadisədir

Çin İrandan 1600 və İsraildən yüzlərlə vətəndaşını təxliyə edib

Prezident: Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub

Son beş ayda qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin dəyəri 87 milyon manatdan çox olub

bp-nin Azərbaycandakı fəaliyyəti, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi aparılıb

Cari ilin yanvar-may ayları ərzində 3 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Prezident İlham Əliyev: Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi

Muxtar respublikada taxıl biçininə başlanılıb

Xaçmazda respublikada taxıl biçini prosesinin mütəşəkkil təşkilinə həsr olunmuş regional müşavirə keçirilib

IOTA-nın Bakıda keçirilən 29-cu Baş Assambleyası işini başa çatdırıb

Baş katib: Türk Dövlətləri Təşkilatının Maliyyə Araşdırmaları Xidməti yaradılır

Rusiyanın Tehrandakı səfirliyi vətəndaşlarına İranı Azərbaycanın quru yolu ilə tərk etməyi tövsiyə edir

Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb

® “PAŞA Holdinq”in təşkilatçılığı ilə Qazaxıstanda “INMerge” İnnovasiya Sammitinin üçüncü regional tədbiri keçirilib

Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Türkiyənin 18 vilayətinin ixrac həcmi 1 milyard dolları keçib

Kahramanmaraşda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub

“İnter” fransalı futbolçu ilə anlaşıb

Gənc gizirin dillərdən düşməyən qəhrəmanlıq salnaməsi - Bir gecədə dünyanı mat qoyan döyüşçü

Qazaxıstanda Beynəlxalq Endocərrahiyyə Konqresi keçirilir

Dövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq

Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb

“Araz-Naxçıvan”ın kapitanı: “Aris”in gücünə bələdik, lakin Yunanıstana gəzinti üçün getməyəcəyik

Türkiyə Prezidenti Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılışı ərəfəsində sosial şəbəkələrdə paylaşım edib

Si Cinpin və Vladimir Putin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Ayan Qazi: Diplomu İsveç Kralının şəxsən mənə təqdim etməsi unudulmaz hadisədir  MÜSAHİBƏ

Taxıl zəmilərindən 900 min tondan çox məhsul yığılıb - operativ məlumat

İşğaldan azad edilmiş ərazilərin geokimyəvi vəziyyətini əks etdirən xəritə hazırlanır

Paytaxt üzrə 933 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib VİDEO

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib VİDEO