REGİONLAR
Mingəçevir Dövlət Universitetində kitab sərgisi keçirilib
Bakı, 7 mart, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində kitab sərgisi təşkil edilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, MDU-nun əsas tədris binasında keçirilən sərgidə universitetin tələbələri və magistrantları iqtisadi, texnoloji, bədii mövzularda nəşr edilmiş kitablarla, eləcə də universitetin kitabxana fonduna yeni daxil olmuş dərslik, dərs vəsaitləri ilə tanış olublar.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələr arasında kitaba marağın artırılması və mütaliənin təbliğ edilməsi, onların universitetin kitabxanasından daha fəal faydalanması məqsədilə belə sərgilərin keçirilməsinə xüsusi önəm verilir.