REGİONLAR
Mingəçevir Dövlət Universitetində Zəfər Günü qeyd olunub
![](/files/galleryphoto/2022/3/1200x630/16677552586170816538_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552585122549649_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1667755258290463988_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/166775525858349284_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1667755258166541426_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1667755258207021287_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552585440347284_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1667755258138734864_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552585916155022_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552581431525531_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552584200850304_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552582471762295_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552581782664429_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552583126115734_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552583030520271_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1667755258251864798_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1667755258394775808_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552585923719631_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552581838148993_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552583076521815_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16677552584358816054_1200x630.jpg)
Bakı, 6 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində “Şuşa İli”nə həsr olunan tədbir keçirilib.
MDU-dən AZƏRTAC-a bildirilib ki, Mingəçevir Dövlət Universiteti və Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Şuşa - Azərbaycan mədəniyyətinin incisidir” (“Shusha - The pearl of Azerbaijan culture”) adlı ingilis dilində tədbir təşkil edilib. Tədbirdə universitetin və məktəbin inzibati və pedaqoji heyət üzvləri, tələbələr və şagirdlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov və Mingəçevir şəhər 3 saylı tam orta məktəbin direktoru Gültəkin Quliyeva çıxış edib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində 30 ilə yaxın müddətdə erməni işğalında olan tarixi şəhərimiz Şuşa azad olundu. Əsrarəngiz təbiəti, tarixi, mədəni və strateji əhəmiyyəti ilə Azərbaycanın incisi hesab edilən Şuşada bu gün üçrəngli dövlət bayrağımızın qürurla dalğalanması, qədim şəhərin tarixi görkəminin və əvvəlki şöhrətinin bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi hər birimizdə sonsuz fəxarət və sevinc hissləri yaradır. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılması baxımından tədbirin universitet və məktəb kollektivi ilə birlikdə ingilis dilində keçirilməsinin önəmi vurğulanıb və təşkilatçılara minnətdarlıq ifadə olunub.
Sonra MDU-nun Xarici dillər kafedrasının müəllimləri Xədicə Əliyeva və Türkanbəyim Əhmədlinin aparıcılığı ilə tədbir davam edib.
Kafedranın müdiri Mehdi Rəhimov “44 günlük Vətən Müharibəsi” və ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində MDU-da fəaliyyət göstərən Amerikalı mütəxəssis John Bunke “Zəfər Günü - Şanlı Qələbəyə gedən yol” mövzusunda ingilis dilində məruzələrlə ilə çıxış ediblər.
Zəfər Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra bədii hissə başlanıb. Məktəb şagirdlərinin, universitetin müəllim və tələbələrinin ifasında Şuşa haqqında və vətənpərvərlik mövzusunda şeir və musiqilər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, MDU-da ümumtəhsil məktəbləri ilə birlikdə tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir. “Şuşa İli”nə həsr olunan birgə tədbir də bu məqsədə hədəflənib.