Mingəçevirdə “20 yanvar faciəsi qurbanlarını unutmayaq ” mövzusunda şer və rəsm müsabiqəsi keçirilmişdir
Mingəçevir, 19 yanvar (AZƏRTAC). Mingəçevir şəhərindəki uşaq bağçaları arasında “20 yanvar faciəsi qurbanlarını unutmayaq” mövzusunda şer və rəsm müsabiqəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müsabiqə şəhərin bütün məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan 100-ə yaxın uşaq iştirak etmişdir. Uşaqlara Azərbaycan xalqının başına gətirilən faciələr, 20 Yanvar şəhidləri, eləcə də Dağlıq Qarabağ müharibəsində həlak olmuş mingəçevirlilər barədə məlumat verilmişdir.
Balacalar ”Vətən”, “Ağlama qərənfil, ağlama”, ”Azərbaycan”, “Şəhid anası ağlamaz” adlı şerləri söyləmiş, 20 Yanvar faciəsinə həsr olunmuş rəsm çəkmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]