Miqrasiya orqanlarında qulluğa qəbulla bağlı test imtahanı mayın 22-də keçiriləcəkdir
Bakı, 13 may (AZƏRTAC). Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün 2011-ci il martın 1-dən aprelin 8-dək elan olunmuş müsabiqənin test mərhələsinin - ixtisas imtahanının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə mayın 22-də keçirilməsi nəzərdə tutulmuşdur.
Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, sənədlərini təqdim etmiş namizədlər “imtahana buraxılış vərəqəsi”ni əldə etmək üçün mayın 19-u, 20-si (saat 09.00-dan 17.30-dək) və 21-i (saat 09.00-dan 12.00-dək) xidmətin aparatına - Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi, 202 ünvanına müraciət edə bilərlər.
Əlavə məlumatları, o cümlədən imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktlara və digər sənədlərə dair məlumatı Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən (www.migration.gov.az) və (012) 562 53 01 nömrəli telefonla əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]