Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİSİR MƏRDANOVUN ÇIXIŞI

Toplantıda çıxlş edən təhsil naziri MİSİR MƏRDANOV qarşıdan gələn prezident seçkilərinə hər bir vətəndaşın məsuliyyətlə yanaşmasının zəruriliyini vurğuladı. O dedi ki, xalqımız üçün tarixi əhəmiyyəti olan bu məqamda təhsil işçiləri bir araya gəlib “Yeni Azərbaycan Naminə” İctimai Hərəkata qoşularaq, prezident seçkilərində öz ziyalı sözünü demək üçün buraya toplaşmışlar. Bu salondakılar səsvermə hüququ olan yarım milyondan artıq təhsil işçisini təmsil edirlər və adı çəkilən hərəkata qoşulmağa haqları daha çox çatır. Ona görə ki, 34 illik rəhbərlik dövründə Heydər Əliyevin millətimiz üçün nə kimi işlər gördüyünü, müdrik siyasəti ilə ölkəmizi dünyada necə tanıtdığını, təhsil sahəsinə, təhsil işçilərinə hansı qayğını göstərdiyini onlar daha yaxşı bilirlər. Bizim fikrimizcə, Azərbaycanı parçalanmaq və dağılmaqdan, vətəndaş müharibəsindən xilas edən, ən çətin və gərgin anlarda öz xalqı ilə birlikdə addımlayan, onun önündə gedən, müstəqil Azərbaycan kimi bir şah əsərin müəllifi olan Heydər Əliyevin bu gün prezident olmağa hamıdan çox haqqı və hüququ vardır. Digər namizədlərin hec biri onunla müqayisə oluna bilməz. Biz onu da yaxşı bilirik ki, ölkədə bərqərar olmuş siyasi sabitlik, inkişaf etməkdə olan iqtisadiyyat, beynəlxalq aləmdə artan nüfuzumuz, xalqın xoşbəxt gələcəyinə böyük inam məhz onun həyata keçirdiyi məqsədyönlü, müdrik, cəsarətli daxili və xarici siyasətin nəticəsidir.

Natiq xatırlatdı ki, son on ildə dövlət büdcəsi yüz dəfə artaraq, 64,8 milyard manatdan 6,5 trilyon manata, bu müddətdə büdcədən təhsil sisteminə ayrılan vəsait isə 11,9 milyard manatdan 1 trilyon 216 milyard manata çatmış, təhsil işçilərinin əmək haqqı 1993-cü ildəki 2 min manatdan 267 min manata yüksəlmişdir. Müəllimlərin orta aylıq əmək haqqı 1998-ci ildə 195 min manat, hazırda isə 368 min manat təşkil edir. Xarici ölkələrdə təhsil alan azərbaycanlılara hər il 700 min ABŞ dolları məbləğində vəsait ayrılır. 1995-ci ildən başlayaraq ibtidai sinif şagirdləri dərsliklərlə dövlət hesabına təmin olunurlar. Son illər Dünya Bankının krediti hesabına təhsil sistemində islahat aparılır. Bütün çətinliklərə baxmayaraq, müxtəlif mənbələr hesabına 150-yə yaxın orta məktəb binası tikilmişdir. Ümumtəhsil məktəbləri üçün 164 adda yeni dərsliklər və dərs vəsaitləri hazırlanmışdır. Yoxsulluğun azaldılması və iqtisadi inkişaf proqramlarında 149 yeni məktəbin, 175 məktəbdə isə əlavə sinif otaqlarının tikilməsinə, 408 məktəbdə əsaslı təmir işlərinin aparılmasına 270 milyard manat ayrılması nəzərdə tutulmuşdur. Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri boyunca yerləşən yaşayış məntəqələrində 41 yeni məktəbin inşası və əsaslı təmirinə 6 milyon ABŞ dolları ayrılmışdır. Ali məktəblərin əlavə gəlir gətirmə imkanları artırılaraq, 1998-ci ildəki 30,3 milyard manatdan 75 milyard manata çatdırılmış, nəticədə onların maddi-texniki bazası əsaslı şəkildə möhkəmlənmişdir.

BMT tərəfindən müntəzəm qiymətləndirilən insan inkişafı indeksinə görə, ölkəmiz 1995-ci ildə dünyanın orta artım səviyyəsindən 1,8 faiz yuxarı idisə, hazırda həmin göstərici 3,5 faizdir. Bütün bunlar Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir.

Natiq daha sonra seçkiqabağı dövrdə pedaqoji kollektivlərin görəcəyi işlərdən danışaraq dedi ki, səsvermə hüququna malik hər bir vətəndaşın seçki məntəqələrinə gəlməsinə nail olmaqdan ötrü təbliğat gücləndirilməlidir. Kimə səs verməyi seçicinin özü həll edir və o, namizədlərdən hansının Azərbaycana daha çox xeyir verəcəyinə əmin olmaq üçün görülən işləri bilməlidir. Biz inamla deyə bilərik ki, son dövrdə ölkənin hər bir vətəndaşının həyatında müsbət dəyişikliklər olmuşdur. Bunlar göz qabağındadır. Təhsil işçilərimiz bu məlumatlarla silahlanmalı, təbliğat işlərini bu istiqamətdə qurmalıdırlar.

M.Mərdanov müxalifət qüvvələrinin yenidən hakimiyyətə gəlmək istəyinə, bu məqsədlə təbliğat işlərini genişləndirdiklərinə də toxundu və təəssüflə bildirdi ki, onlar qeyri-sivil və etikadankənar üsul və vasitələrdən istifadə edirlər. Onların nəzarətində olan mətbuat vasitələrində qarayaxmalar və böhtan baş alıb gedir. Bu adamların qarşısına faktla çıxmaq lazımdır, qəti mövqe bildirmək vaxtıdır. Əgər millətimizin gələcəyini düşünürüksə, təlim-tərbiyəsi ilə məşğul olduğumuz 2 milyona yaxın azərbaycanlının gələcəyini düşünürüksə, bu adamlara- Rəsul Quliyevə, Etibar Məmmədova, İsa Qəmbərə və başqalarına cavab verməliyik. 1990-cı illərin əvvəllərinin təkrarlanmasına yol verməməli, dövlətçiliyimizi müdafiə etməliyik. Müxalifətin şər-böhtan yağdırmasının qarşısı alınmalıdır. Avropa Şurası Parlament Assambleyasının iclasında İlham Əliyev sinəsini irəli verib Azərbaycanın mənafeyini qoruyanda müxalifət mətbuatı tamamilə başqa şeylər yazırdı. Nə üçün ziyalılarımız, Təhsil Şurasının üzvləri bu ittihamlara, əsassız dedi-qodulara cavab vermirlər? Təkrar edirəm, söz demək, qəti mövqe bildirmək vaxtı gəlib çatıb. Nazir əmin olduğunu bildirdi ki, respublikamızın təhsil işçiləri “Yeni Azərbaycan Naminə” İctimai Hərəkata qoşularaq seçkilərdə Heydər Əliyevi dəstəkləyəcək, sübut edəcəklər ki, dövlətimizin başçısının qayğı və diqqətinə layiqdirlər.

X X X

Sonra ümumrespublika toplantısı iştirakçılarının bəyanatı oxundu və qərar qəbul olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub