Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİSİRİN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ

Xəbər verdiyimiz kimi, Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə bu ölkənin Bakıdakı səfirliyi iyulun 23-də “Avropa” otelində rəsmi qəbul təşkil etmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda iştirak edirdi.

Əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səsləndi.

Misirin respublikamızdakı səfiri xanım Cihan Əmin Məhəmməd Əli və Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda nitq söylədilər.

MİSİRİN AZƏRBAYCANDAKI SƏFİRİ CİHAN ƏMİN MƏHƏMMƏD ƏLİNİN NİTQİ

-Cənab Prezident!

Xanımlar və cənablar!

Bugünkü məclisdə iştirak etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirir, 23 iyul inqilabı münasibətilə keçirilən mərasimə təşrifinizə görə hamınızı salamlayıram.

Uzun illər keçməsinə baxmayaraq, bu hadisə Misir xalqının tarixində parlaq bir səhifə kimi qalmaqdadır. O, Misirdə ölkənin hakimiyyət sistemini, onun hədəflərini, fəlsəfəsini dəyişdirdi və xalqa xoşbəxtlik bəxş edəcək respublika sistemini yaratdı, demokratik prinsiplərin əsasını qoydu və milli sərvətlərin yenidən bölünməsinin, Misirin sənayeləşdirilməsinin, kənd təsərrüfatında islahatların tam proqramlarını həyata keçirdi.

1952-ci il 23 iyul inqilabı münasibətilə dünən Qahirədə keçirilən mərasimdə cənab Prezident Hüsni Mübarək öz çıxışında dediyi kimi, bu inqilab bütün ölkələrin müraciət etdiyi yolu əhatə edən bir inqilabdır. Misir öz milli istiqlaliyyətini qorumaq sahəsində böyük nailiyyətləri əldə etmişdir. İyul inqilabı öz əsl milli ruhunu qorumuş və Misir xalqına böyük uğurlar bəxş etmişdir. Eyni zamanda, bu inqilab Misir tarixində dərin dəyişikliyin əsasını qoymuşdur.

Bu inqilab təkcə Misirin, ərəb dünyasının deyil, Asiya, Afrika, Latın Amerikası xalqlarının çoxunun mübarizə simvoluna çevrilmişdir.

Möhtəşəm Misir inqilabı nəticəsində getdikcə artan və ardıcıl surətdə yüksələn milli dirçəlişin möhkəmləndirilməsini vurğulamaq olar. Eyni zamanda, Misirin ərəb ümmətinə, onun problemlərinə, xüsusən də Orta Şərq probleminin həlli məsələsinə münasibətdə mövqeyini qeyd etmək olar. Misir bu problemin ədalətli, tam şəkildə həlli üçün əlindən gələni etmişdir.

Zati-aliləri cənab Prezident, Misir inqilabından artıq 50 il keçmişdir. Bütün bu çətin illərə baxmayaraq, biz tarixi nailiyyətlər əldə etmişik, regionun ən nüfuzlu ölkələrindən birinə çevrilmişik. İndi də Misirin qədim tarixini çox böyük qürur hissi ilə davam etdiririk və regionda ən nüfuzlu, ən güclü ölkələrdən biri olaraq qalmaqdayıq.

Bu il biz, eyni zamanda, Misir ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradılmasının on illiyini qeyd edirik. Misir 1991-ci ilin sonunda Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlər sırasında olmuşdur. Bundan sonra atılan ilk mühüm addım 1992-ci il aprel ayının 11-də diplomatik əlaqələr yaradılmasının elan edilməsi oldu. Şübhə yoxdur ki, Misirin islam dövləti olması onun qardaş Azərbaycan dövləti ilə, eləcə də bütün islam dövlətləri ilə əlaqələrinin təbiətinin müəyyənləşdirilməsində başlıca rol oynayır. Belə ki, islam qardaşlığa, sülhə, əməkdaşlığa, millətlər və xalqlar arasında inteqrasiyaya çağıran bir dindir. Misir həmişə bu məntiqə əsaslanaraq, bütün qardaş islam ölkələri ilə müxtəlif sahələrdə əlaqələrini möhkəmləndirməyi zəruri hesab edir.

Bu il Misir-Azərbaycan əlaqələri sahəsində həyata keçirilmiş ən parlaq tədbirlərdən biri Bakıda humanitar tibb klinikasının inşa edilməsi işlərinin başlanmasıdır. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasında və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsində, ölkənizin suverenliyinin qorunmasında Misirin mövqeyini qeyd etmək istərdim.

Mən Azərbaycan ilə Misir arasındakı əlaqələrin gələcəyinə böyük nikbinliklə baxıram. İnanıram ki, iki ölkə arasındakı körpülər gələcəkdə daha da genişlənəcək və böyüyəcəkdir. Mən bunu əldə etdiyimiz nailiyyətlərə istinad edərək deyirəm. Azərbaycan-Misir əlaqələrinin inkişafına, xüsusən də iqtisadi və ticarət sahələrində yeni nailiyyətlərə, Misirdə və Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu sahəsində uğurlara inanıram.

Sizin hamınıza minnətdarlığımı bildirirəm.

Cənab Prezident, qonaqlar, çox sağ olun.

X X X

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Hörmətli xanım səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Misirin milli bayramı - 23 iyul inqilabının 50-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Sizə və qardaş Misir xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram.

1952-ci il 23 iyul Misir inqilabı XX əsrin ən böyük tarixi hadisələrindən biri olmuşdur. Uzun müddət müstəmləkə əsarətində yaşayan xalqlar İkinci dünya müharibəsindən sonra öz müstəqilliyi haqqında düşünməyə başladılar. Məhz İkinci dünya müharibəsindən sonra dünyada hələ mövcud olan böyük müstəmləkə imperiyaları dağılmağa başladı. Yer kürəsinin, demək olar ki, bir çox bölgələrində müstəmləkə sisteminə qarşı çıxışlar, mübarizə başlanmışdı. Bunların içərisində 1952-ci il Misir inqilabı ərəb və müsəlman dünyasında xüsusi yer tutur. Mən bu sözləri deyəndə 1952-ci il, 1951-ci il, hətta 1950-ci ildə Misirdə, onun ətrafında, Süveyş kanalı zonasında gedən mübarizə, münaqişələr və hadisələr gözümün qarşısına gəlir. O illərdə orada, nəhayət, inqilab başlayanda sanki dünyada böyük bir bomba partladı. Mərhum Camal Əbdül Nasirin rəhbərliyi altında Misirin bir qrup zabiti o vaxtkı hakimiyyəti devirib ölkədə ədalətli hakimiyyət yaratmaq və insanlara azadlıq vermək uğrunda ölüm-dirim mübarizəsinə başlamışdılar. Amma bu hərəkata müqavimət göstərənlər, - təkcə Misirin özündə, yaxud da ki, ümumiyyətlə ətrafdakı ərəb ölkələrindəki mühafizəkar hakimiyyətlər deyil, həm də bir çox xarici qüvvələr, - Misirin coğrafi-siyasi əhəmiyyətinə və xüsusən Süveyş kanalına görə bu qəhrəman insanların mübarizəsinin qarşısını almaq istəyirdilər.

Sizin çoxlarınız bunları kitablardan, bəlkə filmlərdən bilirsiniz. Ancaq mən o vaxt bu hadisələri çox dərindən izləyən, o vaxtkı mətbuatı oxuyan və dünyada, o cümlədən həmin bölgədə vəziyyətlə maraqlanan insanlardan biri idim. Çünki bu, mənim peşəmə çox aid idi.

Misirin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparanların o zaman Süveyş kanalını bağlaması və bu kanaldan istifadə edən böyük dövlətlərin güclü təzyiqlərinə baxmayaraq öz planlarını iradə ilə həyata keçirməsi dünyada bütün insanları heyran edirdi.

Mən bu barədə çox danışa bilərəm. Ancaq bunların hamısı Misir xalqının, onun mütərəqqi insanlarının, o vaxt Misir inqilabına başçılıq edən Camal Əbdül Nasirin qələbəsi ilə qurtardı və nəhayət, onlar qalib gəldilər. Süveyş kanalını nəzarətə aldılar və Camal Əbdül Nasir Misirin prezidenti seçildi.

Biz yaşadığımız ölkədə xalq, dövlət, hökumət - hamı Misirdə inqilab edənlərin tərəfində idi, onları dəstəkləyirdi. 1950-ci illərin axırı idi. Camal Ədül Nasir Sovetlər İttifaqına gəldi. Bunu Sovetlər İttifaqının tarixində görünməmiş böyük bir hadisə kimi qarşıladılar. O səfər zamanı Camal Əbdül Nasir Azərbaycanı da ziyarət etdi. Bu, indiki kimi, gözümün qarşısındadır. Bütün Bakı, Azərbaycan onu qarşılamağa çıxmışdı. Hətta onu da deyə bilərəm ki, bizim indiki Binə hava limanı o vaxt Camal Əbdül Nasiri gətirən təyyarə kimi böyük təyyarələri qəbul edə bilmirdi. Nasos qəsəbəsindəki hərbi aeroport bu baxımdan yaxşı vəziyyətdə idi, təyyarəni ora qəbul etdi. Həmin aereportun bütün ərazisi insanlarla dolu idi. Mən də orada idim.

Xatirimdədir, oradan onun üçün ayrılmış iqamətgaha qədər, - o, indiki dövlət iqamətgahı idi, - yollarda, bütün küçələrdə yüz minlərlə adam Camal Əbdül Nasiri salamlayırdı. Yadımdadır, onu aparan avtomobilin irəliləməsi bəzən çox ləngiyirdi, çünki insanlar avtomobili saxlayıb onu salamlayır, onu görmək istəyirdilər.

Mən özümü çox xoşbəxt hesab edirəm ki, həmin vaxt Bakıda idim, Camal Əbdül Nasirin qarşılanmasında iştirak edirdim və onunla tanış oldum, görüşlərdə iştirak etdim. Bu, qəlbimdə indiyə qədər də yaşayır. Təbiidir ki, bu, o vaxt bütün xalqın müstəmləkə sisteminə, əsarətə, istismara olan etirazı idi. Eyni zamanda, xalqların müstəqillik əldə etmək üçün başladıqları hərəkata olan dəstəyi idi. Azərbaycanın insanları, xalqı o vaxt bu prosesi dəstəkləyirdi. Camal Əbdül Nasir bu prosesdə çox fərqləndiyinə görə, ona xüsusi məhəbbət və xüsusi hörmət vardı.

Onu görənlər yəqin bilirlər ki, çox hündürboy, enlikürək, gözəl kişi idi. Onun simasında həm ərəb cizgiləri, həm də çox yüksək mədəniyyət cizgiləri vardı. O, vəfat edəndə də Sovetlər İttifaqında da, Azərbaycanda da hamımız çox məyus olmuşduq.

Xatirimdədir, sonra, 1973-cü ildə mən Misirə gedəndə, - orada səkkiz-doqquz gün qalmışdım, Sovetlər İttifaqının böyük bir nümayəndə heyətinə başçılıq edirdim, - onun qəbrini ziyarət etdim. Onun qəbri Qahirədə bir məsciddədir.

Tarixi faktları düz deyirəmmi?

Ondan sonra Misir Ərəb Respublikasına Camal Əbdül Nasirin yaxın silahdaşlarından biri, böyük siyasi xadim Ənvər Sədat başçılıq etdi. O da çox böyük işlər gördü. Ancaq təəssüflər olsun ki, terror nəticəsində həlak oldu. Mən daha vaxtınızı almaq istəmirəm. Sadəcə, bu inqilabın başlanğıcını və onun qeyri-adiliyini sizə çatdırmaq üçün bunların üzərində çox dayandım.

Çox sevindirici haldır ki, həmin o nəsil, yəni o vaxtlar meydana çıxmış vətənpərvər insanların nəsli davam edir. Ənvər Sədat həlak olandan sonra onun yerinə bugünkü Prezident, mənim çox hörmət etdiyim cənab Hüsni Mübarək seçildi. Hüsni Mübarək də Camal Əbdül Nasirlə, Ənvər Sədatla bir yerdə idi və o vaxt Misirin müdafiə naziri idi.

Artıq mən dedim ki, 1973-cü ildə Misirdə olmuşam. O vaxt mərhum Ənvər Sədatla da görüşdüm. Qeyd etdim ki, Camal Əbdül Nasirin qəbrini ziyarət etdim. Sonra artıq müstəqil Azərbaycanın Prezidenti olaraq, Misirdə, bir sıra beynəlxalq təşkilatlarda mən hörmətli dostum Hüsni Mübarəklə bir neçə dəfə görüşlər keçirmişəm, danışıqlar aparmışam. Bütün bu görüşlərimiz, danışıqlarımız Misirlə Azərbaycan arasında olan əlaqələr və onların möhkəmləndirilməsi barədə olubdur.

Mən Prezident Hüsni Mübarəki Azərbaycana dəvət etmişəm. Bir neçə dəfə görüşlərimizdə - 1994-cü ildə mən Qahirədə olanda, ondan sonrakı görüşlərimizdə də o məni Misirə rəsmi səfərə dəvət etmişdir. Ancaq nə o mənim dəvətimi yerinə yetirib, nə də mən onun dəvətini yerinə yetirmişəm. Amma hesab edirəm ki, mən onun dəvətini yerinə yetirməliyəm və vaxt tapıb mütləq Misirə rəsmi səfər etməliyəm.

Görürsünüz, tarixə mən çox vaxt həsr etdim. Amma bu, lazımdır. Çünki bugünkü gün, qeyd etdiyimiz gün, yəni 23 iyul Misir inqilabı, - mən çıxışımın əvvəlində dedim, - XX əsr tarixində ən böyük, möhtəşəm hadisələrdən biridir. Biz həmişə bunu yadımızda saxlamalıyıq və qiymətləndirməliyik.

Misirlə Azərbaycan arasında çox yaxşı dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq əlaqələri var. Biz Azərbaycanda bu əlaqələrə xüsusi əhəmiyyət veririk. Hesab edirik ki, əlaqələrimizi daim genişləndirməliyik. Bunun üçün imkanlarımız da var. Güman edirəm ki, gələcək illərdə biz bu əlaqələrimizi daha da genişləndirə biləcəyik.

Mən bu bayram münasibətilə sizi bir daha təbrik edirəm. Sizə bildirmək istəyirəm ki, mən ikinci dəfədir bu salonda sizin bayramınıza gəlmişəm. Sizdən əvvəlki səfir Azərbaycanda işləyəndə də mən buraya gəlmişəm.

Siz məni dəvət edəndə, bəlkə də inanmırdınız ki, gələcəyəm. Amma işim nə qədər də çox olsaydı, mən bugünkü bayrama gəlməyə bilməzdim. Mən artıq Misir inqilabı haqqında burada çox geniş nitq söylədim. Belə bir hadisəni gəlib burada, Misirin səfirliyində qeyd etməmək və bu barədə olanları yada salmamaq, bu hadisədən, bu gündən istifadə edib bizim münasibətlərimiz haqqında danışmamaq - təbiidir ki, mən bunu etməyə bilməzdim.

Sizi bir də təbrik edirəm. Xahiş edirəm mənim təbriklərimi əziz dostum Prezident Hüsni Mübarəkə çatdırasınız. Sizə və bütün xalqınıza bir daha sülh və əmin-amanlıq arzulayıram.

X X X

Mərasim başa çatdıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev bayram tədbirində iştirak edən xarici ölkələrin Bakıdakı səfirləri, respublika ictimaiyyətinin nümayəndələri ilə görüşüb səmimi söhbət etdi.

Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, xarici işlər naziri Vilayət Quliyev, parlament sədrinin birinci müavini Arif Rəhimzadə, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Prezidentin İcra Aparatının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordubadda ağır yol qəzası olub, bir nəfər həyatını itirib

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL

Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Paytaxt məktəblərinin direktorları ilə keçirilən silsilə görüşlərə yekun vurulub

Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir - TƏHLİL

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir - ŞƏRH

Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

Azərbaycan beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətdir ŞƏRH

Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb

Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət edib

® Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Mərkəzi Bank: Doqquz ayda 1648 əqd qeydə alınıb