Misli Premyer Liqasında lider dəyişib
Bakı, 22 noyabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XIV tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin autsayderi “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edib.
Tovuz şəhər stadionunda reallaşan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 25-ci dəqiqədə Felipe Santos, 86-cı dəqiqədə Benni vurub.
Bu qələbədən sonra xallarını 33-ə çatdıran “Araz-Naxçıvan” “Qarabağ”ı qabaqlayaraq liderliyə yüksəlib. Gəncə klubu isə 7 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, XIV turun digər qarşılaşmaları noyabrın 23-24-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]