Moldova Respublikasının sabiq Prezidenti, Moldova Respublikası Kommunist Partiyasının sədri Vladimir Voronindən
Əziz İlham Heydər oğlu,
Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Dövlətinizə firavanlıq, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq diləyirəm.
Müasir Azərbaycan həm özünün gözəlliyi və mədəni müxtəlifliyi ilə, həm də qədim ənənələrlə müasir texnologiyalara yiyələnmək, hər bir vətəndaşın həyatının keyfiyyətini yaxşılaşdırmaq əzminin ahəngdar şəkildə əlaqələndirilməsi ilə insanı heyran edir. Ölkəniz həqiqətən Avropa modernizmi ilə Şərq füsunkarlığının vəhdətidir.
Əminəm ki, Sizin dövlətinizdə hər gün baş verən möcüzəli dəyişikliklər əməksevər Azərbaycan xalqının səylərinin və ölkə rəhbərliyinin müdrikliyinin vəhdətinin nəticəsidir.
Azərbaycanın bundan sonra da minilliklər boyu sabit, inkişaf etmiş, firavan dövlət olmasını arzulayıram.
Qoy, Azərbaycan və Moldova xalqları arasında ənənəvi qardaşlıq əlaqələri möhkəmlənsin, ölkələrimizin əməkdaşlığı daha da inkişaf etsin.
Hörmətli İlham Heydər oğlu, şəxsən Sizə uğurlar, cansağlığı, Azərbaycan xalqının rifahı naminə bütün ideyalarınızın gerçəkləşməsini və yeni nailiyyətlər arzulayıram.
Dərin ehtiramla,
Vladimir Voronin
Moldova Respublikasının sabiq Prezidenti,
Moldova Respublikası Kommunist Partiyasının sədri