Moldovada azərbaycanlı avarçəkən qardaşlar 6 medal qazanıblar
Kişineu, 23 iyun, AZƏRTAC
Belts şəhərində U14, U16 və U18 yaş kateqoriyalarında idmançılar arasında kayak və kanoe üzrə Moldova çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışlarda soydaşlarımız – Eldar və Tamerlan Osmanov qardaşları iştirak edərək uğurlu çıxışları ilə bir neçə mükafata layiq görülüblər.
Eldar Osmanov tam mükafat dəstini qazanıb:
• 500 metr məsafədə – 1-ci yer;
• 200 metr məsafədə – 2-ci yer;
• 1000 metr məsafədə – 3-cü yer.
Tamerlan Osmanov da üç medal qazanıb:
• 1200 metr məsafədə – 2-ci yer;
• iki nəfərlik kayakla 500 metr məsafədə – 2-ci yer;
• tək nəfərlik kayakla 500 metr məsafədə – 3-cü yer.
Moldova Azərbaycanlıları Konqresi Osmanov qardaşlarını çempionatda uğurlu çıxış münasibətilə səmimi qəlbdən təbrik edir, gənc idmançıların inkişafına verdikləri dəstəyə və töhfəyə görə onların məşqçilərinə və valideynlərinə minnətdarlığını bildirir.