MOLDOVADA RUS DİLİNİN TƏTBİQİ SAHƏSİ GENİŞLƏNİR
Moldova parlamenti rus dilinin tətbiq olunduğu sahələri genişləndirir. AZƏRTAC-ın müxbirinin qanunverici orqanın mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, bir sıra qanunlara edilən əlavələrə uyğun olaraq, indi patent və əmtəə nişanları almaq üçün sənədlər rus dilində də tərtib edilə bilər. İndiyədək bu sənədlər yalnız dövlət dili olan moldav dilində hazırlanırdı.
Əlavələr bir neçə qanunda - səmərələşdirmə fəaliyyəti, ixtiralar üçün patentlər, əmtəə nişanları və sənədləri, əmtəənin mənşəyi, sənaye rəsmləri və nümunələrinin qorunması, eləcə də bitkilərin mühafizəsi haqqında qanunlarda edilmişdir.
Müxalif Xristian Demokrat Xalq Partiyası əlavələrin əleyhinə səs vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]