Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyası davam edir
Bakı, 22 yanvar, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyası davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, molekulyar biologiya ixtisası üzrə təhsil alan I kurs magistrantlar “Molekulyar enzimologiya və membranologiya”, həmin ixtisas üzrə təhsil alan II kurs magistrantlar “Bioloji siqnalların ötürülməsinin molekulyar mexanizmləri”, biokimya ixtisası üzrə I kurs magistrantlar “Metabolizmin əsasları”, həmin ixtisas üzrə II kurs magistrantlar isə “Müasir biokimya” fənlərindən imtahan veriblər. Tələbələr biliklərini uğurla nümayiş etdiriblər.