ELM VƏ TƏHSİL
MOSKVADA BEYNƏLMİLƏL GECƏ KEÇİRİLMİŞDİR
Demək lazımdır ki, ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərliyə başladığı 1969–cu ildən sonra böyük inkişaf yolu keçmiş Azərbaycanın ən yeni tarixi haqqında informasiya iştirakçıların böyük marağına səbəb oldu. Tələbələrimiz vurğuladılar ki, bu gün Azərbaycanın siyasi xəttinin varisliyini Heydər Əliyevin oğlu, ümumxalq yolu ilə Prezident seçilmiş İlham Əliyev davam etdirir.
Maliyyə Akademiyasının rektoru Alla Qryaznova çıxışında bu ali məktəbdə təhsil alan azərbaycanlı tələbələrin fəallığını yüksək qiymətləndirdi. O bildirdi ki, burada dünyanın 40 ölkəsindən, o cümlədən MDB ölkələrindən on minədək tələbə oxuyur.
Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev beynəlmiləl gecənin keçirilməsi təşəbbüsünə görə Akademiyanın rəhbərliyinə təşəkkürünü bildirərək dedi ki, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan rəhbərliyi Rusiya ilə hərtərəfli əlaqələrin inkişafında maraqlıdır.
Sonra milli geyimli tələbələrimiz coşğun rəqslərimizi ifa etdilər, xalq çalğı alətlərində gözəl melodiyalarımızı səsləndirdilər, tanınmış şairlərimizin şerlərini oxudular. Konsert proqramı başa çatdıqdan sonra foyedə bayramsayağı bəzədilmiş süfrələrdə üç ölkənin mətbəxi nümayiş etdirildi.
Tələbələrimiz foyedə Azərbaycan guşəsi də düzəltmişdilər. Səttar Bəhlulzadənin ölməz tabloları, habelə rəssam Əsgər Məmmədovun əsərləri, əl ilə toxunmuş, milli ornamentlərlə bəzədilmiş, üzərində xalq çalğı alətləri düzülmüş xalça guşəyə xüsusi gözəllik verirdi. Burada tanınmış Azərbaycan yazıçıları Çingiz Abdullayevin və Əbdül Hüseynovun kitabları, “Ümumrusiya Azərbaycan Konqresi” qəzetinin Rusiyada parlament seçkilərinə həsr olunmuş xüsusi buraxılışı da nümayiş etdirilirdi.