MOSKVADA ƏRƏB VƏ İSLAM TƏDQİQATLARI MƏRKƏZİ AÇILMIŞDIR
RF Prezidentinin İslam Konfransı Təşkilatı (İKT) ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Veniamin Popov Rusiyanın müsəlman dövlətləri ilə əlaqələrinin möhkəmlənməsi istiqamətində ölkə rəhbərliyinin atdığı addımlarla əlaqədar ƏİTM-nin yaradılmasının aktuallığını vurğulamışdır. O demişdir ki, Mərkəz Rusiyanın və MDB ölkələrinin müftilikləri, dini qurumları və islam universitetləri ilə əməkdaşlıq edəcəkdir.
ƏİTM-nin direktoru Vitali Naumkin onun vəzifələrindən danışaraq, bu sahədə gənc kadrların çatışmadığını, mütəxəssislərin indiki nəsli üçün layiqli əvəz hazırlanmasını Rusiya ərəbşünaslığı və islamşünaslığının çox böyük problemi adlandırmışdır. Odur ki, yeni qurum gənc tədqiqatçıları birgə fəaliyyətə cəlb edəcəkdir. Ərəb və islam ölkələrinin təkcə rəsmi nümayəndələri ilə deyil, tədqiqat mərkəzləri və qeyri-hökumət təşkilatları ilə də geniş əlaqələr yaradılması da Mərkəzin başlıca vəzifələrindən biridir.
Mətbuat konfransında bildirildi ki, ƏİTM-də müsəlmanlarla yanaşı, xristianlar da işləyirlər.
ƏİTM-nin planlarında Məhəmmməd Peyğəmbərin həyatına həsr olunmuş kitab, İslama xeyirxah münasibət bəsləyən pravoslav müəllifin “Quranı yenidən oxuyarkən” əsərini, Rusiya ilə İslam dünyası arasında qlobal və regional səviyyədə münasibətlər haqqında “Qarşıdurma, yoxsa əməkdaşlıq” adlı fundamental əsəri, habelə 20 cildlik “Qızıl İslam kitabxanası”nı və bir çox başqa kitabları nəşr etmək nəzərdə tutulur.
ƏİTM öz İnternet-resursunu da buraxmışdır – www.islamica.ru Qurumun idarə heyətinin üzvü Ələkbər Ələkbərov diqqəti saytın adının latınca olduğuna cəlb etmişdir. Onun fikrincə, bu, saytın dini deyil, elmi xarakter daşıdığını vurğulayır.