MOSKVADA GENERAL-LEYTENANT KƏRİM KƏRİMOVUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Səfir Polad Bülbüloğlu gecəni açaraq, Azərbaycan xalqının görkəmli nümayəndəsinin çoxşaxəli və heyrətamiz həyatından danışdı. O qeyd etdi ki, Kərim Kərimovun adı onun vəzifəsinin xüsusiyyətinə görə uzun illər ictimaiyyətdən gizli saxlanılmışdır. O, sabiq SSRİ, onun şan-şöhrəti və müdafiə qabiliyyəti üçün çox böyük işlər görmüş insanlardan biri idi. Diplomat dedi: “Bütün bu işlər təkcə Sovet İttifaqı üçün deyil, həm də bütün bəşəriyyət üçün görülürdü. Bu salona toplaşan tanınmış kosmonavtlar həyatlarını təhlükə qarşısında qoyur, sonrakı bütün nəsillər üçün təcrübə toplayırdılar. Fəxr edirik ki, xalqımızın nümayəndəsi yeniliklər kəşf edən, kosmonavtikanın şöhrətini yaradan insanların ön sıralarında olmuşdur”.
K.Kərimovun dostları və silahdaşları böyük səmimiyyətlə çıxış etdilər. Raket-kosmik sistemlərin aparıcı konstruktoru Zaxar Brodski, raket-kosmik sistemləri baş konstruktorunun müavini Boris Çertok, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, kosmonavt Georgi Qreçko, görkəmli konstruktor Sergey Korolyovun qızı Natalya Korolyova, siyasətçi Aleksandr Dzasoxov, kinodramaturq Rüstəm İbrahimbəyov, “Tamamilə məxfi general” kitabının müəllifi Yekaterina Beloqlazova kosmonavtikanın inkişafına soydaşımızın misilsiz töhfəsindən söhbət açdılar. Qeyd edildi ki, Kərim Kərimov istedadlı rəhbər, ağıllı və mütəşəkkil insan, yüksək səviyyəli peşəkar idi. İyirmi beş il ərzində bütün kosmonavtlar kosmosa startdan əvvəl və oradan qayıtdıqdan sonra məhz K.Kərimova raport verirdilər: “Yoldaş Dövlət Komissiyasının sədri...”. Uçuşdan əvvəl kosmonavtlara məhz o, xeyir-dua verirdi, hərçənd özü həmişə kadr arxasında qalırdı.
Kərim Kərimovun qızı Suriyə Kərimova atasının xatirə gecəsinin təşkilinə görə səfirliyə və salondakılara dərin minnətdarığını bildirdi. Suriyə xanım atasının həyatının maraqlı epizodlarından danışdı, qeyd etdi ki, o, özünü xoşbəxt bilirdi, çünki Vətəni və Azərbaycan diasporu ona həmişə böyük diqqət göstərirdilər.
Tədbirin yekun hissəsində bildirildi ki, Rusiya Kosmonavtika Federasiyası Kərim Kərimovun doğum günü münasibətilə “Vətən kosmonavtikası qarşısında xidmətlərə görə” xatirə medalı buraxmışdır. Gecədə xatirə medalı Boris Çertoka, Georgi Qreçkoya, Natalya Korolyovaya, Nikolay Baybakova, Sergey Pançenko və Vladimir Xodakova təqdim edildi. Xatirə medalı Heydər Əliyev Fonduna çatdırılmaq üçün səfir P.Bülbüloğluna verildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]