SİYASƏT
MOSKVADA XƏZƏRİN STATUSU BARƏDƏ MƏSƏLƏSİ İLƏ BAĞLI İCLASIN UĞURLA NƏTİCƏLƏNƏCƏYİNƏ ƏMİNDİRLƏR
Rusiya Prezidentinin Xəzərin statusunun nizama salınması məsələləri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Viktor Kalyujnı bu görüşün “uğurlu” olacağına əmindir. Diplomatın fikrincə, Xəzərin hüquqi statusunun nizama salınması ilə bağlı vəziyyət get-gedə yaxşılaşır. Rusiya ilə Qazaxıstan, eləcə də Rusiya ilə Azərbaycan arasında bütün müqavilələr ratifikasiya olunmuşdur.
O, Xəzərin statusu ilə bağlı Tehranın mövqeyindən danışaraq bildirmişdir ki, İran mövcud məsələlərin həlli yollarının axtarışında fəallıq göstərir. İranın Türkmənistan və Azərbaycanla danışıqlar prosesinin fəallaşması bunu sübut edir.
Görüşdə əsas müzakirə mövzularından biri də bu ilin sonunda Moskvada Xəzəryanı beş dövlətin XİN başçılarının görüşünü təşkil etmək barədə Rusiyanın təşəbbüsü olacaqdır. Kalyujninin sözlərinə görə, belə bir görüşün keçirilməsi zəruridir.