Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu Sərəncamın əsasında Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq ənənələrinin yaşadılması, ölkəmizdə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədi dayanır. Xüsusi qeyd edilməlidir ki, respublikamız iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində etibarlı tərəfdaş kimi tanınır, bu sahələrdə nəticəyönümlü beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir, həmçinin dayanıqlı şəhərsalma proseslərində fəallığı ilə seçilərək böyük təcrübə qazanıb. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi barədə qərarın qəbul olunması Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu əyani şəkildə nümayiş etdirir.

Çoxəsrlik tarixinin müxtəlif mərhələlərində, Şərqlə Qərbin kəsişməsində güclü dövlətlər və sıx iqtisadi, siyasi, mədəni əlaqələr qurmuş Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şirvanşahlar sarayı kompleksi, Qız qalası, Xan sarayı, həmçinin çoxsaylı məscidlər, türbələr və digər mədəniyyət inciləri yaradılmış, tədricən şəhərlərin özünəməxsus siması formalaşmışdır. XlX əsrin ortalarından başlayaraq qısa zamanda dünyanın neft mərkəzlərindən birinə çevrilmiş Bakıda sürətli sənayeləşmə prosesinin təsiri altında Şərq və Qərb memarlığının sintezi hesab edilən təkrarolunmaz şəhərsalma modelinin əsası qoyulmuşdur. Təəssüf ki, XX əsrin əvvəllərində bolşevik işğalından sonra Azərbaycan daha çox xammal mənbəyi və aqrar ucqarlardan biri kimi qiymətləndirilmiş, qlobal tərəqqi prosesi fonunda malik olduğu yüksək potensialını tam reallaşdıra bilməmişdir. Lakin buna baxmayaraq, dövrün görkəmli memarlarının səyləri nəticəsində ölkəmizdə milli ənənələr zəminində yeni memarlıq üslubu yaranmış və yaşadılmışdır.

Fəaliyyəti zamanın çərçivəsini aşan və gələcək nəsillər üçün strateji əhəmiyyətə malik olan şəxsiyyətlərin yeri və rolu tarixdə xüsusi əhəmiyyət kəsb edir. Yaradıcı və qurucu şəxsiyyətlər təkcə siyasi lider kimi çıxış etmirlər, dövlətin institusional əsaslarını yaradan, eyni zamanda, iqtisadi prosesləri istiqamətləndirən və xalqın milli-mədəni inkişaf vektorunu müəyyənləşdirən ictimai inkişafın memarı olurlar. Müasir dövrün əsas prioriteti kimi qəbul edilən qlobal urbanizasiya şəraitində məkan və infrastruktur modellərini müəyyənləşdirən belə liderlərin əhəmiyyəti daha da artır.

XX əsrin ikinci yarısı – XXl əsrin əvvəlində Azərbaycanın idarəçilik sükanını əlinə alan və onu inamla, uzaqgörənliklə gələcəyə doğru aparan belə bir şəxsiyyət xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş və müasir idarəçiliyin əsaslarını yaratmış görkəmli dövlət xadimidir. Onun fəaliyyəti uzaqgörən liderlik, güclü idarəçilik və milli maraqlara əsaslanan strateji düşüncə ilə səciyyələnmişdir. Ulu Öndər bütün siyasi fəaliyyəti boyunca Azərbaycanın sosial-iqtisadi inkişafını, dövlət müstəqilliyinin möhkəmləndirilməsini və milli ideologiyanın formalaşmasını əsas prioritet kimi müəyyən etmiş, bununla da ölkənin gələcək inkişaf modelinin konseptual əsaslarını yaratmışdır.

Ulu Öndərin fəaliyyəti mərkəzində müstəqil, güclü, dayanıqlı və müasir dövlətin formalaşması amalı dayanan ardıcıl və məqsədyönlü quruculuğun bariz nümunəsidir. Onun müəyyən etdiyi dayanıqlı inkişaf xətti konkret zaman çərçivəsi ilə kifayətlənməmişdir. Ümummilli Lider xalqın dövlətçilik təfəkkürünü və mənəvi dəyərlərini inkişaf etdirən, zənginləşdirən və istiqamətləndirən, eyni zamanda, gələcək onilliklərin çağırışlarını qabaqcadan görən, onu sanki bir memarlıq layihəsi kimi qiymətləndirən və bu layihənin reallığa çevrilməsi üçün dayanmadan çalışan dahi rəhbər və güclü ideoloq olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə güclü iqtisadi baza və infrastruktur, milli kadr potensialı formalaşdırılmış, xammal və kənd təsərrüfatı respublikası olan Azərbaycanda qabaqcıl sənaye sahəsi yaradılmışdır. Sosial-iqtisadi və digər sahələrdə keçmiş SSRİ rəhbərliyi səviyyəsində Azərbaycanın inkişafını təmin edəcək əlverişli qərarlar qəbul olunmuş, bütün sahələrdə uzunmüddətli və sistemli proqramların icrasına, iqtisadiyyata yeni texnologiyaların uğurla tətbiqinə başlanmışdır. 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırma, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sahələr, 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdır. 1970-1985-ci illərdə ölkədə 213 iri sənaye müəssisəsi işə salınmış, Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmağa başlanmışdır. Paytaxt və regionlara gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, iqtisadi inkişafda önəm kəsb edən iri istehsal kompleksləri, müasir yollar, yaşıllıq zonaları, istirahət ocaqları yaradılmışdır. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə həyata keçirilən quruculuq siyasəti Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi inkişafında mühüm rol oynamışdır.

Şəhərsalma mühitinin inkişafına Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir, çünki bir ölkənin yaşayış məkanlarının, kənd, qəsəbə və şəhərlərinin simasının dəyişməsi uzunmüddətli inkişaf strategiyasının necə həyata keçirildiyi haqqında fikir formalaşdıran əsaslardan biridir.

Strateji yanaşmanın ilkin təzahürləri Ulu Öndərin respublikamıza 1969-1982-ci illəri əhatə edən ilk rəhbərliyi dövründə aydın şəkildə müşahidə olunmuşdur. Həmin illərdə sənayeləşmə prosesinin sürətləndirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və infrastrukturun genişləndirilməsi istiqamətində mühüm addımlar atılmış, ölkə əhəmiyyətli obyektlərin tikintisi geniş vüsət almışdır. Həyata keçirilən strateji xəttin mahiyyətində ölkənin yaşayış məkanları üzrə balanslı inkişafı, sənaye və sosial infrastrukturun paralel şəkildə qurulması, həmçinin milli memarlıq irsinin müasir urbanizasiya prosesinə inteqrasiyası kimi fundamental prinsiplər də dayanmışdır. Bu yanaşma beynəlxalq urban inkişaf modellərində “inteqrasiya olunmuş planlaşdırma” kimi qəbul edilir, iqtisadi, sosial və məkan üzrə siyasətin paralel şəkildə aparılmasının vacibliyini önə çəkir. Yanaşmanın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, şəhər yalnız yaşayış yeri kimi deyil, insanların gündəlik həyatını formalaşdıran kompleks mühit kimi qiymətləndirilir. Eyni zamanda, şəhərsalma və memarlıq yalnız fiziki infrastrukturun yaradılması ilə məhdudlaşmamalı, həmçinin milli kimliyin ifadəsi olmalıdır. Şəhərlərin planlaşdırılmasına dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi yanaşılması, urban inkişafın birbaşa sosial rifahla əlaqələndirilməsi məhz bu amildən qaynaqlanır. Qeyd olunan yanaşma müasir beynəlxalq praktikada da vurğulanan insan mərkəzli şəhər inkişafı prinsipi ilə səsləşir və şəhərin yalnız iqtisadi vahid deyil, sosial rifah mühiti kimi formalaşdırılmasını əsas götürür. Beləliklə, Ulu Öndərin şəhərsalma və memarlığa olan münasibəti onun dövlət quruculuğu fəlsəfəsinin məntiqindən irəli gəlirdi.

Dahi Heydər Əliyevin fəlsəfi yanaşmasının formalaşmasında onun şəxsi maraq və meyillərinin də rolu az olmamışdır. Memarlığı həyat yolu kimi seçərək 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olsa da, İkinci Dünya müharibəsinin başlanması səbəbi ilə bu sahədə təhsilini başa çatdıra bilməmişdir. Bununla belə, onun daxili quruculuq potensialı və memarlığa olan marağı sonrakı fəaliyyətində aydın şəkildə özünü göstərmiş, şəhərsalma ilə bağlı qəbul edilən qərarlarda peşəkar yanaşma və sistemli baxış özünü aydın büruzə vermişdir. Ulu Öndər tam haqlı olaraq hesab edirdi ki, şəhərsalma xaotik və təsadüfi proses deyil, dövlətin düşüncə tərzini və gələcəyə baxışını əks etdirən strateji yanaşmadır. Bu istiqamət texniki və ya memarlıq fəaliyyəti ilə məhdudlaşmır, dövlətin idarəetmə fəlsəfəsinin, inkişaf prioritetlərinin və cəmiyyətə baxışının konkret məkan üzərində ifadə forması kimi çıxış edir. Müasir şəhərsalma nəzəriyyəsində də qəbul olunduğu kimi, şəhərlər sadəcə infrastruktur toplusu deyil, iqtisadi, sosial və mədəni proseslərin kəsişdiyi kompleks sistemlərdir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana 1969-cu ildən başlayan rəhbərliyi dövründə şəhərsalmada daha çevik və kompleks yanaşmanın tətbiqinə başlanmışdır. Respublikanın müxtəlif regionlarında yeni sənaye və yaşayış məntəqələri salınmış, mövcud şəhərlərin baş planları yenilənmişdir. Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir kimi şəhərlərdə sosial və nəqliyyat infrastrukturu genişləndirilmiş, müasir mikrorayon sistemi tətbiq olunmuşdur. Həyata keçirilən tədbirlər şəhərlərin balanslı sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət etmişdir. Ölkədə qədim şəhərlərin memarlıq siması qorunmuş, tarixi abidələrin bərpası sistemli xarakter almışdır. Yeni model milli kimliyin qorunub saxlanılmasına xidmət etmiş, eyni zamanda, gələcək inkişaf üçün institusional əsaslar yaratmışdır. Məhz həmin dövrdə formalaşdırılan layihələndirmə və planlaşdırma mexanizmləri sonrakı mərhələlərdə şəhərsalma siyasətinin davamlılığını təmin edən mühüm baza rolunu oynamışdır.

Bakı şəhərinin inkişafı bu strategiyanın ən parlaq nümunələrindən biri olmuşdur. Paytaxtın Baş planının yenilənməsi, yeni yaşayış massivlərinin salınması, sənaye zonalarının optimallaşdırılması və nəqliyyat sisteminin təkmilləşdirilməsi şəhərin müasir simasının formalaşmasında həlledici rol oynamışdır. Ulu Öndərin təşəbbüsü və birbaşa nəzarəti ilə proses çərçivəsində inşa edilən “Gülüstan” Sarayı, Heydər Əliyev Sarayı (keçmiş “Respublika” Sarayı), çoxsaylı abidələr, muzeylər və digər mədəniyyət ocaqları şəhərin funksional və simvolik məkanlarına çevrilmişlər. Ulu Öndər yalnız qərarlar qəbul etməklə kifayətlənməmiş, memarlarla müzakirələr aparmış, layihələrə peşəkar düzəlişlər etmiş və bütün incə detalları diqqət mərkəzində saxlamışdır. Bu yanaşma nəticəsində memarlıqda müasir texnologiyalarla milli ornamentlərin vəhdətinə xüsusi diqqət yetirilmişdir.

Nəqliyyat infrastrukturunun inkişafı şəhərsalma siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış etmişdir. 1970-1980-ci illərdə metro xətlərinin inkişafı və yeni stansiyaların istifadəyə verilməsi nəqliyyat sisteminin optimallaşdırılması ilə yanaşı, şəhər daxilində urbanistik inteqrasiyanı əhəmiyyətli dərəcədə gücləndirmişdir. Metro stansiyalarının interyerində milli memarlıq elementlərinin tətbiqi şəhər mühitinə estetik və mədəni dərinlik qazandırmışdır. Metronun “Nizami” və “Elmlər Akademiyası” kimi zəngin bədii tərtibatı ilə seçilən stansiyalarının inşası bu yaradıcı yanaşmanın bariz nümunəsinə çevrilmişdir.

Eyni zamanda, tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən tədbirlər şəhərsalma siyasətinin mühüm komponentlərindən biri kimi çıxış etmişdir. 1977-ci ildə Bakı şəhərinin incisi olan İçərişəhərin, Şuşa, Şəki və Ordubadın qoruq elan olunması bu siyasətin sistemli xarakter aldığını nümayiş etdirir və milli irsimizə göstərilən həssas münasibətin konkret ifadəsi kimi qiymətləndirilməlidir. 1981-ci ildə “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarın qəbul edilməsi isə həmin istiqamətdə kompleks yanaşmanın formalaşdırıldığını təsdiqləyir. Sənəd abidələrin yalnız qorunmasını deyil, onların elmi tədqiqini və funksional istifadəsini də əhatə etməklə şəhər mühitinin davamlı inkişafına xidmət edən mühüm mexanizm rolunu oynamışdır.

Azərbaycanın aqrar ölkədən inkişaf etmiş sənaye respublikasına çevrilməsi prosesində Ümummilli Liderin təşəbbüsü və nəzarəti ilə inşa edilən mədəniyyət sarayları, inzibati binalar və kinoteatrlar Bakının vizual simasının formalaşmasında mühüm rol oynamışdır. Bu tikililər həm də estetik məkanlar kimi sovet modernizmi ilə milli memarlıq ənənələrinin sintezini əks etdirmişlər. Nəticədə şəhər mühiti tədricən vahid konseptual sistem kimi formalaşaraq, urban mədəniyyətin yeni mərhələsinə qədəm qoymuşdur.

İctimai məkanların və yaşıllıq zonalarının inkişafı xüsusi əhəmiyyət kəsb edir. Ümummilli Liderin təşəbbüsü ilə Bakı bulvarının genişləndirilməsi, yeni park və xiyabanların salınması şəhərin ekoloji balansının qorunmasına və estetik görünüşünün zənginləşməsinə mühüm töhfə vermişdir. Ulu Öndərin “Şəhər yalnız binalardan ibarət olmamalıdır, insanlar üçün rahat, gözəl və yaşamaq üçün cəlbedici bir mühit yaratmalıdır” fikri şəhərsalmada insanların rahatlığı amilini ön plana çıxararaq, onu sırf texniki prosesdən sosial-mədəni dəyərə çevirən konseptual yanaşmanı əks etdirir.

Müstəqilliyin ilk illərində yerli və ittifaq miqyasında formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin qırılması, istehsalın kəskin azalması, Ermənistanın hərbi təcavüzü və ən əsası, AXC-Müsavat hakimiyyətinin bacarıqsızlığı və cinayətkar idarəçiliyi nəticəsində iqtisadiyyat iflic olmuşdur. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) hər il orta hesabla 16,5 faiz azalmış, istehsal potensialının 2/3-si itirilmiş, inflyasiya 1012,3 faiz təşkil etmiş, əməkhaqqı isə 5,7 dəfə azalmışdır.

Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndərin rəhbərliyi sayəsində ictimai-siyasi sabitlik bərqərar olunmuş, dövlət idarəçiliyində sistemli islahatlar aparılmış və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. Bu dövrdə formalaşdırılan və həyata keçirilməsinə başlanan neft strategiyası Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təmin edərək, ölkənin davamlı iqtisadi inkişafı üçün fundamental baza yaratmışdır. Həmin dövrdə qəbul olunmuş iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratmışdır. İqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir. Aparılan islahatlar nəticəsində 1991-ci ildən başlayan iqtisadi resessiya dayandırılmış və müstəqillik dövrünün sabit iqtisadi inkişaf mərhələsi başlanmışdır. 1996-2003-cü illər ərzində ümumi daxili məhsul 1,9 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artmış, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilmiş, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 16 milyard ABŞ dollarından çox olmuşdur.

Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərin dirçəldilməsini təmin etməklə yanaşı, ağır müharibə şəraiti və iqtisadi tənəzzül fonunda şəhərsalma siyasətini dövlət quruculuğunun prioritet istiqamətlərindən birinə çevirmişdir. Şəhərsalma yalnız inkişaf məsələsi deyil, eyni zamanda, bərpa, sabitləşdirmə və yenidənqurma vasitəsi kimi qiymətləndirilmişdir. Həmin dövrdə Bakı başda olmaqla, şəhərlərin simasını formalaşdıran monumental abidələrin, parkların və müasir iş mərkəzlərinin təməli qoyulmuş, infrastruktur yenilənmiş, yollar və kommunikasiya xətləri bərpa olunmuş, sosial obyektlərin tikintisi və şəhər mühitinin abadlaşdırılması geniş vüsət almışdır. Bu mərhələdə şəhərsalma yalnız fiziki yenidənqurma prosesi deyil, eyni zamanda, iqtisadi dirçəlişin və institusional sabitliyin mühüm göstəricisinə çevrilmişdir.

Beləliklə, Ümummilli Lider şəhərlərin estetik və funksional baxımdan yenilənmiş simasının formalaşmasında həlledici rol oynayaraq, tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür. Azərbaycanın müasir şəhərsalma və memarlıq tarixini Heydər Əliyev şəxsiyyətindən kənarda izah etmək mümkün deyil. Ümumiyyətlə, Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir, tərəqqinin, müsbət fundamental transformasiyaların təməlini təşkil edir və gələcək inkişaf üçün alternativsiz, istiqamətverici vektor rolunu oynayır.

2003-cü ildən sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə formalaşmış möhkəm təmələ əsaslanan sürətli və dinamik inkişaf mərhələsi başlanmışdır. Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların, ayrı-ayrı sahələrin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının, imzalanmış fərman və sərəncamların icrası, enerji resurslarının ixracından əldə olunan gəlirlərin bir qisminin bu məqsədlərə yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, ölkədə bütün sahələr üzrə müasir infrastrukturun yaradılmasına, əhalinin rifahının yüksəldilməsinə imkan vermişdir. Bu gün Bakının, şəhərlərimizin yeni və müasir siması onu deməyə əsas verir ki, Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlmişdir. Bakı bulvarı, Ağ şəhər, Alov qüllələri, Heydər Əliyev Mərkəzi, parklar, xiyabanlar, istirahət və əyləncə mərkəzləri, ən müasir standartlara cavab verən səhiyyə, təhsil və mədəniyyət ocaqları, turizm obyektləri və s. paytaxtımızın dünyanın ən gözəl şəhərləri sırasında öz layiqli yerini tutduğunu əyani şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev demişdir: “Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir”. Şəhərsalma və memarlıq da daxil olmaqla, davamlı tərəqqinin miqyası aydın şəkildə göstərir ki, əldə olunmuş uğurların əsasında illər əvvəl düşünülmüş, mərhələli şəkildə reallaşdırılmış və zaman keçdikcə daha aydın şəkildə üzə çıxan sistemli yanaşma dayanır.

2020-ci ildə Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Azərbaycanın müasir tarixində yeni səhifə açmaqla yanaşı, ölkəmizin qarşısında strateji hədəflər, vəzifələr müəyyənləşdirmişdir. Qarşıda duran ən mürəkkəb məsələ 30 illik işğal dövründə tamamilə dağıdılmış böyük bir ərazinin yenidən qurulması və həmin ərazilərdə insanların layiqli yaşayışının təmin edilməsi olmuşdur.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və “Böyük Qayıdış” prosesi çərçivəsində 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə (kənd və qəsəbə ilə birlikdə) şəhərsalma əsaslandırması təsdiq olunmuşdur. Üç müasir hava limanı inşa olunmuş, yüz kilometrlərlə ölçülən avtomobil və dəmir yolları salınmış, yüzlərlə körpü, onlarla tunel, viaduk inşa edilmişdir. Elektrik enerjisi, su təchizatı, habelə sosial və humanitar sahələrdə genişmiqyaslı layihələr reallaşdırılır.

2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, yeni memarlıq konsepsiyalarının tətbiqi müəyyən olunmuş strateji xəttin müasir mərhələsini əks etdirir. Həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, planlı urbanizasiya, dayanıqlı infrastrukturun qurulması və ekoloji yanaşmaların tətbiqi münaqişədən sonra şəhərsalmada Azərbaycan modelinin formalaşdığını deməyə əsas verir. Yeni model beynəlxalq praktikada münaqişədən sonra ərazilərin bərpasında əsas problemlərdən biri olan plansız inkişaf riskinin qarşısını alaraq, inteqrasiya olunmuş və uzunmüddətli planlaşdırma yanaşmasını ön plana çıxarır. Həqiqətən də hazırda dünyanın bir çox ölkələri plansız şəhərsalma və yaşayış sahələrinin çatışmazlığı problemləri ilə üzləşdiyi halda, Azərbaycan hətta vaxtilə dağıdılmış ərazilərdə belə planlı, funksional və yaşamaq üçün əlverişli mühit formalaşdırmaq bacarığını nümayiş etdirir. Bu, artıq təkcə milli uğur deyil, beynəlxalq miqyasda müqayisə oluna bilən əyani təcrübə kimi qiymətləndirilə bilər.

Ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Onun rəhbərliyi ilə ölkədə böyük zövqlə həyata keçirilən humanitar layihələr, bunun tərkib hissəsi kimi Heydər Əliyev Fondu tərəfindən mədəni abidələrimizin bərpası, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının inşası və yenidən qurulması, milli-mədəni irsimizin qorunması, incəsənət nümunələrimizin təbliği və həyata keçirilən digər layihələr ümumi məqsədlərimizin reallaşmasına layiqli töhfələrdir. Fondun fəaliyyəti milli dəyərlərimizin təkcə Azərbaycanda deyil, həm də beynəlxalq miqyasda tanıdılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Göründüyü kimi, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış sağlam və möhkəm təmələ əsaslansa da, mürəkkəb dövrümüzün qlobal çağırışları ilə uzlaşdırılmış formada, praqmatik şəkildə, qətiyyətlə və prinsipiallıqla reallaşdırılır. Bunun başlıca səbəbi odur ki, Prezident İlham Əliyev öz xalqına arxalanan, güclü və xarizmatik Lider olaraq cəmiyyətimizi ümummilli məqsədlər uğrunda səfərbər etməyi bacarır, milli maraqlarımızı hər şeydən uca tutur və inamla gerçəkləşdirir. Nəticədə beynəlxalq aləm Azərbaycanın qazandığı uğurları qəbul edərək COP29, WUF13 kimi qlobal tədbirlərin təşkilini ölkəmizə həvalə edir, Bakını isə dünya gündəliyində duran aktual məsələlərin müzakirə olunduğu mühüm mərkəzlərdən biri kimi görür.

Bu gün ətrafımızda, hər yerdə uzun illər davam edən və bitmək bilməyən, on minlərlə insanın həyatını itirməsinə səbəb olan, milyonlarla insanı öz yaşayış yerini tərk etmək məcburiyyətində qoyan müharibələr var. Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən bəhrələnən Prezident İlham Əliyevin müdrik idarəçiliyi sayəsində Azərbaycan nəinki ümummilli problemlərin həllinə nail oldu, həmçinin öz dinamik inkişafını davam etdirir və dövrümüzün yeni çağırışlarına uyğunlaşmağı, hadisələri qabaqlamağı məharətlə bacarır. Vətəndaşlarımız gözəl şəhərlərdə sabitlik və təhlükəsizlik şəraitində yaşayır, çalışır və gələcəyə nikbinliklə baxırlar. Dünyanın müxtəlif bölgələrində şəhərlər dağılır, Azərbaycan isə işğaldan azad olunmuş ərazilərində müasir şəhərlər salır, orada insanların layiqli yaşayışını təmin edir. Azərbaycan qarşıdurmaların, kataklizmlərin hökm sürdüyü məkan deyil, bu problemlərin həlli ilə bağlı qlobal müzakirələrin keçirildiyi platformadır. Çünki sözü imzası qədər qiymətli və dəyərli olan Prezident İlham Əliyevə dünyada böyük inam və etimad vardır.

Ümummilli Lider Heydər Əliyev dağılmaq ərəfəsində olan Azərbaycanı bir memar kimi yenidən qurdu, Prezident İlham Əliyev isə Ulu Öndərin memarlıq ənənəsini bacarıqla davam etdirərək, onu qüdrətli dövlətə çevirdi. Olduqca böyük çətinlikləri, sarsıntıları aşaraq inşa edilmiş bugünkü müasir və qüdrətli Azərbaycan Heydər Əliyevin memarlıq dühasının və Prezident İlham Əliyevin məharətli idarəçiliyinin, uzaqgörənliyinin və qətiyyətinin təcəssümüdür.

Samir Nuriyev

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb