Müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir
Qusar, 26 aprel (AZƏRTAC, Elxan Yusifli). Qusardakı Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının qadınlar şurasının təşkilatçılığı ilə keçirilmiş tədbirdən əvvəl dahi rəhbər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzülmüş, xatirəsi ehtiramla anılmışdır.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən, gənclərə olan qayğısından danışmış, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş gənclərə YAP-ın üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbirdə Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.