Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir qlobal çağırışlar Azərbaycanda xidmət sahələrinin inkişafını zəruri edir – ŞƏRH VİDEO

Müasir qlobal çağırışlar Azərbaycanda xidmət sahələrinin inkişafını zəruri edir –  ŞƏRH  VİDEO

Bakı, 16 mart, AZƏRTAC

Dünya iqtisadiyyatında ən sürətlə inkişaf edən sahələrdən biri xidmət sektorudur. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ÜDM-in böyük hissəsi məhz xidmət sahələrinin payına düşür. Bu rəqəm ABŞ-də 65 faizdən yuxarı, Türkiyədə 60 faizdən çox, Avropa ölkələrində 60-70 faiz, Azərbaycanda isə 33-34 faiz həcmdədir. Dünyada ÜDM-in strukturunda tədricən aparıcı mövqenin xidmət sahələrinə doğru dəyişdiyini görmək mümkündür. Bu dinamika ticarət, turizm, nəqliyyat, logistika, maliyyə, informasiya texnologiyaları, təhsil, səhiyyə və digər fəaliyyət sahələrini əhatə etməklə iqtisadi artımı sürətləndirir, yeni iş yerləri yaradır və insanların həyat səviyyəsinin yüksəlməsinə şərait yaradır.

Mövzunu AZƏRTAC-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, son illər Azərbaycanın xarici ticarətində xidmətlərin ixracının əmtəə ixracını üstələməsi və burada nəqliyyat xidmətlərinin öndə olması dövlət başçısının fikirlərini bir daha təsdiq edir.

“Qlobal siyasətdə baş verən geosiyasi dəyişikliklər iqtisadi proseslərə, xüsusilə xidmət sektoruna ciddi təsir göstərir. Yaxın Şərqdə davam edən siyasi və hərbi gərginlik regionda yerləşən Azərbaycan üçün həm risklər, həm də yeni iqtisadi imkanlar yarada bilər. Xüsusilə nəqliyyat-tranzit, logistika və turizm xidmətlərinin inkişafı baxımından mövcud şəraitin dəyərləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Konkret olaraq, 2024-cü ildə 3,2 milyard dollarlıq nəqliyyat xidmətləri ixrac edilib və 1,3 milyard dollarlıq müsbət saldoya nail olunub. Ölkəmizin nəqliyyat, tranzit-logistika və turizm xidmətləri sahəsindəki potensialı bu sahələrin uzunmüddətli inkişafını dəstəkləyir. Azərbaycan sabit və stabil dövlətdir. Bu, uzunmüddətli qərarların qəbul edilməsi və dinamik inkişaf üçün əsas amillərdən biridir. Eyni zamanda, Azərbaycanın sülhsevərliliyi, əlverişli coğrafi mövqeyi və uzun illər ərzində qurulmuş infrastrukturunun cəlbediciliyi də xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, Azərbaycan Avropanın “Qlobal Qapılar” layihəsinin əsas prinsiplərinə - davamlılıq, şəffaflıq və uzunmüddətli inkişaf məqsədlərinə sadiq bir ölkədir.

Azərbaycanın nəqliyyat strategiyası yalnız müasir infrastrukturun tikintisi və daşımalardan daha çox gəlir əldə etmək deyil, həm də “yaşıl inkişaf”, ekoloji davamlılıq və rəqəmsal idarəetmə kimi əsas prinsipləri rəhbər tutaraq ümumi regional inkişafa töhfə verməkdir. Bu, nəqliyyat əlaqələrinin əhatə etdiyi bütün ölkələr üçün yalnız logistika və ticarət baxımından deyil - uzunmüddətli iqtisadi inkişaf, regional inteqrasiya, strateji tranzit mövqeyi və geosiyasi güc baxımından da önəmlidir. Eyni zamanda, nəqliyyat-tranzit xidmətləri həm də digər sahələrin inkişafına müsbət təsir edir”, - deyə o qeyd edib.

Aqil Əsədov əlavə edib ki, nəqliyyat-tranzit xidmətləri ilə yanaşı, Azərbaycanda perspektivli xidmət sahələrindən biri də turizmdir: “Bu sahədə xüsusilə işğaldan azad edilmiş ərazilərin zəngin potensialı mövcuddur. Yalnız 2024-cü ildə 2,1 milyard dollarlıq turizm xidmətləri ixrac edilib ki, bu da sahədə 0,5 milyard dollarlıq müsbət saldo yaradıb. Başqa sözlə desək, regionda sabitliyin olduğu dövrdə turizm sektorunda yaradılmış müsbət saldonun indiki durumda daha da artırılması imkanları mövcuddur. Ölkəmizdə təmin olunmuş sabitlik, işğaldan azad edilmiş ərazilərin yaratdığı yeni imkanlar Azərbaycanı alternativ turizm marşrutu kimi aktuallaşdırır. Azərbaycanda turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur, lakin hər bir sahənin daxili rəngarəngliyinin artırılması istiqamətində sistemli addımların atılması vacibdir. Əyləncə turizminin inkişaf etdirilməsi həm turistlərin cəlb olunması, həm regionların və ölkənin tanıdılması, həm də ənənəvi inkişaf istiqamətlərinin qorunub saxlanması baxımından əhəmiyyətlidir. Bu məqsədlə, müxtəlif regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə, xalçaçılıq və sənətkarlıq turları, şəbəkə sənəti və şirniyyat hazırlama təcrübələri, kulinariya və kənd turizmi proqramları təşkil edilə bilər ki, bu da ölkəmizin turizm cəlbediciliyini artırmaq baxımından perspektivlidir”.

İqtisadçı-alimin fikrincə, müasir dövrdə xidmət sektoru dünya iqtisadiyyatının, eləcə də milli təsərrüfatların ən vacib sahələrindən birinə çevrilib.

“Texnologiyanın inkişafı, qlobal ticarətin genişlənməsi və beynəlxalq əlaqələrin artması xidmət sahələrinin sürətli inkişafına səbəb olur. Regionda baş verən geosiyasi proseslər iqtisadi fəaliyyətə müxtəlif təsirlər göstərir. Bu cür vəziyyətlər bəzən risklər yaratsa da, eyni zamanda, yeni iqtisadi imkanlar açır. Təbii ki, belə hallarda vəziyyəti düzgün dəyərləndirən tərəflər daha çox qazanırlar. Ölkəmizin əlverişli coğrafi mövqeyi, sabitlik və tərəqqi mühiti, inkişaf etmiş infrastrukturu və həyata keçirilən iqtisadi islahatlar, proqram təminatlı dövlət idarəetməsi nəinki nəqliyyat-tranzit, ümumilikdə xidmət sektorunun inkişafı üçün geniş imkanlar yaradır, Azərbaycanın regional iqtisadi mərkəz kimi əhəmiyyətini daha da artırır”, - deyə A.Əsədov diqqətə çatdırıb.

Müasir qlobal çağırışlar Azərbaycanda xidmət sahələrinin inkişafını zəruri edir –  ŞƏRH  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir