MÜASİR QLOBALLAŞMA PROSESİ DAHA MÜKƏMMƏL TƏHSİL SİSTEMİ YARADILMASINI TƏLƏB EDİR
Universitetin “2003/2004-cü tədris ili “seminarlar seriyası çərçivəsində keçirilən tədbiri rektor Erol Oral açaraq, təhsilin cəmiyyətin inkişafındakı müstəsna rolundan danışmışdır.
Universitetdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov məruzə ilə çıxış edərək bu gün dünyada mövcud olan müxtəlif təhsil sistemlərindən danışmış, müasir qloballaşma prosesinin təhsil sahəsində daha mükəmməl və təkmilləşmiş bir sistem yaradılmasının tələb etdiyini söyləmişdir.
Müstəqillik qazandıqdan sonra ölkəmizdə həyata keçirilən təhsil islahatlarının aparılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayan natiq təhsilimizin dünya standartlarına uyğunlaşdırılması ilə bağlı görülən işlərdən də danışmışdır. O bildirmişdir ki, yeni nəslin təlim-tərbiyəsində, hərtərəfli inkişafında, eləcə də milli mənəvi dəyərlərin onlara aşılanmasında ailə, məktəb və ictimaiyyət birgə fəaliyyət göstərməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]