Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir şərtlər koronavirus pandemiyasının öhdəsindən daha tez gəlməyə imkan yaradır

Müasir şərtlər koronavirus pandemiyasının öhdəsindən daha tez gəlməyə imkan yaradır

Bakı, 31 avqust, AZƏRTAC

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hələ də geniş miqyasdadır. Xüsusilə Amerika qitəsində, məhz ABŞ, Braziliya və Cənubi Amerikanın digər ölkələrində yüksək həddə yoluxma müşahidə olunur. Hindistanda rekord səviyyədə yoluxma halları qeydə alınıb. Cənubi Afrikadan isə yaxşı xəbərlər var. Burada yoluxma çox olsa da, yeni yoluxanların sayı azalıb. Sakit okeanın qərbində, Avstraliyada, Yeni Zelandiyada da analoji vəziyyətdir. Hər iki ölkədə yeni yoluxma halları azalıb. Avropada isə təəssüf ki, yeni yoluxanların sayının artdığını görürük. Xüsusilə İspaniya və Fransada vəziyyət belədir.

Virusun episentri hesab oluna biləcək bölgələr hər yerdədir. Lakin əsas mərkəz ABŞ, Cənubi Amerika və Hindistandır.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Marqaret Harris deyib.

Onun sözlərinə görə, yanvarın 30-da təşkilat beynəlxalq ictimaiyyətin sağlamlıqla bağlı narahatlığını nəzərə alaraq fövqəladə vəziyyət elan edib: “Bu, bizim hamımız üçün lazımi bir tədbir idi. Təşkilatın tərkibində fövqəladə hallar üzrə komitə var. Burada müstəqil ekspertlər fəaliyyət göstərirlər. Onlar nümunələr əsasında vəziyyəti təhlil edir və təşkilatın Baş direktoru Tedros Qebreyesusa fövqəladə vəziyyət elan edib-etməmək barədə məsləhət verirlər. İndi də vəziyyəti yenidən dəyərləndirmək üçün görüşlər keçirilir. İyulda da görüş olub. Ümumi rəyə əsasən, fövqəladə vəziyyət davam etməlidir. Nə vaxt ki, bütün ölkələrdə yoluxma və ölüm halları azalacaq, ölkələr arasında yoluxma olmayacaq, o halda fövqəladə vəziyyəti ləğv edəcəyik. Hazırda isə həmin şərtlərdən çox uzağıq”.

Qurumun mətbuat katibi uşaqların maska taxması məsələsinə toxunaraq deyib: "Ümumdünya Səhiyyə Təşkilatı UNICEF və Beynəlxalq Pediatrik Assosiasiya ilə bir araya gələrək uşaqların maskadan istifadəsi ilə bağlı statistikaya nəzər yetirib. Ümumiyyətlə, biz 5 yaşından aşağı uşaqların maska taxmasına ehtiyac görmürük. Lakin müəyyən şəraitdə onların da maska taxması vacib ola bilər. Beş yaşından yuxarı uşaqlarda isə maskadan necə, harada, nə zaman istifadə olunması və bunun səbəbləri ilə bağlı tövsiyə və təlimatlarımız var”.

O plazma müalicəsindən də danışaraq deyib ki, plazmadan istifadə kifayət qədər köhnə konsepsiyadır. İndiyədək bir çox infeksion xəstəliklərin müalicəsində istifadə olunub. Burada əsas fikir odur ki, əgər kimsə virusa yoluxub və sağalıbsa, bu zaman onun orqanizmində müəyyən antitellər formalaşıbsa, həmin antitellər digər şəxslərin də səhhətini qorumağa kömək edə bilər. Müxtəlif viruslara qarşı təcrübədən keçirilən həmin üsul heç də həmişə işə yaramır. Bundan başqa, plazma müalicəsini tətbiq edərkən ehtiyatlı olmaq lazımdır. Bəzi insanların plazmasında digərlərinin orqanizminə mənfi təsir edə biləcək maddələr ola bilər. Ona görə bu müalicə üsulu yüksəkkeyfiyyətli şəraitdə icra olunmalıdır. Elmi baxımından bu cür hallar araşdırılmalıdır. Plazma terapiyasının işə yarayıb-yaramadığını öyrənmək üçün onu təcrübədən keçirmək lazımdır. Keçmişdə bu üsuldan istifadə olunub, indi də tətbiq oluna bilər.

“Dünyanın müxtəlif ölkələrindən olan ekspertlərdən təşkil olunmuş çoxlu sayda işçi qrupumuz var. Onlar hər bir nümunə üzərində araşdırma aparırlar. Araşdırma sahələrindən biri COVID-19-un genetik strukturudur. Alimlər bu işdə çox yaxşıdırlar. Mutasiya ilə bağlı vacib məqam budur ki, bəzi viruslar çox tez-tez dəyişir. Bəziləri isə sabit olur. Bu virus da çox sabitdir, çox dəyişikliyə uğramır. Dəyişikliyə uğradıqda isə onun özünü necə apardığına baxmaq lazımdır. Ona görə də biz təkcə mutasiyanın olub-olmadığına deyil, eyni zamanda, onun yoluxduğu digər insanlarda hansı xarakterə malik olduğunu öyrənirik. Adətən viruslar mutasiyaya uğradıqda daha az təhlükəli olurlar. Çünki onlar mutasiyaya uğramaqla əslində bizimlə birlikdə yaşamağı, sağ qalmağı öyrənməyə çalışırlar. Əgər çox sayda insanları öldürsələr, bu, onlar üçün uğursuzluq olar. Müəyyən funksiya göstərmələri üçün bizim hüceyrəmizdə qalmalıdırlar.

Pandemiyanın nə vaxt bitəcəyinə dair tez-tez suallar verilir. Təşkilatın baş direktoru da bununla bağlı açıqlama verib. O, qeyd edib ki, 1918-1920-ci illərdə müşahidə olunan İspan qripi pandemiyasının ən pis dövrü iki il olub. İndi isə biz artıq nə etmək lazım olduğunu bilirik. İctimai səhiyyəni təmin etmək üçün əlimizdə alətlər var. Bir tərəfdə növbəti elmi nailiyyətləri, məsələn peyvəndin tapılmasını gözləməkdə ikən, digər tərəfdə əllərimizi yusaq, sosial məsafəni qorusaq, lazım olan yerlərdə maska taxsaq, otağımızın havasını dəyişsək, bütün bu lazımi tədbirləri görsək, yoluxmanı azaldarıq. Onun sözlərinə görə, müasir şərtlər bizə pandemiyanın öhdəsindən daha tez gəlməyə imkan verəcək. Ümumiyyətlə isə, heç kim bu pandemiyaya konkret vaxt qoya bilməz.

Vacib məsələ odur ki, yeni yoluxma hallarının harada və necə baş verdiyi öyrənilsin. Məlumdur ki, insanlar birlikdə çox vaxt keçirirlər. Belə hallara yol vermək olmaz. Xüsusilə qapalı məkanlarda insanların bir yerdə toplaşması doğru deyil. Çünki belə olan halda virus asanlıqla insandan-insana yoluxur. Əgər cəmiyyət arasında yoluxma artırsa, həyəcan təbili çalmaq, əhalini lazımi tədbirlər görməyə, ayıq-sayıq olmağa, tövsiyə olunan əməlləri yerinə yetirməyə çağırmaq lazımdır: əllərimizi yuyaq, sosial məsafəni saxlayaq, maska taxaq, otağımızın havasını dəyişək, pəncərələri açıq saxlayaq, bir yerə yığışmamaq şərtilə mümkün qədər çöldə vaxt keçirək. İnsanların bir yerə toplaşması virus üçün ən yaxşı yoluxma şəraiti deməkdir”, - deyə Marqaret Harris bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU tələbələrinin 68 faizi ödənişsiz təhsil alacaq

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 90 faiz aşağıdır

ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib

Tramp Si Cinpini hava limanında şəxsən qarşılayacaq

Barselona “The Earthshot Prize” ekoloji mükafatının finalçıları sırasına daxil olub

Aİ Finlandiya və Cənubi Afrika şirkətləri arasında 1,42 milyard avroluq müqaviləni bloklaya bilər

Almaniya ilk “F-35A” qırıcısını ABŞ-dən təhvil alıb

Kanada bu ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir

Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub

Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib

Tramp: ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

Media: İranla münaqişədə ABŞ hərbçiləri arasında itkilər rəsmi rəqəmlərdən çoxdur

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

ABŞ husilərlə danışıqlar aparır

Yardımlıda açıq ərazidə yanğın baş verib

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib

Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub

Babək rayonunda sahibkarlarla görüş: aqrar sahədə yeni Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib

Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib

® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı

Şuşada Milli Musiqi Günü: Qarabağ Universitetinin kollektivi konsert proqramı təqdim edib

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

Tarixin yaddaşını yaşadan alim: Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

“PAŞA Bank” Naxçıvanda inşa olunan “Şəms-1” Günəş Elektrik Stansiyasına maliyyə vəsaiti ayırıb

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Dövlət Suverenliyi Günü Nizami rayonunda geniş ictimaiyyətin iştirakı ilə qeyd edilib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Bu saata olan əsas xəbərlər

Əkiz bacılar: Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan TDT-də həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaşdır - ŞƏRH

Ağcabədidə Milli Musiqi Günü: kitab və rəsm sərgisi, rəngarəng konsert proqramı

“Azərkosmos”da ISO standartları üzrə kənar audit uğurla tamamlanıb

Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən “Tanış yadlar” sərgisini təqdim edib

Robert Mobili: Məqsəd Alban kilsəsini saxtalaşdıraraq erməni kilsəsi adı ilə dünyaya tanıtmaq idi

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

Azərbaycanlı pianoçunun Varşavadakı konserti dinləyiciləri heyran edib

ADPU-CVU Peşəkar İnkişaf Təlimi liderlik dialoqu ilə yekunlaşıb

Sumqayıtda “PeşəFest-2026” layihəsinə başlanılıb

İqlim dəyişikliyi mövzusu nəqliyyat infrastrukturunda mühüm yer tutur - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalında fetal təbabət üzrə master-klas olub

Azərbaycanın Dövlət Suverenliyi: tarixi, hüquqi və siyasi aspektlər -elmi praktik tədbir

Türkiyə Milli Müdafiə Nazirliyi: Birlikdə güclü, birlikdə qətiyyətliyik

Gəncə–Daşkəsən regionunun toponimik sözlüyü hazırlanacaq

Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır

Ailə tipli icmaəsaslı məktəbəqədər təlim qruplarına tərbiyəçi-müəllimlərin qeydiyyatına başlanılıb

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib

Davamlı sülhün təməli etimaddır - MƏQALƏ

Neftçalada dəyəri 5 milyon manat olan dövlətə məxsus müəssisə özəlləşdiriləcək

® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub

Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Saatlıda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti tarixində və peşəkar musiqi sənətinin inkişafında rolu - ŞƏRH

Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

Türk dövlətləri arasında enerji və nəqliyyat dəhlizlərinin inkişafı iqtisadi inteqrasiyanı dərinləşdirəcək- RƏY

Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub

UNEC-də əlilliyi olan tələbələrin beynəlxalq təcrübə imkanları genişləndirilir

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

“Elektroenergetika və bərpaolunan enerji” Standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası olub

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

“Şahdağ” ES-də 5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Kənd Təsərrüfatı Nazirliyində Butik Şərabçılıq Qrupunun ilk görüşü keçirilib

1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

Konstitusiya Məhkəməsi Palatasının iclasında Ali Məhkəmənin müraciətinə baxılıb

Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

Azərbaycan muzeylərinin nadir eksponatları: “Harpoonlog A1” – elektron sistemlərdən xeyli əvvəl dənizçilər qət etdikləri məsafəni necə ölçürdülər?

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir VİDEO

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

GastroFest 2026: İçərişəhərdə dad, musiqi və müxtəlif mədəniyyətlərin rəngarəng görüşü

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

“Tenderyard” rəqəmsal alış-satış imkanlarını genişləndirir

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL-ın təyyarələrində səsləndiriləcək

Tarixçi: Albaniya ərazisində ərəb işğalı ərəfəsində müxtəlif dini inanclar mövcud olub

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalının təfərrüatları bəlli olub

BDU-nun iki layihəsi “QS Reimagine Education Awards 2026” yarışmasında təmsil olunmaq hüququ qazanıb