Müəllimlər üçün online kalkulyator xidməti yenilənib
Bakı, 5 aprel, AZƏRTAC
Dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün online kalkulyator xidmətində müvafiq düzəlişlər edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müəllimlər bu qurumun internet saytının “Aktual keçidlər” bölməsindən “Online kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçməklə artımdan sonra əməkhaqlarını hesablaya bilərlər. Bunun üçün onlar “Online kalkulyator” keçidində müvafiq məlumatları qeyd etməli və “Hesabla” düyməsini seçməlidirlər. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları “Hesabla” düyməsindən aşağıda yerləşən cədvəl vasitəsilə əldə edə biləcəklər.
Kalkulyator xidmətinin yenilənməsinin məqsədi müraciət və şikayətlərin sayının azaldılması, şəffaflığın artırılması və xidmət məmnunluğunun yüksəldilməsidir.
Qeyd edək ki, bu xidmət 2016-cı ilin dekabr ayından müəllimlərin istifadəsinə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:18]
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib
- 10.05.2026 [17:00]
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib
- 10.05.2026 [16:48]
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi
- 10.05.2026 [10:12]