Müəllimlər üçün yeni imkanlar
Bakı, 15 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ni elan edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.
Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu fevralın 27-dən aprelin 1-dək www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumat nazirliyin saytında yerləşdirilib.