Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Multikulturalizm Mərkəzi 2015-ci ili uğurla başa vurub

Multikulturalizm Mərkəzi 2015-ci ili uğurla başa vurub

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisələrdən biridir. Mərkəz Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural dəyərlərin tədqiqi və təşviqi ilə əlaqədar layihələrin gerçəkləşdirilməsini 2015-ci il ərzində prioritet sahələr kimi qəbul edib. Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsinin həyata keçirilməsi məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Avropanın və regionun bir sıra qabaqcıl ali məktəbləri ilə ikitərəfli danışıqlar aparıb, qarşılıqlı əməkdaşlıq protokolları imzalayıb. Görülən uğurlu işlərin nəticəsində hələ 2015-ci ilin birinci yarısında 7 nüfuzlu ali məktəbdə, o cümlədən İtaliyanın La Sapienza Universitetində, Bolqarıstanın Müqəddəs Kliment Orxidski adına Sofiya Universitetində, Rusiyanın birinci Prezidenti Boris Yeltsin adına Ural Federal Universitetində, Çexiyanın Praqa Karlov Universitetində, Litvanın Litva Pedaqoji Universitetində təsdiq edilmiş proqramlarla “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci ilin ikinci yarısında bu layihənin daha da genişləndirilməsi üçün gərgin iş aparıb və nəticədə daha 4 universitetdə - İsveçrənin Frayburq, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət, Türkiyənin Erciyes və Portuqaliyanın Lusofona Humanitar və Texnologiya universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlayıb.

Azərbaycan universitetlərində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisinin həyata keçirilməsi layihəsi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Təhsil Nazirliyi və müvafiq ali məktəblərlə əməkdaşlıq müqavilələri imzalayaraq 2015-ci ilin birinci yarısında respublikamızın 7 ali məktəbində, Bakı Slavyan, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Texniki, Lənkəran Dövlət, Gəncə Dövlət və Naxçıvan Dövlət universitetlərində, Bakı Ali Neft Məktəbində tədris prosesi başlayıb. Bundan əlavə, Bakı Slavyan Universitetində multikulturalizm kafedrası açılıb. Mərkəz layihəni genişləndirərək 2015-ci ilin payız semestri ərzində daha 12 universitetdə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası, Memarlıq və İnşaat, Azərbaycan Dillər, Tibb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Qərb, Kooperasiya universitetləri, Azərbaycanın Dövlət Dənizçilik Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, Sumqayıt Dövlət, Mingəçevir Dövlət, Azərbaycan Dövlət Aqrar universitetlərində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin bakalavr və magistr səviyyəsində tədrisinə nail olub. Beləliklə, hazırda “Azərbaycan multikulturalizmi” fənni dünyanın 11 və Azərbaycanın 19 nüfuzlu ali məktəbində uğurla tədris olunur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi istər xarici ölkə universitetlərində, istərsə də ölkədaxili universitetlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edəcək müəllimlərin hazırlanmasına xüsusi önəm verərək onların zəruri material və məlumatlarla təmin edilməsini diqqətdə saxlayıb. Xarici ölkə universitetlərində təşkil olunan monitorinqlər çərçivəsində Mərkəz tərəfindən müəyyənləşdirilən monitorinqi aparan şəxslər həmin universitetlərdə həm də birdəfəlik mühazirələr təşkil ediblər. İsveçrənin Frayburq Universitetində “Linqvistik müxtəliflik və Azərbaycan multikulturalizmi”, İtaliyanın La Sapienza Universitetində “Müasir Azərbaycan və multikulturalizm”, Türkiyənin Erciyes Universitetində “Azərbaycan ədəbiyyatında multikulturalizm”, Portuqaliyanın Lusofona universitetində “Linqvistik rəngarənglik Azərbaycan multikulturalizminin komponenti kimi”, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Bitola Universitetində “Multikulturalizm və sosial-iqtisadi inkişaf - Azərbaycan təcrübəsi”, İndoneziyanın Coqyakarta şəhərindəki “Muhammadiyyah” dini-sosial təşkilatında “Azərbaycan multikultural ölkə modeli kimi” mövzularında oxunan birdəfəlik mühazirələr dinləyici alim və tələbələr tərəfindən maraqla qarşılanıb.

Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin intellektual infrastrukturunun formalaşdırılması layihəsinin davamı olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 21 iyul-1 avqust tarixlərində keçirilən “Multikulturalizm Azərbaycanın həyat tərzi kimi: “öyrən, araşdır, paylaş” Beynəlxalq Yay Məktəbi” təşkil edilib. Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin ideyası əsasında həyata keçirilən bu layihənin başlıca məqsədi “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu tələbələrə Azərbaycanı əyani şəkildə göstərmək, onların nəzəri biliklərini real həyatda möhkəmləndirmək və Azərbaycanın əsl dostlarına çevirməkdən ibarət olub.

Bu layihənin davamı olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə gələn il 8-17 fevral tarixində baş tutacaq “Multikulturalizm Azərbaycanın həyat tərzi kimi: “öyrən, araşdır, paylaş” Beynəlxalq Qış Məktəbinin hazırlıqlarına başlayıb.

Multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq vəzifəsini reallaşdırmaq istiqamətində müxtəlif vaxtlarda “Holokost və Xocalı müasirlərin gözü ilə” və “Ermənilərin Qarabağa köçürülməsi, Marağa -150: tarix və faktlar” mövzusunda “dəyirmi masa”lar təşkil edilib. Tarixçi alimlərin, müxtəlif dini qurum və icma rəhbərlərinin, ictimai xadimlərin iştirakı ilə keçirilən bu tədbirlərdə elmi həqiqətlərin aşkarlanmasına xidmət edən araşdırma nəticələri, müzakirələr, fikir mübadilələri maraqla qarşılanıb, yeni mövzulara yol açıb.

Azərbaycanın multikultural nailiyyətlərinin beynəlxalq müstəviyə çıxarılmasını təmin etmək, mütəxəssislərimizin fəaliyyətini bu istiqamətə yönəltmək üçün Mərkəz bir sıra mühüm layihələr həyata keçirib. 2015-ci ilin aprelində Mərkəzin bilavasitə təşəbbüsü ilə İtaliyada Romanın Pontifika Selisiani Universitetində keçirilən “Qafqaz Albaniyası” adlı beynəlxalq konfransda Mərkəzin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin və Mərkəzin şöbə müdiri Nəriman Qasımzadənin təqdim etdiyi məruzələr böyük marağa səbəb olub. 2015-ci il martın 30-da Mərkəzin təşkilatçılığı ilə Almaniyanın Brandenburq Elmlər Akademiyasında “Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modeli” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq konfransda müxtəlif ölkələrin 50-dən çox alimi, dini konfessiya rəhbərlərinin Azərbaycan multikulturalizminin tarixi qaynaqları və müasir mərhələdə onun dövlət siyasəti səviyyəsinə qaldırılması mövzusunda ciddi diskussiyalar aparılıb. 2015-ci il mayın 27-də İsveçrənin Frayburq Universitetinin Federalizm İnstitutunda “Azərbaycanda və İsveçrədə multikulturalizmin və dünyəviliyin ortaq dəyərləri” mövzusunda seminar, Almaniyanın Drezden şəhərində “Kitabi-Dədə Qorqud” dastanında tolerantlıq Azərbaycan multikulturalizminin bədii qaynaqlarından biri kimi” mövzusunda keçirilən “dəyirmi masa” alimlər tərəfindən yüksək qiymətləndirilib və bu haqda həmin ölkələrin mətbuatında geniş məlumatlar verilib.

“Kitabi-Dədə Qorqud” dastanının alman dilindən ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında ölkə Prezidenti tərəfindən imzalanan 2015-ci il 20 fevral tarixli Sərəncam bir sıra qurumlarla yanaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qarşısında da konkret vəzifələr qoyub. Tədbirlər Planına və Himayəçilər Şurasının tövsiyələrinə uyğun olaraq milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” dastanının böyük əhəmiyyəti nəzərə alınmaqla “Kitabi Dədə-Qorqud və Fridrix fon Dits -200” adlı birinci və ikinci beynəlxalq kollokviumlar keçirilib. Bu kollokviumlarda Türkiyə, Almaniya, İtaliya, Rusiya, Qazaxıstan, Yunanıstan, Gürcüstan, Latviya kimi ölkələrin qorqudşünasları tərəfindən edilən çıxışlar və söylənilən fikirlər bütünlükdə “Qorqudşünaslıq” elminin inkişafına dəyərli töhfədir. Dünya alimlərinin böyük əksəriyyəti “Kitabi Dədə-Qorqud”u dünya ədəbiyyatının nadir incilərindən hesab edilən “İliada” və “Odisseya” əsərləri, “Nibelunqlar haqqında nəğmə”, “Manas” dastanı ilə qarşılıqlı təhlil edərək dünya dastanşünaslığının təməli, bünövrəsi kimi dəyərləndirib. Mərkəzin bilavasitə təşkilatçılığı ilə alman alimi və diplomatı Fridrix fon Ditsin “Kitabi Dədə-Qorqud” dastanı haqqında yazdığı müqəddiməsi və “Basatın Təpəgözü öldürdüyü” boy 25 dildə - Azərbaycan, ingilis, rus, türk, ərəb, macar, italyan, fransız, yunan, Çin, Ukrayna, fars, hind, gürcü, erməni, yapon, ivrit, talış, ləzgi, kürd, udin, tat, avar, xınalıq dillərinə tərcümə edilərək ayrıca kitablar şəklində nəfis tərtibatla nəşr olunub. Kitabların ilk təqdimatı dekabrın 11-də, ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, AMEA-nın, Bilik Fondunun, Bakı Slavyan Universitetinin və bir sıra müvafiq qurumların nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa”da reallaşıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dekabrın 17-də Almaniyanın Drezden şəhərində Saksoniya Dövlət Kitabxanası, Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası, Auqsburq Universiteti və Osvald Volkenşteyn Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanlarında tolerantlıq Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarından biri kimi” adlı elmi konfrans keçirib. Azərbaycan və alman alimlərinin, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri bu tədbirdə qorqudşünaslığın Berlindən Bakıya gələn 200 illik uzun yolu haqqında geniş məruzə və çıxışlar dinlənilib. Sonda Dövlət müşaviri Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən hazırlanaraq 25 dildə nəşr edilən Henrix Fon Ditsin “Kitabi-Dədə Qorqud” dastanı üçün yazmış olduğu ön söz və dastanın bir boyundan ibarət kitabları Drezden Kitabxanasına hədiyyə edib.

Respublikamızın müxtəlif bölgələrinə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından səmərəli istifadə etməklə tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanmasına dəstək vermək vəzifəsini yerinə yetirmək üçün etnik qruplarla əlaqələrin genişləndirilməsini qarşısına məqsəd qoyan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu qrupları bir araya gətirərək ölkənin bir sıra yerlərində keçirilmiş festivallarda onların birgə iştiraklarını təmin edib. Mərkəzin dəstəyi ilə 2015-ci il 3 və 4 iyul tarixlərində Şəki şəhərində keçirilən İpək Yolu Musiqi Folklor Festivalı məhz belə tədbirlərdən olub.

Ölkəmizin multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək məqsədilə 2015-ci il ərzində Mərkəzin təşəbbüsü ilə 6 beynəlxalq “virtual dəyirmi masa” təşkil edilib. Toplanan materiallar ümumiləşdirilərək rus və ingilis dillərinə tərcümə olunub və kitabçalar formasında nəşr edilib. Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib reallaşdırmaq, Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətinin təbliği mexanizmini hazırlamaq vəzifələrinin yerinə yetirilməsi məqsədilə Mərkəz tərəfindən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Azərbaycan dilində çap olunub. Növbəti ildə isə həmin kitabın tərcümə edilərək rus və ingilis dillərində nəşr olunması planlaşdırılır.

Ötən il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə fəaliyyət göstərən dini qurumların və konfessiyaların, icmaların rəhbərləri ilə bütünlükdə 21 görüş və müşavirə, 11 “dəyirmi masa”, 8 seminar, xarici ölkələrdə isə 6 beynəlxalq konfrans, 14 seminar və görüş keçirib, bu tədbirlərdə Azərbaycan multikulturalizminin xüsusiyyətləri, ölkə rəhbərliyinin bu sahəyə olan diqqət və qayğısı barədə geniş diskussiyaların aparılmasına nail olub.

Bu gün özlərini demokratiyanın beşiyi adlandıran Qərbi Avropa ölkələrinin əksəriyyətində müxtəlif dini qurum rəhbərləri əhalinin sıx yaşadıqları məkanlarda mühafizəsiz və sərbəst olaraq insanlarla bilavasitə azad təmasda ola bilmədikləri halda, ölkəmizdə hər bir dini qurum rəhbəri belə imkanlardan sərbəst istifadə edir. Bütün qeyd olunanlar bir daha təsdiq edir ki, Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çeviriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyanın Baş naziri NATO-nun sammitində iştirak edəcək

“Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DİN: Ölkə ərazisində qeydə alınan 26 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nda və 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Toqoda “France 24” telekanalına son xəbərdarlıq edilib

İyun ayında sərhəd rejimi qaydalarını pozan 851 nəfər saxlanılıb

Böyük şirkətlər 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular

Milli Prado Muzeyi "İspaniyada incəsənət və sosial dəyişikliklər (1885-1910)" adlı sərgini təqdim edir

Danimarkada xarici bayraqlardan istifadə məhdudlaşdırılır

Kral Çarlz Şotlandiyada səfərdədir

Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb