Azərbaycan Dövlət İnformasiya Agentliyi

Murovdağın zirvəsində əbədiyyətə qovuşan şəhid kapitan Həmidağa Hüseynzadənin xatirəsi ehtiramla anılıb

Bakı, 13 avqust, AZƏRTAC

Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında rəşadətli Azərbaycan Ordusunun müstəsna xidmətləri vardır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu xidmətləri həmişə yüksək qiymətləndirir, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin daim diqqətdə saxlanılması, müharibədə sağlamlığını itirən qazilərimizin müalicəsi, onların sosial problemlərinin həlli, eləcə də azad edilən tarixi torpaqlarımızda Vətənin müdafiəsi naminə xidməti vəzifələrini şərəflə davam etdirən, Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətlərində bu gün də davam edən düşmən təxribatlarının, onların hücum cəhdlərinin qarşısını qətiyyətlə alan hərbi qulluqçularımızın xidmət şəraitinin daha da yaxşılaşdırılması üçün mühüm tədbirlərin həyata keçirilməsini zəruri hesab edərək bu fəaliyyəti şəxsən nəzarətdə saxlayır.

Müzəffər Ali Baş Komandan Şuşa azad edildikdən üç gün sonra - noyabrın 11-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı böyük iftixar hissi ilə deyib: “Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır... Hər kəs bilsin, 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb... Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib”.

Həmin zabitlərdən biri də ordumuzun igid döyüşçülərindən olan şəhid zabitimiz kapitan Həmidağa Hüseynzadədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin və Yasamal Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, yaxınları, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri, o cümlədən Vətən müharibəsi iştirakçıları və qaziləri “Qarabağ” ordenli şəhidimizə bir daha ehtiramlarını bildirmək üçün İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin Azərbaycanın şanlı döyüş salnaməsində mühüm əhəmiyyətindən danışıb, şəhidin valideynlərinə Vətənə Həmidağa kimi qəhrəman oğul yetişdirdiklərinə görə minnətdarlıq edib və ailəyə şəhidin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda” medalını təqdim edib.

Deputat Səbinə Xasayeva şəhidlərin xatirəsinin bütün ölkəmizdə olduğu kimi, Yasamal rayonunda da əziz tutulduğunu, onların ailə üzvlərinin həmişə diqqətdə saxlanıldığını vurğulayıb.

Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yasamallı gənclərin bu gün də Silahlı Qüvvələrin sıralarında Vətənə sədaqətlə xidmət etdiklərini, hərbi peşələrə böyük həvəs göstərdiklərini fərəh hissi ilə diqqətə çatdırıb.

Şuşaya qədər çətin və şərəfli döyüş yolu keçmiş hərbçilər adından çıxış edən mayor Cavid Orucov bu gün kapitan Həmidağa Hüseynzadənin Şəhidlər xiyabanında keçirilən doğum günü mərasiminə qalib bir ölkənin vətəndaşı, qalib ordunun hərbi qulluqçusu kimi gəldiklərindən qürur hissi keçirdiklərini deyib və qəhrəman zabitlə bağlı xatirələrini bölüşüb.

Şəhidin məzarı önünə əklil və güllər düzülüb, ruhuna dualar oxunub və kapitan Həmidağa Hüseynzadənin doğum günü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə xatirə mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbani döyüş mənzərəsinin bədii təsvirini yaradaraq deyib: “Sentyabrın sonları olmasına baxmayaraq, Murovdağın zirvələrində qış havası duyulurdu. Hər yandan əl-ayaq yığılmış, duman-çəndən göz açmaq olmurdu. Soyuq küləklər əsirdi. Bir azdan ilk qar yağacaq, hər tərəf bəmbəyaz rəngə boyanacaq, Murovun şaxtalı-çovğunlu sərt günləri başlayacaqdı.

Belə bir gündə düşmən kabusuna çevrilən, onlara bir an da olsun dinclik verməyən, yuxularına zəhər qatan Həmidağa Hüseynzadənin də tərkibində olduğu xüsusi əməliyyat qrupu qorxunc qaranlıq dərələri, keçilməz sıldırım qayalıqları geridə buraxaraq zirvədəki əlverişli yerlərdən birində mövqelənərək düşmənin dərinliklərinə sızaraq müşahidə-kəşfiyyat fəaliyyətlərini uğurla davam etdirirdi.

Erməni quldurlarının illərlə oturub möhkəmləndirdikləri, betonlayıb bərkitdikləri döyüş mövqelərindən də daha əlverişli zirvələri zəbt etmək, aşağıdakı yaşayış məntəqələrimizi, eləcə də Gəncə və Göygöl şəhərlərini nəzarətdə saxlamaq üçün yeni təxribatlara əl atması, hücum etmək planları xüsusi əməliyyat qrupunun hər bir üzvünə məlum idi. Düşmən isə heç xəyalına belə gətirməzdi ki, Aprel döyüşləri zamanı olduğu kimi, onlar hücum cəhdlərinin ilk dəqiqələrində yenə də qarşılarında “qarapaltarlıları”, Azərbaycan Ordusunun qorxmaz, igid döyüşçülərini görəcək və onların əlindən heç vəchlə salamat qurtarmayacaqlar. “Qarapaltarlılar” son nəfəsə, son gülləyədək vuruşacaq, canlarından, qanlarından keçərək sinələrini Vətənimizə tuşlanan güllələrə sipər edəcək, bir addım da olsun geri çəkilməyəcəklər.

Xüsusi əməliyyat qrupunun düşündüyü kimi də oldu. Sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Vətən müharibəsinin ilk “Dəmir yumruq” əməliyyatı başlananda artıq xüsusi təyinatlılarımız cəbhəboyu bütün istiqamətlərdə “iş başında” idilər.

Murovda da qanlı döyüşlər gedirdi. Savaşımız haqq savaşı, müqəddəs savaş idi. Tarixi ədaləti bərpa etməli, düşməni minillik dədə-baba yurdlarımızdan qovub çıxarmalı, 30 ilin həsrətinə son qoymalı, alın ləkəmizi qanımızla silərək düşməni məğlub etməli və xalqımıza böyük Zəfərin sevincini yaşatmalıydıq. Zaman yetişmiş, zəmin yaranmışdı.

Güllələr dolu kimi yağır, pulemyotlar, minaatanlar, artilleriya qurğuları işə düşmüşdü. Ölüm saçan atəş səslərindən qulaq tutulurdu. Həmidağagilin xüsusi əməliyyat qrupu da məşhur rus tarixçisi Platan Zubovun Azərbaycan alayları haqqında dediyi kimi, “qəzəblənmiş Allahın birdən-birə düşmənlər üzərinə yağdırdığı oda-atəşə bənzəyirdi”.

Dağ-atıcı həmlə taboru da köməyə gəlmişdi. Onlar çiyin-çiyinə verərək tarixi torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inam hissi, qələbə əzmi ilə vuruşurdular. Döyüşlər daha da şiddətlənmişdi. Düşmən canlı qüvvə sarıdan xeyli itkilər vermiş, atəş nöqtələri darmadağın edilmişdi. Bizim tərəfdən də itkilər var idi. Lakin igid oğullarımız düşmən üzərinə qartal kimi şığıyır, Xocalıda, Qaradağlıda... qanları tökülən günahsız insanların, qocaların, qadınların, körpələrin intiqamını artıqlaması ilə alırdılar. Onlar yaralanır, lakin geri çəkilmir, döyüşü davam etdirir, yaraları qan sıza-sıza irəliyə can atırdılar.

Sentyabrın 28-də xüsusi əməliyyat qrupu komandirinin müavini kapitan Həmidağa Bağı oğlu Hüseynzadənin qəhrəmancasına şəhid olması döyüşçüləri daha da qəzəbləndirmiş, hiddətləndirmişdi. Onlar intiqam hissi ilə coşaraq düşmən üzərinə sarsıdıcı zərbələr endirməkdə davam edirdilər.

Hər yandan barıt, qan qoxusu gəlirdi. Göylərdən şəhid zabitimiz Həmidağanın və digər şəhidlərimizin ruhları Azərbaycan əsgərinin qalibiyyət yürüşünü izləyir və onları tezliklə mədəniyyətimizin paytaxtı Şuşaya Zəfər bayrağımızı sancmağa çağırırdı”.

Nəzərə çatdırılıb ki, H.Hüseynzadə 1990-cı il avqustun 13-də Bakıda anadan olub. 2008-ci ildə tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vuraraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb. Taqım komandiri vəzifəsindən xüsusi təyinatlı taborda xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifəsinə, “kapitan” hərbi rütbəsinədək yüksəlib.

Xidmət etdiyi müddətdə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, komandanlığın etimadını doğruldub, hərbi kollektivin hörmət və rəğbətini qazanıb.

Qeyd edilib ki, kapitan Hüseynzadənin xidmətləri həmişə yüksək qiymətləndirilib və o, “Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Ölümündən sonra isə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifələrini yerinə yetirərkən igidlik və mərdlik nümunələri göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidin atası Bağı Hüseynzadə deyib: “Mənim oğlum haqq savaşımızda şəhid olub. Təsəllimiz odur ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz düşmən üzərində Qələbə çalıb, daha doğrusu, düşməni sındırmışıq, onu rüsvayçı, utancverici məğlubiyyətlə barışmağa məcbur etmişik. Tarixi ədaləti bərpa etmişik, şəhidlərimizin intiqamını döyüş meydanında vuruşaraq almışıq. Lakin deyəsən, bu da onlara dərs olmayıb. İki gün öncə Müdafiə Nazirliyinin mətbuata açıqlamasında oxudum ki, Ermənistan tərəfi yenə də məkrli və hiyləgər niyyətlərindən əl çəkmir. Məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün təxribatlara əl atır. Doğrudur, Azərbaycan Ordusu tərəfindən görülən cavab tədbirləri ilə bu kimi halların qarşısı qətiyyətlə alınır. Ancaq ermənilər, onları uçuruma aparan başsız rəhbərləri və havadarları nə qədər gec deyil bu iyrənc oyunlarından əl çəksələr yaxşıdır. Onlar birdəfəlik bilməlidirlər ki, döyüş meydanlarında yenə də təklənəcək, məğlubiyyətə düçar olacaqlar. Bu dəfə onlar rəşadətli Azərbaycan Ordusunun sıralarında həm də bizi, intiqam hissi ilə coşan, qan-qan deyən şəhid atalarını, qardaşlarını, onların yaxınlarını görəcəklər. Unutmasınlar kı, Azərbaycanın Zəfər Bayrağı etibarlı əllərdə, dəmir yumruq isə yerindədir!”.

Şəhid zabitin doğum günü münasibətilə keçirilən xatirə tədbiri hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında başa çatıb.

Mərasimdən sonra ziyarətçilər üçün ehsan süfrəsi açılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb