MÜSƏLMAN QADINI TƏHQİR ETDİYİNƏ GÖRƏ HƏBS OLUNMUŞDUR
Bundan başqa, elə həmin məhkəmə Adamsın qardaşı Markı mənəvi ziyan vurduğuna görə 100 saatlıq ictimai işlərə, atasını isə hədə-qorxu gəldiyinə və təhqiramiz davranışına görə şərti olaraq 30 həftəlik həbs cəzasına məhkum etmişdir.
Məhkəmənin işə qarışmasına Londona gedən qatarda baş vermiş hadisə səbəb olmuşdur. Adams qardaşları və onların atası stadiondan evə sərxoş halda qayıdırdılar. Zərərdidə isə həmin qatarda dostları və qohumları ilə gedirdi. Onlar Londonun ictimai nəqliyyatında onlarca adamın həlak olduğu 2005-ci ilin 7 iyul hadisələri ilə əlaqədar Hayd-parkda keçirilən matəm tədbirlərindən qayıdırdılar.
Ənənəvi müsəlman paltarında olan Mişel İdrisi və yaxınlarını görən kimi Çarlz qışqırmağa başlamışdır: “Terrorçular, bombaçılar. Bombaçılar, terrorçular”. Sonra o, milliyyətcə ingilis olan İdrisə yaxınlaşaraq demişdir: “Sən öz mədəniyyətini satdın, sənin uşaqların intiharçı terrorçular olacaqlar”. Adamsın atası və qardaşı da ona qoşularaq, özlərini nalayiq aparmışlar.
Mişel İdris onlara etirazını bildirmək istədikdə Çarlz daha da hiddətlənmiş və həyasızcasına qadının üzünə tüpürmüşdür. Zərərdidə özünü itirməyərək, təcili polis çağırışı düyməsini basmışdır. Asayiş keşikçiləri dərhal hadisə yerinə gələrək, hər üç Adamsı tutmuşlar.
Hökmə əsasən, müttəhimlər məhkəmə xərclərini də ödəməli olacaqlar.