DÜNYA
Mussolininin bir vaxtlar yaşadığı evin yerində Holokost muzeyi yaradılacaqdır
Buxarest, 27 yanvar (AZƏRTAC). Yanvarın 26-da Roma şəhər şurası yekdil səslə yeni yaradılacaq Holokost muzeyinin faşist diktatoru Benito Mussolininin bir vaxtlar yaşadığı lyuks villanın yerində olması qərarına gəlmişdir. Qərar Holokost anma gününün ərəfəsində verilmişdir. Muzey konfrans zalından, video, arxiv və sərgi otaqlarından ibarət olacaqdır. Bu villada Benito Mussolini və onun ailəsi 1925-1943-cü illərdə yaşamışlar.
İtaliya memarları Luca Zevi və Giorgio Tamburini tərəfindən qurulacaq muzey qara kub formasında olacaqdır. Kubun üzərində, II Dünya Müharibəsi zamanı nasist düşərgələrinə sürgün olunan, İtaliyada yaşayan yəhudilərin adları yazılacaqdır.
Roma icra hakimiyyətinin başçısı Gianni Alemanno 13 milyon avro qiyməti olan muzeyin tikilməsi üçün tenderin tezliklə elan olunacağına ümid etdiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [16:49]
Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur
- 17.05.2024 [16:22]
İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb
- 17.05.2024 [16:15]
Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib
- 17.05.2024 [16:01]
test
- 17.05.2024 [15:17]
Sırski: Rusiya ordusu Ukraynada döyüş zonasını 70 kilometr genişləndirib
- 17.05.2024 [12:14]
Laosun şimalında böyük Budda heykəli aşkarlanıb
- 17.05.2024 [11:55]
KXDR Yapon dənizi istiqamətində ballistik raket buraxıb
- 17.05.2024 [11:52]