Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqil kurs və “beynəlxalq ələbaxımlıq”: Cənubi Qafqazda suverenlik problemi

Müstəqil kurs və “beynəlxalq ələbaxımlıq”: Cənubi Qafqazda suverenlik problemi

Mütəxəssislər müstəqilliklərini əldə etmiş dövlətlərin hansı xarici siyasət yeritməsindən onların suverenliyinin asılı olduğu barədə təhlillər aparırlar. Tədqiqatlar göstərir ki, Cənubi Qafqazda həmin müstəvidə iki tendensiya üstünlük təşkil edir. Onlardan biri müstəqil xarici siyasət kursuna əsaslanan və suverenliyi tam təmin edən mövqe, digəri isə daha çox kənarda güclü qüvvə-hami axtaran, ondan asılı olan və əmrləri yerinə yetirən “ələbaxımlıq”dan ibarətdir. Region dövlətlərinin bu kurslardan hansını seçəcəyi üzərində düşünmək maraqlıdır. Bunun nəzəri və praktiki əhəmiyyəti vardır. Belə ki, dövlət quruculuğunun kursu bütövlükdə müstəqil dövlətçiliyin baş tutub-tutmadığını göstərir.

İki seçim: suverenlik, yoxsa vassallıq

Artıq 25 ildir ki, Cənubi Qafqazda beynəlxalq səviyyədə tanınmış üç dövlət mövcuddur. Onları hüquqi aspektdə bütün dünya qəbul edir. Lakin həmin dövlətlərin real olaraq müstəqil dövlət quruculuğu yolunda fərqli nöqtələrdə olduğunu da etiraf etmək lazım gəlir. Buna başqa faktorlarla yanaşı, Azərbaycan, Gürcüstan və Ermənistanın xarici siyasətlərinin məzmunu və strateji məqsədlərinin təhlili əsasında da əmin olmaq mümkündür.

Məlumdur ki, müasir dövrdə ölkənin suverenliyinin təmini onun müstəqilliyini təsdiqləyən əsas faktorlardan biridir. Burada iki kursdan birini seçmək mümkündür. Birincisi, xarici siyasətin başlıca hədəfi kimi beynəlxalq miqyasda müstəqil geosiyasi oyunçu olmaqla bağlıdır. Bu yola üstünlük verən dövlətlər adətən suverenliyi təmin edə bilirlər. Ancaq etiraf etmək gərəkdir ki, müstəqilliyini yenicə əldə etmiş ölkələr üçün bu, kifayət qədər mürəkkəb məsələdir. O cümlədən siyasi liderdən böyük peşəkarlıq, qətiyyət və uzaqgörənlik tələb olunur.

İkincisi, “beynəlxalq asılılıq”, yaxud “beynəlxalq ələbaxımlıq”la xarakterizə olunan xarici siyasət kursudur. Burada əsasən “kim güclüdürsə, onu seçmək” məntiqi üstünlük təşkil edir. Belə ölkələrin suverenliyi şərtidir və onların gələcək taleyi xeyli dərəcədə dumanlı görünür. Hətta müstəqil dövlətçiliyin baş tutması belə şübhə altına alınır. Daim ələbaxımlı olduqlarından və kənardan verilən əmrlərə uyğun hərəkət etdiklərindən, onların real suverenliyindən danışmaq imkansızdır. Həmin tip dövlətlər siyasətin subyekti deyil, obyektidirlər.

Cənubi Qafqaz ölkələri yuxarıda vurğulanan hər iki qrupa uyğun xarici siyasət yeridirlər. Bu aspektdə Azərbaycan, Ermənistan və Gürcüstan fərqli müstəvidə bərqərar olmaqdadırlar. Ermənistandan başlayaq.

Erməni ekspertlər daim vurğulayırlar ki, rəsmi İrəvan müstəqil xarici siyasət yeridə bilmir. Ümumiyyətlə, keçən əsrin 90-cı illərindən bu yana Ermənistan kənardan asılı siyasi mövqe tutmaqdadır. Bu barədə ekspertlərin kifayət qədər analizləri vardır. Biz onlarla bağlı müxtəlif faktları dəfələrlə portalımızın yazılarında vermişik. İndi yalnız bir yazıda ifadə olunan fikirlərə nəzər salaq. İqor Muradyan yazır ki, ermənilərin başına gələn bütün faciələr Ermənistan rəhbərliyi və diasporun apardıqları yarıtmaz siyasətdən qaynaqlanır (bax: Игорь Мурадян. Политика России в отношении Армении и Азербайджана / "Lragir.am", 12 dekabr 2016).

Həmin siyasət bütün məzmunu və mahiyyəti ilə Ermənistanı daha güclü xarici qüvvələrdən asılı etməyə yönəlib. Bu keyfiyyətdə Rusiya, ABŞ, yaxud Avropanın böyük dövlətləri ola bilərlər. Hazırda İrəvan daha çox Rusiyadan asılıdır. Eyni zamanda, vəziyyət dəyişərsə, ermənilər asanlıqla ağalarını da dəyişərlər. İ.Muradyan bunu “tam satellit olmaq” kimi qiymətləndirir (bax: əvvəlki mənbəyə). Ekspertin gəldiyi son nəticə də məhz bu ruhdadır. O yazır: “...ermənilər əvvəlki kimi vassalitet siyasətini yeritməkdədirlər” (bax: əvvəlki mənbəyə).

Buna bənzər fikirlərə erməni ekspertlərin bir çoxunun yazılarında rast gəlmək mümkündür. Onlar Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmasını Rusiyadan birbaşa asılı olmaq, Kremlin əlinə baxmaq kimi qiymətləndirirlər.

Ermənistanın xarici siyasətinin bu xarakterinə son zamanlar keçmiş prezident L.T.-Petrosyan da qiymət verib. O, Ermənistan Milli Konqresinin ikinci qurultayında çıxışı zamanı açıq bildirib ki, Ermənistan dövlətçiliyi formalaşmayan ölkələr sırasındadır. Ermənistanda müstəqil dövlət quruculuğunun iflasının başlıca səbəbi isə xarici və daxili siyasətin yarıtmazlığıdır.

Beynəlxalq münasibətlərin aktoru: Azərbaycan nümunəsi

Belə çıxır ki, Ermənistanın xarici siyasətinin başqalarına vassal olmaq üzərində qurulması onu faktiki olaraq “beynəlxalq ələbaxımlı” dövlət halına gətirib. Bu kurs birmənalı olaraq istənilən ölkəni region üçün təhlükəli edir, çünki onun fəaliyyəti başqalarının maraqlarına xidmət üzərində qurulur. Həmin maraqların necə və nə zaman dəyişəcəyi isə məlum deyil.

Gürcüstan analitikləri sırasında ölkənin “beynəlxalq ələbaxımlığa” xidmət edən xarici siyasət yeritdiyini düşünənlər az deyil (bax: məs., Зураб Бежанишвили. Грузия в преддверии больших перемен / "Грузия Online", 6 dekabr 2016). Müəllif qeyd edir ki, Gürcüstan cəmiyyəti hələ də iki ifrat qütbdə yerləşən və “beynəlxalq asılılığa” can atan, bir-birinə qarşı duran inert qrupların təsiri altındadır (bax: əvvəlki mənbəyə).

Həmin qütblərdən biri qərbpərəstlərdən, digəri isə rusiyameyllilərdən ibarətdir. Yəni, Gürcüstan siyasi dairələri ancaq “beynəlxalq ələbaxımlıq” yarada bilən xarici siyasət kursunu yürüdürlər. Bu isə beynəlxalq arenada qeyri-sabit münasibətlər formalaşdırır ki, ölkənin suverenliyinə ciddi təhlükələr özünü göstərir. Z.Bejanişvili sonda belə qənaətə gəlir ki, “Gürcüstanın xarici siyasət istiqamətini seçməkdə böyük potensialı yoxdur. O, qalib olana stavka etməyə, yaxud bazarlaşmada iştirak etməyə məcburdur” (bax: əvvəlki mənbəyə).

İndi də Gürcüstan sakitliklə dəyişikliklər gözləyir: ölkə beynəlxalq aqressorun qabağına atılmış “qurbanlıq”mı olacaq, yoxsa müasir dövrə uyğun vəhdət nümayiş etdirəcək? (bax: əvvəlki mənbəyə). Açıq deyilsə, bu cür ikili vəziyyətdə qalmaq da suverenlik baxımından olduqca təhlükəli, risklidir. Ölkənin suverenliyi kövrəkdir. Gürcüstan cəmiyyət olaraq hələ zəifdir və iqtisadi inkişafında da hansısa sıçrayış gözlənilmir. Deməli, Ermənistanla yanaşı, Gürcüstanın da hansısa geosiyasi oyunda qərəzli məqsədlər üçün istifadə olunması mümkündür.

Ancaq İrəvandan fərqli olaraq, Tbilisi qonşu dövlətlərə qarşı heç bir aqressiya nümayiş etdirmir. Əksinə, Gürcüstan regional əməkdaşlıq layihələrində fəal iştirakçıdır və buna görə də onun region üçün ciddi təhlükə ola biləcəyini demək düzgün olmazdı. Görünür, rəsmi Tbilisi üçün əsas məsələ doğru xarici siyasət kursunu seçməkdən ibarətdir.

Nəhayət, Cənubi Qafqazda yalnız Azərbaycan beynəlxalq münasibətlərin müstəqil aktoru ola bilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil xarici siyasət kursu bütün səmərəliliyini təsdiq edib. İndi Azərbaycan konkret fəaliyyəti ilə regionun lider dövləti kimi qəbul edilir. Onun enerji, iqtisadiyyat, mədəniyyət, nəqliyyat-kommunikasiya sahələrində həyata keçirdiyi islahatlar öz bəhrəsini verir. Azərbaycan Cənubi Qafqazın müstəqil mövqeyini heç bir təzyiq altında dəyişməyən yeganə dövlətidir. Bu barədə dünyanın böyük dövlətlərinin başçıları açıq fikir bildiriblər. Qlobal miqyasda enerji daşıyıcıları ilə bağlı çox mürəkkəb oyunlar gedir. Supergüclər nüfuz uğrunda gərgin savaş aparırlar. Lakin Azərbaycan başlıca olaraq öz maraqlarına uyğun mövqe nümayiş etdirir və bununla bütün böyük oyunçular razılaşırlar.

Buna nümunə kimi TAP və TANAP layihələrini göstərmək olar. Onları Avropanın enerji təhlükəsizliyinin çox vacib faktorları adlandırırlar. Əvvəl isə Bakı-Ceyhan, Bakı-Supsa, Bakı-Ərzurum enerji layihələri reallaşdırılıb. Bunlardan başqa, Azərbaycan demokratik dövlət quruculuğu çərçivəsində çox aktual islahat layihələri reallaşdırıb və bu proses davam edir. Ölkədə idarəetmə sahəsində daim təkmilləşmələr aparılır, şəffaflıq artır. Bu da cəmiyyət-hakimiyyət birliyini yeni səviyyəyə yüksəldir. Onların sonucu isə dövlət suverenliyinin tam təmin edilməsindən ibarətdir.

Beləliklə, Cənubi Qafqazda müstəqil dövlətlər fərqli xarici siyasət aparırlar və nəticədə iki mövqe formalaşıb. Onlardan biri müstəqil mövqeli beynəlxalq münasibətlərin subyekti ola biləcək Azərbaycan, digəri isə daha çox “beynəlxalq asılılıq” xəttini seçən Ermənistan və qismən Gürcüstandır. Bu, regionda müəyyən ziddiyyət yaradır. Onun necə sonuclanacağını geosiyasi qüvvələrin yeni nisbəti müəyyənləşdirəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb