Mütəxəssis: Uşaqların ayaqlarının əyriliyinə görə edilən masajın həmin problemin həllinə faydası yoxdur
Bakı, 12 oktyabr, AZƏRTAC
Bir yaşı tamam olmayan körpələrin yaxınları tərəfindən atılıb-tutulması təhlükəlidir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.
“Körpələrin başı ani hərəkətlərə tab gətirmir və bu kimi hallarda beyin silkələnməsi ola bilər. Eyni zamanda körpəni atıb-tutan şəxsin ani fikir yayınması da ağır fəsadlarla nəticələnə bilər. Odur ki, körpəni atıb-tutmaq oyun kimi görünsə də təhlükəlidir.
Uşaqların ayaqlarının əyriliyinə görə edilən masajın həmin problemin həllinə faydası yoxdur. Bu kimi masajlardan nəticə alınması fərdi xarakter daşıyır. Lakin elmi təbabətdə masajın müsbət təsiri deyə bir anlayış yoxdur. Ayaq əyriliyi ilə bağlı mütləq şəkildə ortopedə müraciət edilməli, lazım gələrsə müalicə təyin olunmalıdır. Bəzi hallarda isə körpədə müşahidə olunan əyrilik öz-özünə düzələ bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]