Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikada miqrasiya sistemində idarəçiliyin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Muxtar respublikada miqrasiya sistemində idarəçiliyin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Naxçıvan, 31 may, AZƏRTAC

Ölkəmizdəki, o cümlədən Naxçıvan Muxtar Respublikasındakı sabitlik, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı, infrastrukturun yenilənməsi, miqrasiya proseslərinin dünya standartları səviyyəsində tənzimlənməsi miqrant axınının artmasına səbəb olub. Bu da miqrasiya sahəsində tədbirlərin diqqətdə saxlanılmasını zəruri edir. Məhz bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin yaradılması və bu qurumun uğurlu fəaliyyəti böyük əhəmiyyət daşıyır.

Bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, miqrasiya sistemində idarəçiliyin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Xidmətin maddi-texniki bazası gücləndirilib, müasir standartlara cavab verən inzibati binası tikilərək istifadəyə verilib. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Xidmət ötən dövrdə fəaliyyətini muxtar respublika ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində qurub, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi təminatçısına çevrilib. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin muxtar respublika ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqınlıq statusunun müəyyənləşdirilməsi, eyni zamanda, müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq qərarlar qəbul edilib.

Qədim diyarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi Dövlət Miqrasiya Xidmətində Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə həyata keçirilir. Son illər muxtar respublika iqtisadiyyatında müşahidə olunan sabit artım tempi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və səmərəli məşğulluğun təşkili əməkçi miqrantlar üçün yeni imkan və əlverişli şərait yaradır. Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanuna müvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər görür.

Naxçıvan Muxtar Respublikası mühüm nəqliyyat dəhlizlərinin kəsişdiyi mövqedə yerləşdiyindən burada çoxsaylı tranzit miqrantların hərəkəti müşahidə edilir. Dövlət Miqrasiya Xidmətinin qarşısında duran vəzifələrdən biri də bu qəbildən olan miqrantların ölkə ərazisində məskunlaşmalarının və qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Muxtar respublikanın xaricə giriş-çıxış qapıları sayılan Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanındakı sərhəd-buraxılış məntəqələrində qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarətin daha effektiv şəkildə həyata keçirilməsinə başlanılıb. Bundan əlavə, sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində elektron məlumat köşklərinin yerləşdirilməsi miqrasiya sahəsi üzrə xidmət növləri ilə bağlı məlumatların 3 dildə - Azərbaycan, rus və ingilis dillərində yazılı və səsli formada vətəndaşlara çatdırılmasına imkan verir.

Məlumat ixracatçısı hesab olunan hər bir xarici ölkə vətəndaşına hərtərəfli kömək göstərmək Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının vəzifə borcudur. Çünki Naxçıvana gələn hər bir turist, eyni zamanda, ölkəmiz haqqında informasiya ixrac edən xoşməramlı elçidir. İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd-keçid rejiminin sadələşdirilməsi, Naxçıvan Beynəlxalq Hava Limanından xarici reyslərin təşkili, habelə Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması turizm və humanitar sahədə əməkdaşlığı genişləndirib, Naxçıvan Muxtar Respublikasına turizm məqsədilə gələn miqrantların sayını artırıb. Bu səbəbdən də sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində, Naxçıvan və Culfa dəmir yolu vağzalı binalarında miqrasiya xidmətlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Yerlər üzrə Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin edilməklə, ölkəyə daxil olan əcnəbilərin qeydiyyata alınması sadələşdirilib.

Muxtar respublikada fəaliyyət göstərən və turizm sahəsində əsas subyekt rolunu oynayan mehmanxanaların da Dövlət Miqrasiya Xidmətinin elektron resurslarından maksimum şəkildə yararlanmasına şərait yaradılıb, mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması internet üzərindən həyata keçirilməyə başlanıb.

Xidmətin rəsmi internet səhifəsi www.miqrasiya.nakhchivan.az daim yenilənir. Üç dildə vətəndaşların istifadəsinə verilən rəsmi internet səhifəsinin fəaliyyət göstərməsi dünyanın müxtəlif yerlərindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciətetmə imkanı yaradıb və miqrasiya sahəsi üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında böyük rol oynayıb. Eyni zamanda, saytda muxtar respublikanın turizm məkanlarını və tarixi abidələrini özündə əks etdirən videoçarxın və şəkillərin nümayiş etdirilməsi, Naxçıvan Muxtar Respublikasının portalına keçidin verilməsi əcnəbilərdə həm muxtar respublika barədə ilkin təsəvvürün yaranmasına, həm də ölkəyə gəldiyi vaxtdan miqrasiya qanunvericiliyi ilə tanış olmaqla, müraciətlərin göndərilməsinə imkan yaradıb. Dövlət Miqrasiya Xidmətinin “202 - Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyəti də miqrasiya sahəsi üzrə müraciətlərin cavablandırılmasında və vətəndaşların lazımi informasiyaları əldə edərək maarifləndirilməsində böyük rola malikdir.

Muxtar respublikada əcnəbilərin sığınacaq hüququna və onunla əlaqədar məsələlərin həllinə daim diqqətlə yanaşılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin istifadəyə verilməsi bu sahədəki çətinlikləri tamamilə aradan qaldırıb, könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hər cür şərait yaradılıb. Bu da muxtar respublikada insan amilinə verilən dəyərin daha bir ifadəsidir.

Bu gün Naxçıvan Muxtar Respublikası miqrantlar üçün yaşamağın və işləməyin əlverişli olduğu bir məkana çevrilib. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti muxtar respublikaya gələn və burada işləyən əcnəbilərin maarifləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirir, onların tarixi abidələrimizə və muzeylərə ekskursiyaları təşkil olunur.

Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada miqrasiya proseslərinin idarə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə kadr potensialının formalaşdırılması da daim diqqət mərkəzində saxlanılır, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən əməkdaşların fəaliyyəti qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar