Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müzəffər Ali Baş Komandanın möhtəşəm Zəfər yürüşü

Müzəffər Ali Baş Komandanın möhtəşəm Zəfər yürüşü

Bakı, 19 avqust, AZƏRTAC

Bəşəriyyət tarixboyu adı qələbə ilə simvollaşan müxtəlif xalqların zəfər salnaməsinin yaranmasına şahidlik edib. Xüsusilə də, vətənin bütövlüyünü, dövlətin siyasi ləyaqətini qorumaq üçün milli mübarizəyə qalxan bir sıra xalqlar tarix yazmaq və tarixə yazılmaq şərəfinə nail olublar. Güclü lideri, sarsılmaz milli birliyi olan və qüdrətli dövlətə malik xalqların haqq mübarizəsini qalibiyyətə çevirməsi çoxəsrlik dünya tarixinin siyasi səhifələrini bəzəyib.

Bu fikirlər Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “Müzəffər Ali Baş Komandanın möhtəşəm Zəfər yürüşü” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Fərəh və məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, öz adını bəşəriyyətin tarixi yaddaşına mütərəqqi, sivil dəyərləri mənimsəmiş humanist, şərəfli və ləyaqətli xalq kimi yazdırmış Azərbaycan xalqı da Zəfər salnaməsi yaradaraq öz qüdrətini və qətiyyətini bütün dünyaya nümayiş etdirib. 2020-ci ildə xalq-lider birliyinin və milli həmrəyliyin sayəsində mürəkkəb beynəlxalq münasibətlər şəraitində ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan dövləti xalqımızın çoxəsrlik tarixinin bənzərsiz qələbə dastanını yazıb.

Xüsusi vurğulamaq gərəkdir ki, 44 günlük müharibənin qalibi olan güclü Azərbaycan postkonflikt mərhələsində strateji addımları ilə öz qələbəsini möhkəmləndirir, qətiyyətli mövqeyi ilə qalib xalq və dövlət imicini gücləndirir. Xüsusilə də, Qələbənin memarı - müəllifi olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri müstəsna əhəmiyyətli tarixi-siyasi hadisədir. Bu, heç şübhəsiz, qalib dövlətin liderinin təntənəli və möhtəşəm Zəfər yürüşüdür.

Yeri gəlmişkən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri də bir çox cəhətdən olduqca əlamətdardır. Səfər Müzəffər Ali Baş Komandanımızın həm işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, Böyük Qayıdışın təmin olunması, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair və digər bir sıra məsələlərdə Azərbaycanın qətiyyətli mövqeyinin ifadə olunması, həm də erməni vandalizminin, Ermənistanın və onun təxribatçı hərəkətlərə rəvac verən illeqal fəaliyyətinin ifşası, Zəngəzur dəhlizinin reallaşdırılması və digər məsələlərlə əlaqədar verilən konkret və açıq mesajlarla yadda qaldı. Ona görə də bəhs olunan məsələlər kontekstində bir sıra strateji nüanslara xüsusi nəzər yetirmək məqsədəmüvafiqdir.

Bərpa-quruculuq işləri və zəruri infrastrukturun yaradılması
strateji prioritetlər sırasında...

Dövlət başçısının Kəlbəcər və Laçına səfəri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması vəzifəsinin strateji prioritetlər sırasında olduğunu, bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqlədi. Xüsusi qeyd etmək gərəkdir ki, azad edilmiş ərazilərdə quruculuq işlərini əsasən Azərbaycan şirkətləri aparır. Ölkəmizlə bərabər böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər.

Kəlbəcər rayonunun bərpası, yenidən qurulması da bu prosesin mühüm tərkib hissəsidir. Hazırda Kəlbəcər rayonunun elektrik enerjisi ilə dayanıqlı təchizatı üçün mühüm addımlar atılır. Bununla yanaşı, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Kəlbəcər-Laçın avtomobil yolunun inşa olunması, “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq üçün görülən işlər və digər tədbirlər Azərbaycan dövlətinin siyasi iradəsini və iqtisadi gücünü nümayiş etdirir.

Digər tərəfdən, Laçın rayonunun Qorçu kəndinin ərazisində hava limanının inşası istiqamətində atılan addımlar da mühüm strateji əhəmiyyətə malikdir. Birincisi, hava limanının tikilməsi regionun sosial-iqtisadi inkişafının təmin olunması, turizm potensialının artırılması baxımından olduqca əhəmiyyətlidir. İkincisi, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq Laçın Hava Limanının fəaliyyəti logistik mərkəzlərin yaradılmasına mühüm töhfə verəcək. Bütün növ təyyarələrin, o cümlədən ən ağır yük təyyarələrinin də bu hava limanlarına enə bilməsi mühüm üstünlüklər yaradacaq. Xüsusilə də, bu amil azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası bu torpaqlara Böyük Qayıdışın təmin olunması üçün yeni imkanlar açacaq. Bütövlükdə isə Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması baxımından çox önəmlidir. Nəzərə almaq lazımdır ki, hava limanları sərnişin və yük daşımaları, habelə hərbi məqsədlər üçün istifadə ediləcək. Nəticə etibarilə, bütün bunlar Azərbaycan dövlətinin gücünün daha da artmasına, ölkəmizin yeni strateji avantajlar və nailiyyətlər əldə etməsinə xidmət edir.

İctimai-siyasi və tarixi yaddaşımızın yenilənməsi
mühüm amil kimi...

Müzəffər Ali Baş Komandanımızın bəhs olunan səfəri ictimai-siyasi və tarixi yaddaşımızın yenilənməsi baxımından da olduqca əlamətdardır. Torpaqlarımızın işğal altına düşməsini xalqımızın böyük faciəsi, azad edilməsini isə tarixi hadisə kimi səciyyələndirən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar həm tarixi faktlara daha geniş rakursdan nəzər salmağa və onlardan nəticə çıxararaq bu əsasda müasir reallıqları dəyərləndirməyə, həm də bu kontekstdə gələcək yol xəritəsini müəyyənləşdirməyə imkan verir.

Dövlət başçısının fikirləri qəhrəmanlıq tariximizin daha yaxşı mənimsənilməsi ilə yanaşı, torpaqların itkisinə səbəb olmuş xəyanətlərin, kobud siyasi səhvlərin unudulmaması üçün də mühüm əhəmiyyətə malikdir. AXC-Müsavat cütlüyünün torpaqlarımızın işğalına şərait yaratması və səbəb olması Azərbaycan xalqının tarixi yaddaşından silinməyib. Faktlar bu gün antimilli mövqe nümayiş etdirən, ictimai rəyi manipulyasiyaya məruz qoymaq sayəsində milli birliyə zərbə vurmağa cəhd göstərən marginal qrupların əsl simasını - gerçək niyyətini bir daha aşkar edir. Bu faktların fonunda təzahür olunan reallıq Azərbaycan xalqının milli şüurunda əksini tapan və obyektiv qiymətini alan gerçəklikdir.

Azərbaycan Prezidentinin tarixi adların bərpa olunması və populyarlaşdırılması ilə bağlı fikirləri də milli şüurun inkişafı, ictimai həmrəyliyin gücləndirilməsi kontekstində böyük önəm daşıyır. Ölkə başçısı mütəmadi olaraq çıxışlarında “Şərqi Zəngəzur”, “Qərbi Zəngəzur” toponimlərdən istifadə edir, tarixi Azərbaycan torpaqlarının adlarını çəkməklə ictimai yaddaşı təzələyir. Əlbəttə, bu toponimlərin aktual anlayışlar - məfhumlar kimi ictimai-siyasi leksikona gətirilməsi indiki və gələcək nəsillərin obyektiv tarixi dünyagörüşünün formalaşdırılmasına xidmət edir. Bu milli məsələnin təbliğində ictimai fəalların, elm və media işçilərinin də üzərinə böyük vəzifə və mühüm məsuliyyət düşür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”.

Ermənilərin hərbi-siyasi mifologiyası döyüş meydanında
darmadağın edildi

Dövlət başçısının bəhs olunan səfər zamanı diqqət yetirdiyi mühüm məqamlardan biri Azərbaycanın İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbə qazanmaqla ermənilərin siyasi mifologiyasının darmadağın edilməsi oldu.

Sirr deyil ki, 30 ilə yaxın müddət ərzində erməni təbliğat maşını “Ermənistan ordusunun məğlubedilməzliyi”, “erməni əsgərlərin cəsarəti” barədə çoxsaylı materiallar yayır, özlərini “qəhrəman” obrazında təqdim edirdilər. Bəs nəticə nə oldu? 44 günlük Vətən müharibəsi göstərdi ki, güclü -qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz vəziyyətə düşən və darmadağın olan təcavüzkar Ermənistan silahlı birləşmələri zəif və məğlubiyyətə məhkum birləşmələr, erməni əsgərləri isə qorxaq və fəraridirlər. Xocalı cəlladları Koçaryanın, Sarkisyanın, Ohanyanın müharibə zamanı qaçıb gizlənmələri timsalında “erməni sərkərdələri” mifi də Ermənistan ordusu kimi döyüş meydanında darmadağın edildi, param-parça oldu. Bundan sonra onlar “qorxaq”, “fərari”, “məğlub” damğası ilə yaşamağa məhkumdurlar!

Qətiyyətli mövqe və məqsədyönlü fəaliyyət
strateji hədəflərə çatmağa imkan verir

Müzəffər Ali Baş Komandanımız yeni reallıqlar fonunda bir çox məsələlərlə əlaqədar Azərbaycan dövlətinin qətiyyətli mövqeyini, prinsipial yanaşmasını növbəti dəfə ifadə etdi. Xüsusilə də, Prezident İlham Əliyev Ermənistana və onun hamilərinə açıq mesaj verdi, ölkəmizin sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atdığını bildirdi, hazırda sərhədçilərimizin yerləşdiyi ərazilərin Azərbaycan torpaqları olduğunu, yeni sərhədlərin də oradan keçəcəyini diqqətə çatdırdı. Bir daha aydın oldu ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcək, strateji hədəflərini ardıcıl olaraq reallaşdıracaq. Azərbaycan Prezidentinin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq” fikri siyasi iradənin nümayişi, ədalətli və qətiyyətli mövqeyin təntənəsidir.

Bunlarla yanaşı Azərbaycan, eyni zamanda, gələcəyə aydın strateji baxışlarını ortaya qoyur, qarşıda duran məqsədlərə çataraq yeni perspektivlər yaradacağını əminliklə bəyan edir. Yeni geostrateji situasiya fonunda indi əsas vəzifə Qələbənin nəticələrini diplomatik müstəvidə möhkəmləndirmək, siyasi və iqtisadi dayaqları gücləndirməkdir. Buna paralel olaraq Böyük Qayıdışın yüksək səviyyədə təmin olunması, Cənubi Qafqaz regionunda təhlükəsizlik mühitinin yaradılması və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi mühüm perspektivlər vəd edir. Bütün bunlar isə daha güclü Azərbaycan deməkdir!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO