Muzey əməkdaşı beynəlxalq konqresdə məruzə edib
Bakı, 2 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin fond müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Vahabova onlayn formatda Türkiyənin Bursa şəhərində keçirilən "Əl-Fərabi jurnalı. 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi"ndə iştirak edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, S.Vahabova konqresdə “Miniatür sənətində hərbi janr” mövzusunda onlayn məruzə ilə çıxış edib. Məruzədə klassik miniatür məktəbinin bəzi nümunələri timsalında orta əsrlərdə Azərbaycan hərb sənəti, hərb tarixi, silahsazlıq işinin köklü və zəngin ənənələri haqqında məlumat verilib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.