Muzey əməkdaşının videoməruzəsi təqdim olunub
Bakı, 29 aprel, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi (MATM) pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejiminə baxmayaraq 100 illik yubileyinə hazırlıq tədbirlərini davam etdirir.
MATM-dan AZƏRTAC-a bildirilib ki, yubiley tədbirlərinin bir qrupunu muzeyin zəngin kolleksiyasında qorunan maddi mədəniyyət nümunələrini ictimaiyyətə tanıtdırmaq təşkil edir.
Muzeyin Köməkçi tarixi fənn materialları fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sənubər Qasımova “Azərbaycanın quberniya və qəza şəhərlərinin gerbləri” adlı videoməruzəsini təqdim edib. Videoməruzədə gerblər və heraldika haqqında ətraflı məlumat verilir, eyni zamanda, Azərbaycanın quberniya və qəza şəhərlərinin gerblərinin təsvirləri muzeyin fondunda qorunan rəsmlər əsasında təqdim olunur.