Naftalanlılar tibbi müayinələrdə mütəşəkkillik nümayiş etdirirlər
Naftalan, 4 mart (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Naftalanda da əhalinin tibbi müayinədən keçirilməsi yüksək səviyyədə təşkil olunmuşdur.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bunun üçün şəhər poliklinikası lazım olan tibbi ləvazimatlarla təmin edilmiş, müayinələrə gələ bilməyən sakinlərə evlərində səhiyyə xidməti göstərilməsi üçün həkim briqadası yaradılmışdır. Aksiya müddətində 7 min 349 nəfərin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur ki, onlardan da 2 min 136 nəfəri həkimlərin qəbulunda olmuş, öz sağlamlıq durumları barədə məlumat əldə etmişdir. Hazırda tibbi müayinələr mütəşəkkilliklə davam etdirilir.