Nardaranda bir evin həyətindən çətənə kolları aşkarlanıb
Bakı, 12 iyun, AZƏRTAC
Nardaranda bir evin həyətindən 70 ədəd çətənə kolu aşkar olunub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbəsində yaşayan Yusif Abbasovun evinə baxış zamanı oradan sellofan paketdə çəkisi 290 qram olan qurudulmuş marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə evin həyətində olan meyvə ağaclarının altından isə 79 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [11:57]