NARKOTİK GƏTİRƏN “ROY”UN KÖMƏYİ İLƏ TUTULDU
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin kəmərin içərisindən 10 parça bağlamaya və sellofana qablaşdırılmış kəskin iyə malik, tünd qəhvəyi rəngli narkotikə oxşar maddə müəyyənləşdirilmişdir. “Roy” ləqəbli kinoloji itin köməyi ilə həmin kəmərin sahibinin Azərbaycan Respublikasının vətəndaşı, 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən Musayev Mansur Rustamoviç olduğu müəyyən edilmişdir. Ona məxsus baqaja baxış keçirilərkən daha 4 ədəd oxşar kəmər müəyyən edilmişdir. Həmin şəxs verdiyi izahatında tapılan kəmərin ona məxsusluğunu və içərisində gizlətdiyi maddənin narkotik olduğunu, onu Əfqanıstandan əldə etdiyini bildirmişdir. Gizlətmək məqsədi ilə həmin kəməri belinə bağladığını deyən Mansur qeyd etmişdir ki, Binə hava limanında təyyarənin illüminatorundan gömrük nəzarəti zamanı kinoloji itlə axtarış aparıldığını görərək qorxmuş və içərisində narkotik olan kəməri açaraq oturacağın altına atmışdır.
Verilmiş ekspert rəyinə əsasən Mansur Musayevə məxsus həmin kəmərdə aşkar edilmiş maddənin xalis çəkisi 1 kiloqram 130,23 qram narkotik vasitə - həşiş olduğu müəyyən edilmişdir. Faktla bağlı təhqiqat aparılır.