NARKOTİKLƏRƏ QARŞI MÜBARİZƏ YOLLARI ÖYRƏNİLİR
Seminarın işində rayonun polis, təhsil və qeyri-hökumət təşkilatlarının yerli qurumlarının bu işə məsul olan nümayəndələri iştirak etmişlər.
Seminarın keçirilməsindən əsas məqsəd beynəlxalq və yerli ekspertlər tərəfindən polis və təhsil işçilərinin bu sahədə fəaliyyətlərinə kömək məqsədilə Avropa standartlarına uyğun hazırlanmış təlimat kitabçasını öyrənmək, həmçinin, onlar arasında iş birliyini, əməkdaşlığı daha da möhkəmləndirməkdir.
Avropa Birliyi və BMT İnkişaf Proqramının Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının əlaqələndiricisi Məzahir Əfəndiyev və Avropa Birliyinin eksperti cənab Paul Kuk seminar iştirakçılarına mövzu barədə ətraflı məlumat vermiş, verilən sualları cavablandırmışlar.
Seminarda BMT İnkişaf Proqramının müşaviri Sultan Hacıyev, Respublika Təhsil Nazirliyinin nümayəndəsi Elnur Əlizadə və Masallı rayon icra hakimiyyəti aparatının şöbə müdiri Məmmədağa Eynullayev iştirak etmişlər.