NASA “Psyche” asteroidinə zond göndərib
Bakı, 17 oktyabr, AZƏRTAC
NASA metal maddələrlə zəngin olan “Psyche” asteroidinə zond göndərib.
Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda bildirilir ki, NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən “SpaceX” şirkətinin “Falcon Heavy” raketi ilə kosmosa göndərilən missiyanın məqsədi Mars və Yupiter planetləri arasındakı əsas asteroid qurşağında yerləşən metal əsaslı asteroid olan “Psyche”nin tədqiqi ilə planetlərin əmələgəlmə proseslərinin öyrənilməsidir.
Kosmik zond 2029-cu ilin avqustunda təyinat nöqtəsinə çatacaq və sonra təxminən iki il müddətində təyin olunmuş orbitdə hərəkət edərək “Psyche”nin müşahidəsini aparacaq. Asteroidin orbitində işlədiyi müddətdə zond həm şəkillər çəkəcək, həm də maqnitosferi ölçəcək və digər məlumatlar toplayacaq.
Qeyd edək ki, “Psyche” kimi obyektlər əvvəllər heç vaxt yaxından müşahidə edilməyib. Lakin məlumdur ki, Mars, Venera və Yerdəki qayalar dəmir oksidləri ilə zəngin olsa da, “Psyche”nin səthində bu kimyəvi maddə çox deyil. Bu da “Psyche”nin yaranmasının standart planet əmələgəlməsi proseslərindən fərqli olduğunu göstərir. Bu baxımdan, Yerəbənzər planetlərin əmələgəlməsi ilə bağlı elmi yeniliklərə işıq tutacaq “Psyche” missiyasının əhəmiyyəti yüksək qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:28]
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?
- 07.08.2026 [10:58]