NASA sentyabrda iki asteroidin Yerə yaxınlaşacağını bildirib
Bakı, 28 avqust, AZƏRTAC
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) bildirib ki, sentyabrın 14-də iki asteroid Yer kürəsinə yaxınlaşacaq. Agentlikdən qeyd ediblər ki, onların yaxınlaşması planetimiz üçün heç bir təhlükə törətməyəcək.
AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, “2000 QW7” adlandırılan asteroidlərdən birinin diametri 290 metrdən 650 metrə qədər ola bilər. O, saniyədə 6,4 kilometr sürətlə Yer kürəsindən 5,3 milyon kilometr aralıdan keçəcək. Təxminən bu məsafədən də digər göy cismi - 120 metrdən 260 metrədək diametri olan “2010 CO1” asteroidi saniyədə 14,4 kilometr sürətlə planetimizin ətrafından ötəcək.
Əvvəllər NASA xəbərdarlıq etmişdi ki, avqustun 28-də “2019 OU1” asteroidi Yerə yaxınlaşacaq və planetimizdən 1 milyon kilometr məsafədən keçəcək. Qeyd olunur ki, asteroidlər hər həftə Yer kürəsinə bu məsafədə yaxınlaşır.
Astronomlar bildirirlər ki, onların Yerə yaxınlaşdığı təhlükəli məsafə Ayın orbitinin radiusundan az olan 384 min kilometr hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:05]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]