NATO-nun baş katibi: Dondurulmuş münaqişələr Cənubi Qafqazda təhlükəsizliyə potensial təhdiddir
Bakı, 13 may (AZƏRTAC). Dondurulmuş münaqişələr Cənubi Qafqazda təhlükəsizliyə potensial təhdiddir. NATO-nun baş katibi Anders Foq Rasmussen hesab edir ki, bu regionun təhlükəsizliyi tezliklə təmin olunmalıdır.
Alyansın baş katibi vurğulamışdır ki, Cənubi Qafqazda təhlükəsizlik məsələsi NATO üçün çox vacibdir. Bütün beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri regionda sülhün və sabitliyinin bərqərar olunmasına çalışır və bundan sonra da bu istiqamətdə işləməlidirlər.
A.Rasmussenin sözlərinə görə, təhlükəsizliyin tezliklə təmin olunması üçün dövlətlər və təşkilatlar geniş əməkdaşlıq etməlidirlər. Bizim təkcə Avropada deyil, bütün Avratlantik məkanında, həmçinin Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək üçün kifayət qədər imkanlarımız vardır.
NATO-nun baş katibi Avropanın vacib müdafiə sərmayələri ilə bağlı öhdəliklərinə də toxunaraq qeyd etmişdir ki, bütün ərazilərin müdafiəsi naminə əməkdaşlıq edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]