NATO-nun baş katibi postuna ilk dəfə qadın seçilə bilər

Bakı, 11 avqust, AZƏRTAC
NATO-nun tarixində ilk dəfə olaraq alyansın baş katibi postuna qadın seçilə bilər.
AZƏRTAC İspaniyanın “El Pais” qəzetinə istinadla xəbər verir ki, NATO-nun hazırkı baş katibinin qadınla əvəz olunması barədə təşkilatın daxilində geniş konsensus mövcuddur. Alyansın yeni rəhbəri 2022-ci ilin yazında NATO-nun Madriddə keçiriləcək sammitində seçiləcək.
Bu postda norveçli Yens Stoltenberqi əvəz edəcək mümkün namizədlər arasında Böyük Britaniyanın sabiq Baş naziri Tereza Meyin, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Federika Mogerininin, Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer və başqalarının adları çəkilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.07.2025 [16:11]
Kiyevdə “Şahed”lərin PUA vasitəsilə zərərsizləşdirilməsi sistemi buraxılacaq
- 11.07.2025 [15:06]
Fransa Milli Assambleyasının üç deputatı istefa verib
- 11.07.2025 [14:58]