ELM VƏ TƏHSİL
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ BEYNƏLXALQ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli bu günlərdə ABŞ-ın həmin universitetində olarkən hər iki təhsil ocağı arasında əməkdaşlıq protokolu imzalanmışdır. Əldə edilən razılaşmaya əsasən amerikalı alimlər bundan sonra da yeni iqtisadi sistem haqqında Naxçıvan Dövlət Universitetində mühazirələr oxuyacaq, naxcıvanlı müəllimlər, magistrlər və tələbələr ABŞ-da ixtisaslarını artırmaq imkanı əldə edəcəklər.
Müqavilədə Amerika tərəfinin dəstəyi ilə Naxçıvan Dövlət Universiteti nəzdində yerli sahibkarlara və özəl sektorun inkişafına kömək məqsədilə elmi-metodiki mərkəz yaratmaq da nəzərdə tutulur.
İsa Həbibbəyli Perdu Kalumet Universitetində olarkən bu təhsil ocağının işi ilə tanış olmuş, müəllimlər və tələbələr qarşısında çıxış etmişdir.