Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində milli mətbuatın yubiley tədbiri keçirilib

Naxçıvan, 22 iyul, AZƏRTAC

İyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Bu gün milli mətbuatın yaranmasının 140 illik yubileyini qeyd edirik. 22 iyul - ölkəmizin siyasi həyatında bir də onunla əlamətdardır ki, ümummilli liderimiz Heydər Əliyev 25 il bundan əvvəl - 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana gələrək buradan öz xilaskarlıq missiyasına başlamışdır. Xalqımız üçün son dərəcə ağır olan 1990-1993-cü illərdə Ulu Öndərimizin rəhbərliyi ilə Azərbaycanın xilası naminə mühüm tədbirlər görülmüş, mətbuat xüsusi qayğı ilə əhatə olunmuş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.

Ali Məclisin Sədri hər iki əlamətdar gün münasibətilə mətbuat işçilərini və muxtar respublika əhalisini təbrik edərək deyib: Ölkəmizdə mətbuatın inkişafı Ümummilli Liderimizin adı ilə bağlıdır. Əgər on doqquzuncu əsrin sonlarında görkəmli Azərbaycan ziyalıları mətbuatı xalqın maariflənməsinə səfərbər edirdilərsə, dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə mətbuat milli ideologiyanın və ictimai şüurun inkişafında əsas vasitəyə çevrilmişdir. Bu gün də ölkəmizdə mətbuatın inkişafına, söz, fikir və məlumat azadlığının təmin olunmasına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamı mətbuata dövlət dəstəyinin daha bir ifadəsidir. Həmin sərəncamda deyilir: “1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir”.

Ali Məclisin Sədri deyib: Ümumbəşəri dəyərləri, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər görülür. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirən Naxçıvan mətbuatı da özünün inkişaf dövrünü yaşayır. Muxtar respublikanın şəhər və rayonlarının yüksək poliqrafik keyfiyyətlə çap olunan, dövriliyi təmin edilən və müasir iş şəraiti yaradılan mətbuat orqanları vardır.

Ali Məclisin Sədri yaradılan şəraitin, mətbuatın inkişafına dövlət tərəfindən göstərilən qayğının qarşıya mühüm vəzifələr qoyduğunu vurğulayaraq deyib: Çalışıb ona nail olmalıyıq ki, mətbuatın yaradıcı gücü ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın inkişafına yönəlsin. Hər bir kütləvi informasiya vasitəsi bugünkü həyatımızın salnaməçisinə çevrilməlidir. Mətbuat işçiləri tarixi-mədəni irsimizin, milli dəyərlərimizin təbliğatçısı olmalı, maarifçilik işi gücləndirilməlidir. Qəzet səhifələrində gənc nəslin milli mənlik şüurunun inkişafına xidmət edən yazılara üstünlük verilməlidir. “Əkinçi” qəzetinin əsas prinsipləri olan maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği və hadisələrin obyektiv işıqlandırılması bu gün də rəhbər tutulmalı, mətbuat vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etməlidir.

Ali Məclisin Sədri Ümummilli Liderimizin “Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli iştirak etməli, həqiqət carçısı olmalıdır”, - fikrini xatırladıb, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara səmərəli yaradıcılıq arzulayıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında mətbuat qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra mətbuat orqanlarının maddi-texniki bazası daha da güclənib. Bu gün Naxçıvan mətbuatı öz tarixi ənənələrinə söykənərək ictimai rəyin formalaşdırılması, milli dəyərlərin qorunması, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi sahəsində fəaliyyətini davam etdirir. Heç şübhəsiz ki, bu fəaliyyətin bir hərəkətverici qüvvəsi var - o da mətbuata göstərilən dövlət qayğısıdır. Muxtar respublika mətbuatı, eləcə də Azərbaycanın qocaman mətbuat orqanlarından biri olan “Şərq qapısı” qəzeti öz fəaliyyətini məhz bu istiqamətdə qurmağa çalışır.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Məmmədrza Ələsgərov deyib ki, Azərbaycan Milli Mətbuatının inkişafında jurnalistlərlə yanaşı, nəşriyyat işçilərinin də zəhməti çoxdur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nəşriyyat işinin tarixi milli mətbuatın tarixi ilə birbaşa bağlıdır. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi 2001-ci ildə Ali Məclisin tabeçiliyinə verilib və yüksək qayğı ilə əhatə olunubdur. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 2010-cu ildə istifadəyə verilən yeni binasında fəaliyyətimiz üçün bütün şərait vardır. Ən müasir avadanlıqlar quraşdırılıb. Yüksək poliqrafik keyfiyyətə malik olan bu avadanlıqlar muxtar respublikada nəşriyyat işinin keyfiyyətini xeyli yaxşılaşdırıbdır. Ötən 5 ildə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüzlərlə kitab və jurnal, minlərlə qəzet nüsxələri yüksək keyfiyyətlə çap olunub. Nəşriyyatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi ərəfəsində də davam etdirilib, Almaniya istehsalı olan ikinci ən müasir çap maşını alınaraq quraşdırılıbdır.

Tədbirdə çıxış edən “Şərq qapısı” qəzetinin şöbə müdiri Sara Əzimova deyib: Muxtar respublikada mətbuat hərtərəfli qayğı ilə əhatə olunub. 10 ildən artıqdır “Şərq qapısı” qəzetində fəaliyyət göstərirəm. Bir gənc olaraq daim öz üzərimdə mənəvi dəstək hiss eləmişəm. Qəzetimiz 94 ilə yaxın bir yol keçib. Bu, böyük bir tarixdir. Əvvəlki qəzet nömrələrini də vərəqləyirik, inkişafın müqayisəsini aparırıq. Unutmuruq ki, “Şərq qapısı” böyük bir missiyanı yerinə yetirir. Qəzetin adı təkcə coğrafi məzmun kəsb etmir. Bu qəzet Şərqin ən gözəl dəyərlərinə doğru açılan qapıdır, bu günümüzün salnaməsidir. Sara Əzimova muxtar respublikada gənc jurnalistlərin fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlıq edib, Naxçıvan Muxtar Respublikasının bugünkü tərəqqi və inkişaf salnaməsini yaradaraq göstərilən etimadı əməli işlə doğruldacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli minnətdarlıq edərək deyib ki, Azərbaycan Milli Mətbuatının əsası “Əkinçi” qəzeti ilə qoyulsa da, onun inkişafı ötən əsrin əvvəllərinə təsadüf edir. O dövrdə Naxçıvan torpağının yetirmələri olan Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar və Məhəmmədağa Şahtaxtlı kimi ziyalılar milli mətbuatın inkişafına əvəzsiz töhfələr veriblər. Həmin dövrdə Naxçıvanda şərait olmadığına görə bu ziyalılar əsasən Bakıda, Tiflisdə fəaliyyət göstərirdilər. Lakin bu gün Naxçıvanda mətbuatın, televiziyanın inkişafı üçün hər cür şərait vardır. Kütləvi informasiya vasitələri ən müasir maddi-texniki baza ilə təmin olunub, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradılıbdır.

Jurnalistlərlə söhbəti davam etdirən Ali Məclisin Sədri deyib ki, mətbuat işçiləri dövrün salnaməçiləridir. Dövr dəyişildikcə mətbuatın qarşısına qoyulan tələblər də dəyişilir. Qəzet və televiziya ictimai nəzarət funksiyasını həyata keçirən orqanlardır. Bu mənada hər bir jurnalist ictimai nəzarətçi kimi öz fəaliyyəti ilə cəmiyyətin inkişafına töhfələr verməlidir. Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu Öndərin diqqət və qayğısı ilə azad mətbuatın inkişafı üçün geniş imkanlar açıldı. 1990-1993-cü illərdə “Şərq qapısı” qəzeti cəmiyyət həyatının bütün sahələrinə nüfuz edərək dövrün güzgüsünə çevrilmişdi. Bu gün də muxtar respublikada qəzet və televiziyaların fəaliyyəti üçün hər cür şərait vardır. Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Jurnalistika fakültələri fəaliyyət göstərir, gənc jurnalistlər nəsli yetişir.

Sonra tədbirdə Azərbaycan Respublikasının medallarına, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanlarına layiq görülənlərə müvafiq mükafatların təqdimatı olub.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrinin əməkdaşlarından 8-i “Tərəqqi” medalı, 1-i Azərbaycan Respublikasının “Əməkdar Jurnalisti” və 1-i Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülübdür. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 21 iyul tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə kütləvi informasiya vasitələrinin əməkdaşlarından 3-nə Naxçıvan Muxtar Respublikasının “Əməkdar Jurnalist”i fəxri adı verilib, 5-i Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunubdur.

Ali Məclisin Sədri təltif olunanlara “Tərəqqi” medalının, Azərbaycan Respublikasının “Əməkdar Jurnalisti”, Azərbaycan Respublikasının “Əməkdar Mədəniyyət İşçisi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar Jurnalist”i fəxri adlarının, Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanının vəsiqə və döş nişanlarını təqdim edib.

Təltif olunanlardan Şəhla Nəbiyeva, Qahirə Hüseynova, Təhminə Babayeva, Mehriban Sultanova və Sərxan İsmayılov qeyd ediblər ki, bu gün milli mətbuatın 140 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi müstəqil Azərbaycanda azad sözə, mətbuatın inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Yubiley ərəfəsində qələm sahiblərinin əməyi layiqincə qiymətləndirilib, onlar yüksək dövlət mükafatlarına layiq görülüblər. Mətbuat işçilərinin təltif olunması onların məsuliyyətini daha da artırır. Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq edib, bundan sonra da səylə çalışacaqlarına və ölkəmizin inkişafında yaxından iştirak edəcəklərinə söz veriblər.

Sonda Ali Məclisin Sədri mətbuat işçiləri ilə xatirə şəkli çəkdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub