Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 1 fevral, AZƏRTAC

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. İldən-ilə idman nəticələrimiz, uğurlarımız artmaqda davam edir. Formalaşan güclü idman infrastrukturu ölkəmizi idman ölkəsinə və beynəlxalq yarışların keçirildiyi mərkəzə çevirir. Ölkə Prezidenti cənab İlham Əliyev idmançılarla görüşündə demişdir: “İdman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Azərbaycanda bu belədir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır. Məhz dövlət siyasəti, idmançılarımızın peşəkarlığı, mütəxəssislərin və federasiyaların birgə fəaliyyəti bu uğurları şərtləndirir”.

Ali Məclisin Sədri deyib: Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazırlayır. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır.

Qeyd olunub ki, hazırda muxtar respublikada 58 idman müəssisəsi və 886 idman obyekti fəaliyyət göstərir. İdmanın tədrisi və gənclərin fiziki hazırlığı ilə 812 müəllim məşğul olur. Uşaq və gənclərin idmana cəlbi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikada idman tədbirləri beynəlxalq xarakter alır. Müasir idman infrastrukturu və bu sahəyə göstərilən qayğının nəticəsidir ki, 2019-cu ildə muxtar respublikada 1 ölkə və 5 beynəlxalq səviyyəli idman tədbiri keçirilib. Muxtar respublika idmançıları 2019-cu il ərzində idmanın müxtəlif növləri üzrə nailiyyətlər əldə edib, dünya, Avropa və beynəlxalq turnirlərdə 190, Azərbaycan çempionatlarında 179 medal qazanıblar. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 18 yaşadək olan idmançılardan 1-i idman sahəsində nailiyyətlərinə görə Gənc istedadların xüsusi təqaüdünə layiq görülüb və adı “Qızıl kitab”a yazılıb.

Ali Məclisin Sədri deyib ki, qazanılan nailiyyətlərlə kifayətlənməməli, muxtar respublikada idman sahəsində həyata keçirilən tədbirlər 2020-ci ildə də davam etdirilməlidir. Gənclər və İdman Nazirliyi və idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, uşaq və gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması sahəsində fəaliyyətlərini gücləndirməli, idmanın müxtəlif növləri üzrə Naxçıvan Muxtar Respublikası birinciliklərinin keçirilməsi davam etdirilməlidir. İdman yarışları, xüsusən də ölkə və beynəlxalq səviyyəli turnirlər gənc idmançıların təcrübəsinin artırılmasında mühüm rol oynayır. Gənclər və İdman Nazirliyi, idman federasiyaları muxtar respublikada ölkə və beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə diqqəti artırmalı, beynəlxalq turnirlərdə idmançıların iştirakı təmin edilməlidir.

Tapşırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi Gənclər və İdman Nazirliyi ilə birgə muxtar respublikada idmanın davamlı inkişafını təmin etmək məqsədilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nı hazırlayıb təqdim etsinlər. Həmçinin Gənclər və İdman Nazirliyi Şahmat Federasiyası ilə birgə oktyabr ayında Naxçıvan şəhərində keçiriləcək 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri görməli, Olimpiadada muxtar respublika şahmatçılarının iştirakını təmin etməlidir. Uşaq və gənclərin idmana cəlbinin kütləviliyini artırmaq məqsədilə Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birgə 2020-ci ildə “İdman festivalı”nın keçirilməsini təmin etməlidir. İdman federasiyaları icra hakimiyyətləri ilə birlikdə bölmələrin fəaliyyətlərini gücləndirməli, uşaq və gənclərin bölmələrə cəlbi ilə bağlı iş aparmalı, federasiyadaxili və rayonlararası idman yarışları keçirməlidirlər.

Ali Məclisin Sədri deyib: Peşəkar məşqçilərin hazırlanması və idmançılara məşğələlərin keçirilməsi 2020-ci ildə də Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları tərəfindən davam etdirilməli, muxtar respublikaya təcrübəli məşqçilər dəvət olunmalı, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin keçirilməsi təmin edilməlidir. “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi”ndə istifadəyə veriləcək Xizək Mərkəzində muxtar respublikada xizəksürmə idman növünün inkişafı üçün yeni imkanlar yaradılır. Gənclər və İdman Nazirliyi idmanın bu növünə marağı artırmalı, gənclərlə fəal iş aparmalıdır. Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyasını davam etdirməli, bədən tərbiyəsi və idmanın bu kateqoriyadan olan şəxslərin reabilitasiyasında əhəmiyyəti ilə bağlı maarifləndirici tədbirləri həyata keçirməlidir. İdman federasiyaları federasiya daxilində istedadlı gənclərin məlumat bankına hər yarışdan sonra məlumatların yerləşdirilməsini nəzarətdə saxlamalı, Gənclər və İdman Nazirliyi internet saytında yerləşdirilən elektron məlumat bankının mütəmadi yenilənməsini təmin etməlidir.

Gənclər və İdman Nazirliyi ali təhsil müəssisələrinin hamiliyə götürdüyü ixtisaslarında gənclərlə işi davam etdirməli, istedadlı gənclərin muxtar respublikanın idman həyatında aktiv iştirakı təmin edilməlidir. Aid təşkilatlar yüksək nailiyyətləri ilə seçilən məşqçi-müəllim və idmançıların əməyini qiymətləndirməli, onların sosial problemlərinin həlli üçün zəruri tədbirləri görməlidirlər. Uşaq və gənclərin sağlamlığını qorumaq və möhkəmləndirmək, onlarda fiziki sağlam həyat tərzini formalaşdırmaq bütün təhsil müəssisələrinin əsas vəzifələrindəndir. Təhsil Nazirliyi böyüməkdə olan nəslin fiziki inkişafına, onların sağlamlığına qayğı ilə yanaşmalıdır. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət edilməli, uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyəti gücləndirilməlidir. Təhsil Nazirliyi idman federasiyaları ilə birlikdə təhsil müəssisələrində idman yarışları və spartakiadalar təşkil etməlidir. Muxtar respublikada idman sahəsi üzrə ali təhsilli kadr hazırlığı həyata keçirən Naxçıvan Dövlət Universiteti idmanın müxtəlif növləri üzrə məşqçi-müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasını diqqətdə saxlamalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada yaradılan idman infrastrukturunun və qurğularının qorunması, onlardan səmərəli istifadə üçün Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, idman federasiyaları, şəhər və rayon icra hakimiyyətləri birgə fəaliyyət göstərməlidirlər. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclər Fondu yeniyetmə və gənclər arasında idman növlərinin təbliği ilə bağlı maarifləndirici tədbirlər görməli, tanıtım bukletləri hazırlamalı, bu sahədə internet saytlarında və sosial şəbəkələrdə təbliğat işləri aparmalıdırlar. Muxtar respublikanın kütləvi informasiya vasitələri idmanla bağlı teleradio və qəzet materialları hazırlamalı, cəmiyyətdə bədən tərbiyəsi və idmanın həyat tərzinə çevrilməsi üçün təbliğat və təşviqat işini gücləndirməlidirlər. Bədən tərbiyəsi və idman sağlam nəslin yetişdirilməsinə yönəlmiş dövlətin sosial fəaliyyət sahələrindən biridir. Ona görə də aid təşkilatlar üzərlərinə düşən vəzifələri yerinə yetirməli, bu sahənin inkişafı üçün sistemli tədbirlər həyata keçirməlidirlər.

Ali Məclisin Sədri qeyd olunan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb, 2 fevral Gənclər Günü münasibətilə muxtar respublika gənclərini təbrik edib.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək deyib ki, bu gün muxtar respublikada müasir idman infrastrukturu formalaşdırılıb, uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılıb. 2019-cu ildə muxtar respublikada beynəlxalq turnirlər, Azərbaycan çempionatları keçirilib, eləcə də idmançılarımızın Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda iştirakı təmin edilib. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada stolüstü tennis, üzgüçülük, həndbol, fitnes, aerobika və Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölmələrində, həmçinin digər idman növləri üzrə qızların sayı artmaqdadır. Federasiyaların fəaliyyəti barədə məlumat verən Azad Cabbarov deyib ki, Hava və Ekstremal İdman Növləri, Voleybol və Basketbol federasiyaları il ərzində idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etməyib, keçirilən muxtar respublika səviyyəli yarışlarda keyfiyyət və təşkilatçılıq aşağı olub. Hər üç federasiyada peşəkar məşqçi müəllimlərin və idmançıların hazırlanması işi aparılmayıb. Peşəkar məşqçi-müəllim və idmançıların olmaması bu federasiyaların muxtar respublikadan kənarda keçirilən yarışlarda iştirak etməməsinə səbəb olub.

Ali Məclisin Sədri tapşırıb ki, Gənclər və İdman Nazirliyi Hava və Ekstremal İdman Növləri, Voleybol və Basketbol federasiyaları ilə birlikdə Tədbirlər Planı hazırlasın, nöqsanlar aradan qaldırılsın və federasiyaların fəaliyyətində dönüş yaradılsın.

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının məşqçi-müəllimi Əsgər Abdullayev çıxış edərək deyib ki, muxtar respublikada futbolun inkişafı diqqətdə saxlanılır. Bu idman növünün inkişafı üçün hər cür şərait yaradılıb. Ona görə də yeniyetmə və gənclərin futbola marağını artırmağı, istedadlı futbolçuları üzə çıxarmağı, onlara bacarıqlarımızı öyrətməyi qarşıya məqsəd qoymuşuq. Muxtar respublikada məşqçi-müəllimlər üçün yaradılan şərait, sosial təminat imkan verir ki, biz öz vaxtımızı idmançıların yetişməsinə sərf edək. Təbii ki, hər bir məşqçi müəllimin uğuru onun idmançılarının qazandığı nailiyyətlərlə ölçülür. Çalışacağıq ki, muxtar respublikada digər idman növləri üzrə qazanılan uğurlar futbol sahəsində də əldə edilsin. Əsgər Abdullayev məşqçi müəllimlərə yaradılan hərtərəfli şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının idmançısı Sadiq Qarayev bildirib ki, muxtar respublikada müasir idman infrastrukturunun yaradılması gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Olimpiadalarda, digər mötəbər yarışlarda qələbələr qazanan idmançılar böyük diqqətlə və qayğı ilə əhatə olunurlar. Mən 10 ildir idmanın şahmat növü ilə məşğulam. Bu gün şahmatın inkişafına göstərilən qayğının, şahmatçıların fəaliyyətinin dəstəklənməsinin nəticəsidir ki, bu idman növünə gənclər və yeniyetmələr arasında maraq xeyli artıb, şahmatın kütləviliyinə nail olunub. Şahmatçıların təkcə muxtar respublikamızda keçirilən birinciliklərdə deyil, ölkəmizdə və beynəlxalq yarışlarda iştirakı üçün hər cür şərait yaradılır. Sadiq Qarayev göstərdiyi hərtərəfli qayğıya görə muxtar respublika idmançıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri deyib ki, bu gün muxtar respublikada gənclərin şahmata böyük marağı vardır. Bu sahədə yaradılan şərait və federasiyanın fəaliyyətinin gücləndirilməsi bu idman növü üzrə kütləviliyi təmin edib. Gənclər və İdman Nazirliyi və federasiyalar 2020-ci il üçün qarşılıqlı fəaliyyət planı təsdiq etməli, hər bir federasiya üzrə daxili və beynəlxalq yarışlar keçirilməlidir. Gənclərin idmana kütləvi cəlbinə nail olunmalı, idman maarifçiliyinə diqqət artırılmalı, Naxçıvan Dövlət Televiziyası tərəfindən idmanın təşviqi ilə bağlı video-çarxlar hazırlanmalı, istirahət parklarında idman guşələri qurulmalıdır.

Ali Məclisin Sədri müşavirədə müzakirə olunan məsələlərin idmanın kütləviliyinin təmin olunmasına töhfə verəcəyini bildirib, muxtar respublikada idman sahəsində qazanılan nailiyyətlərdə əməyi olanlara təşəkkür edib.

Sonra Ali Məclisin Sədri 2019-cu ildə ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 3 məşqçi-müəllimə mükafat təqdim edib.

Mükafatlandırılanlardan Şəfi Hüseynov minnətdarlıq edərək deyib: “Bu gün bir həqiqəti etiraf etmək lazımdır ki, muxtar respublikada gənclərin idmanla kütləvi məşğul olması Ali Məclis Sədrinin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Artıq oğlanlarla yanaşı, qızlar da idmana böyük maraq göstərirlər. Biz idmançıların üzərinə düşən vəzifə də yaradılan şəraitdən səmərəli istifadə edərək nailiyyətlərimizi daha da artırmaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb