Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümü qeyd olunub

Naxçıvan, 9 fevral, AZƏRTAC

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünü qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötür. Naxçıvanın qədim və zəngin dövlətçilik tarixi vardır. 5-7 minillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvanda yeddinci əsrdə müstəqil idarəçilik formalaşmış, onuncu əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranmışdır. Naxçıvan şəhəri XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş, bu torpaqda XVIII əsrdə Naxçıvan xanlığı, 1918-ci ildə Araz-Türk Respublikası fəaliyyət göstərmişdir. Naxçıvana muxtariyyət statusunun verilməsi isə çoxəsrlik dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir. 1920-ci ildə Azərbaycanın Zəngəzur mahalı Ermənistana verildikdən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsi zərurətə çevrilmişdi. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır. Bu müqavilələrin imzalanmasından 3 il sonra - 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

Ali Məclisin sədri deyib: Ötən dövrdə Naxçıvanın muxtariyyət tarixi geniş tədqiq olunmuş, yubileyləri qeyd edilmiş, muxtariyyətin hüquqi və siyasi bazası formalaşmış, Naxçıvan böyük inkişaf yolu keçmişdir. Təbii ki, muxtar respublikanın inkişafı və muxtariyyətinin qorunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Əgər 1924-1969-cu illərin Naxçıvanı ağır siyasi, sosial-iqtisadi və mədəni problemlər dövrü kimi səciyyələnirsə, 1969-1987-ci illərdə Ümummilli Liderimizin qayğısı ilə Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilmişdir. 1990-1993-cü illərdə xalqımızın böyük oğlunun Naxçıvanda siyasi fəaliyyət göstərməsi muxtar respublikanı işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən qorumuş, həmin dövrdə Naxçıvanda bütövlükdə Azərbaycanın xilasına hesablanmış tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının muxtariyyət, dövlətçilik statusu daimidir, əbədidir”, - deyən Ulu Öndər ölkəmizə ikinci rəhbərliyi dövründə də Naxçıvanın inkişafını və muxtariyyətinin möhkəmləndirilməsini diqqətdə saxlamışdır. Dahi şəxsiyyətin quruculuq xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında dinamik inkişafı təmin etmiş, enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı kimi ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Ötən dövrdə muxtar respublikada 166 ümumtəhsil məktəbi, 374 mədəniyyət müəssisəsi, 202 səhiyyə müəssisəsi, 55 idman obyekti, 288 hərbi obyekt tikilərək istifadəyə verilmiş, 98 mindən artıq yeni iş yeri açılmışdır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında 1995-ci illə müqayisədə ümumi daxili məhsul istehsalı 66, onun hər bir nəfərə düşən həcmi 48, əhali gəlirləri 61, sənaye məhsulu 114, informasiya və rabitə xidmətləri 132, nəqliyyat sektorunda yük daşınması 26, kənd təsərrüfatının ümumi məhsulu 14, xarici ticarət dövriyyəsi isə 27 dəfə artmışdır. Bu dövrdə yaşıllıqların sahəsi genişlənərək ümumi ərazinin 20 faizinə çatmış, kənd təsərrüfatına yararlı torpaqların sahəsi artaraq 177 min hektardan artıq olmuşdur. Hazırda muxtar respublikada 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 88 faiz təşkil edir. Naxçıvan Muxtar Respublikasında inkişafın nəticəsi olaraq yaşayış məntəqələri böyümüş, şəhər, qəsəbə və kəndlərin sayı artmışdır. Hazırda muxtar respublikada 217 səhiyyə, 492 mədəniyyət, 442 sənaye müəssisəsi fəaliyyət göstərir, 34 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıqla məşğul olur. Naxçıvanda inkişafı xarakterizə edən ən mühüm amillərdən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qaz verilməsin. Muxtar respublikada 10 elektrik stansiyası vardır ki, onun da 8-i alternativ və bərpaolunan enerji mənbələri hesabına fəaliyyət göstərir. Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, Naxçıvan şəhərində, rayon mərkəzlərində və ətraf kəndlərdə müasir içməli su və kanalizasiya sistemləri qurulmuş, əhali 24 saat dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilmişdir. Əhalinin həyat şəraiti, məskunlaşması və rifahı da yaxşılaşmış, muxtariyyətin əvvəlindən bu günə muxtar respublika əhalisi 5 dəfə artaraq 462 min nəfərə çatmışdır. Artan iqtisadi imkanlar muxtar respublikada elmin, təhsilin və mədəniyyətin inkişafına da öz təsirini göstərmişdir. Bu gün muxtar respublikada 3 ali, 4 orta ixtisas təhsili müəssisəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, 212 ümumtəhsil məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 5 peşə məktəbi, 36 məktəbdənkənar, 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Görülən tədbirlər nəticəsində təhsilin səviyyəsi artmışdır. Əgər 1995-ci ildə orta məktəbi bitirən məzunlardan 11 faizi və ya 401 nəfəri tələbə adını qazanmışdırsa, 2020-ci ildə bu göstərici müvafiq olaraq 67 faiz və ya 1955 nəfər təşkil etmişdir.

“Naxçıvanın tarixi, etnoqrafiyası, mədəniyyəti və təbii sərvətləri ciddi tədqiqat predmetinə çevrilmiş, minlərlə kitab nəşr olunmuş, naxçıvanşünaslıq zənginləşdirilmiş, abidələrimiz bərpa edilmiş, milli dəyərlərimizin qorunub yaşadılmasına diqqət artırılmışdır”, - deyən Ali Məclisin sədri bildirib ki, artıq Naxçıvanın Azərbaycan dövlətçilik tarixindəki rolu, nail olduğu müasir inkişaf elmi tədqiqatların və araşdırmaların mövzusudur. 97 illik muxtariyyət tarixinin, təbii ki, ən mühüm nailiyyəti Naxçıvanın ərazisinin qorunub saxlanmasıdır. Muxtariyyət statusu çoxşaxəli inkişafla yanaşı, həm də Naxçıvanda böyük müdafiə potensialının formalaşdırılmasına əsas vermişdir. Bir sözlə, Naxçıvan Muxtar Respublikası bütün sahələrdə uğurlu yol keçmişdir. Bunun nəticəsini təkcə rəqəmlərdə yox, eyni zamanda, real həyatda, insanların rahat yaşayışında, sabitlikdə, yüksək rifahda, yaşayış məntəqələrimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında, ordu quruculuğunda görürük. Aparılan quruculuq işlərinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına öz töhfələrini verənlərin əməyi isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar dövlət mükafatları və fəxri adlarla təltif olunur.

Ali Məclisin sədri bu tarixi gündə şəhidlərimizin xatirəsini yad edib, Naxçıvanda sabitliyin və sərhədlərin qorunmasında, inkişafın təmin edilməsində əməyi olanlara təşəkkürünü bildirib, təltif olunanları və mükafat alanları, onların timsalında bütün muxtar respublika əhalisini təbrik edib, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Bu gün Naxçıvan, sözün əsl mənasında, inamla, uğurla inkişaf edir... Bu uğurların təməlində Ulu Öndərin siyasəti dayanır. Biz, onun davamçıları bu siyasətə sadiqik”.

Sonra Naxçıvan Dövlət Televiziyasının Naxçıvan Muxtar Respublikasının yaranmasının 97 illiyi münasibətilə hazırladığı filmə baxış olub.

Tədbirdə Naxçıvan Muxtar Respublika mükafatlarının, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 8 fevral tarixli Sərəncamı ilə 2021-ci il üçün elm sahəsi üzrə Mətanət Məmmədovaya “Naxçıvan blokadası” ikicildliyi, mədəniyyət sahəsi üzrə isə Nizami Alıyevə “Gəmiqaya qayaüstü rəsmləri” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatları verilib.

Ali Məclisin sədri muxtar respublika mükafatlarını təqdim edib.

Naxçıvan Muxtar Respublika mükafatının qalibi Mətanət Məmmədova minnətdarlıq edərək deyib: “1990-cı illərin əvvəllərində muxtar diyarımız mənfur qonşularımız tərəfindən blokadaya salınmış, böyük çətinliklərlə üzləşmiş, işğal təhlükəsi qarşısında qalmışdı. Həmin dövrdə Ümummilli Liderimiz Naxçıvana gəlməsəydi, Naxçıvan da işğal olunacaqdı. Ulu Öndərin muxtar respublikada layiqli davamçısı, Ali Məclisin sədri seçilən Vasif Talıbov həmin illərdə gənc yaşda olmasına baxmayaraq qaranlığa qərq olmuş Naxçıvanda işıq yandırdı. Qədim Naxçıvanı böyük çətinliklə, zəhmətlə çıraq işığından işıqlı günlərə çıxardı. 70 il sovetlər dövründə əl dəyməyən resurslara doğru gedildikcə Naxçıvan nura qərq oldu, çıraq işığından elektrik enerjisi ixracatçısına çevrildi, illərlə əkilməyən torpaq sahələrinə yeni həyat bəxş olundu, ərzaq təhlükəsizliyi təmin edildi. Bu illərdə Naxçıvan böyük inkişaf yolu keçib. Bütün sahələr kimi, mətbuat sahəsinə də bu inkişafdan pay düşüb. “Naxçıvan blokadası” ikicildliyi Naxçıvanın dünəni və bu gününün müqayisəsi fonunda ərsəyə gəlib. Kitabda blokada Naxçıvanının əvvəlki və sonrakı illərində muxtar diyarın ümumi mənzərəsi gənclərin Naxçıvan tarixini öyrənmələri üçün mənbə rolunu oynayır”. Müəllif bundan sonra da Naxçıvan tarixi ilə bağlı kitabların yazılmasına səy göstərəcəyini bildirib.

Naxçıvan Muxtar Respublika mükafatının qalibi Nizami Alıyev deyib: “Muxtar respublikada bütün sahələr kimi, mədəniyyət sahəsi də uzun illərdir ki, dövlət qayğısı ilə əhatə olunur. Milli dəyərlərin qorunması, tarixi abidələrin bərpası, ənənələrin yaşadılması, mədəniyyətimizlə bağlı çoxcildli kitabların nəşri muxtar respublikada bu sahəyə göstərilən diqqətin əyani ifadəsidir. Mənə göstərilən etimada görə minnətdarlığımı bildirir, bundan sonra da mədəniyyətin inkişafı naminə əlimdən gələni əsirgəməyəcəyimə söz verirəm”.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun, 1 iyul, 22 iyul və 2021-ci il 23 yanvar tarixli sərəncamları ilə Azərbaycan Respublikasında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs “Şöhrət” ordeni, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları və Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” fəxri adı ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 18 sentyabr, 5 oktyabr və 2021-ci il 8 fevral tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar hüquqşünası”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar tibb işçisi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar artisti” fəxri adları və “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.

Ali Məclisin sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

“Şöhrət” ordenli İsmayıl Hacıyev deyib ki, muxtar respublikada elmin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaranması və ötən dövrdə keçdiyi inkişaf yolu bu qayğının bəhrəsidir. 97 illik muxtariyyət tarixinin müstəqillik dövründə bütün sahələrdə inkişaf, tərəqqi və sabitlik təmin edilib. Muxtar respublikanın yubileyləri yüksək səviyyədə qeyd olunub, muxtariyyətimiz daha da möhkəmləndirilib. İsmayıl Hacıyev əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivi və elm adamları adından minnətdarlıq edib.

Təltif olunanlardan Rauf Əliyev əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə və Ali Məclisin sədrinə minnətdarlıq edib və bunu çalışdığı kollektivin fəaliyyətinə göstərilən qayğı kimi dəyərləndirib. Qeyd olunub ki, ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinin də inkişafını təmin edib. Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın Naxçıvan bürosu fəaliyyətini Naxçıvanda həyata keçirilən tədbirlərin ölkə miqyasında və dünyada yayılması istiqamətində qurub. Qazanılan uğurlar və bu işdə əməyi olanların dövlətimizin yüksək mükafatlarına layiq görülməsi məsuliyyəti daha da artırır.

“Tərəqqi” medalı ilə təltif olunan Səməd Canbaxşıyev minnətdarlıq edərək deyib: “Muxtar respublikanın hər yaşdan olan nümayəndəsi kimi, mən də respublika rəhbərinin qayğısını dəfələrlə öz üzərimdə hiss etmişəm. Bu əlamətdar gündə zəhmətimə verilən qiymət məni ikiqat sevindirdi. Bundan sonra da çalışacağam ki, göstərilən etimadı layiqincə doğruldum”.

Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” fəxri adı ilə təltif olunan Elnarə Heydərova minnətdarlıq edərək deyib: “Mən 25 ildir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində çalışıram. Televiziyada bu günədək olan dəyişikliklər gözümün önündə baş verib. Azərbaycan mətbuatının 145 illik yubileyində hər ikisi televiziya əməkdaşı olan gənc ailənin mənzillə təmin olunması muxtar respublikada jurnalistlərə göstərilən qayğının bariz nümunəsidir. Naxçıvan mətbuatında elə bir jurnalist yoxdur ki, diqqətdən kənarda qalsın.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuş Gülmirə Əsgərova minnətdarlıq edərək deyib: “Belə bir gündə ümummilli liderimiz Heydər Əliyevin müəllim əməyini qiymətləndirərək dediyi “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikirlərini xatırlayaraq muxtar respublikada təhsilin inkişafına və müəllim əməyinə xüsusi diqqət yetirildiyini vurğulamaq istəyirəm. Biz elə düşünürdük ki, ancaq müəllimlər öyrədir. Lakin bu gün biz də Ali Məclisin sədrindən öyrənirik. İndi Naxçıvan şəhəri ilə yanaşı, ən ucqar dağ kəndlərində də lazımi şəraiti olan məktəb binalarının tikilib istifadəyə verilməsi gələcəyimizə göstərilən qayğıdır. Müasir tədris avadanlıqları ilə təmin olunmuş məktəblər müəllimlərin fəaliyyəti üçün geniş imkanlar açır. Onların əməyinin qiymətləndirilməsini də yaradılan şəraitin və təhsilə göstərilən qayğının bəhrəsi kimi dəyərləndiririk. Bu etimadın müqabilində daha səylə çalışacaq, ölkəmiz və xalqımız üçün savadlı və vətənpərvər gənclər yetişdirəcəyik”.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuş İradə Zeynalova deyib: “Çalışdığım Heydər Əliyev adına Hərbi Liseydə Ali Məclis sədrinin qayğısı ilə yüksək biliyə malik və vətənpərvər gənc nəsil yetişir. Vətən müharibəsində məktəbin məzunları ərazi bütövlüyümüzün bərpası uğrunda böyük şücaət göstəriblər. Bundan sonra da vətənpərvər gənc nəslin yetişdirilməsi üçün üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyik”.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuş Tərlan Nəcəfova deyib: “Naxçıvan muxtariyyətinin 97-ci baharını yaşayır. Ötən əsrin 80-ci illərinin tələbəsi və Naxçıvan blokadasının ilk illərinin acılarını görən insan kimi deyə bilərəm ki, Naxçıvanın dünəni və bu günü hər kəsin gözü önündədir. Çox qürur duyuram ki, inkişaf etmiş Naxçıvanda gələcək nəslin təhsilli və dünyagörüşlü yetişdirilməsi üçün çalışıram”.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə təltif olunmuş Mehparə Hüseynova çıxış edərək deyib: “Muxtar respublikada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılıb. Torpaq mülkiyyətçiləri, fermerlər qayğı ilə əhatə olunub. Ali Məclis sədrinin diqqət və qayğısı sayəsində ailə təsərrüfatları inkişaf etdirilir. Zəhmət adamlarının əməyinin qiymətləndirilməsi bizi daha da ruhlandırır. Söz veririk ki, bundan sonra da doğma diyarımızın inkişafına töhfəmizi verəcəyik”.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi” Məhərrəm Tarverdiyev deyib ki, muxtar respublikada bütün sahələr qayğı ilə əhatə olunub. Müasir səhiyyə sistemi yaradılıb. İnsanların sağlamlığı qorunur. Eyni zamanda, sağlam nəsil yetişdirilir. Üç övladım Naxçıvandakı təhsil şəraitindən bəhrələnərək 500-dən yuxarı bal toplayıb ali məktəblərə qəbul olub. Ali Məclisin sədri tərəfindən hər biri mükafatlandırılıb. Bu gün isə mənim əməyimə yüksək qiymət verilir. Bütün bunlara görə minnətdarlıq edirəm.

Digər təltif olunanlar da əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb