NAXÇIVANDA FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 63-CÜ İLDÖNÜMÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki “Təbriz” restoranında faşizm üzərində qələbənin 63-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov tarixi qələbənin 63-cü ildönümü münasibətilə tədbir iştirakçılarını, onların simasında bütün müharibə veteranlarını səmimi qəlbdən təbrik etmiş, II Dünya müharibəsində qələbənin qazanılmasında Azərbaycan xalqının da sanballı töhfələr verdiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, müharibə illərində azərbaycanlılar ön cəbhədə qəhrəmanlıqla vuruşmuş, arxa cəbhədə də misilsiz fədakarlıqlar göstərmişlər. Soydaşlarımız döyüşən ordunu yanacaq, silah, ərzaq və geyimlə təchiz etmişlər. Bu qələbəyə öz imzasını atan həmyerlilərimizin keçdiyi yol, döyüş nümunələri bugünkü gənclərimizə örnək olmalıdır.
Sonra müharibə veteranlarına hədiyyələr təqdim olunmuşdur.
Naxçıvan Dövlət Filarmoniyasının “Nəqşicahan” ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]